» » Can Yüsel. "Qadının xası"

Can Yüsel. "Qadının xası"

Can Yüsel. "Qadının xası"

Can Yüsel türk ədəbi-ictimai fikir tarixində çox məşhur, məşhur olduğu qədər də maraqlı simalarından biridir . onun fəaliyyət yolunu qısaca olaraq belə sıralamaq olar: Şair, tərcüməçi, publisist, spiker, rəhbər.
Can Yücel 21 avqust 1926 –cı ildə İstanbulda doğulmuşdur: 7 il türkiyənin Milli Təhsil Naziri işləmiş Həsən Əli Yücelin oğludur.
1943-ci ildə, yaxın dostu və Ankara Atatürk Liseyindən sinif yoldaşı olmuş Qazi Yaşargil ilə birlikdə xarici təhsil təqaüdü qazandığı halda, Yüsel bundan imtina etmişdir ki, qoy deməsinlər "nazir, öz oğluna tapşırıq etdi ". Amma Qazi Yaşargil, bu məlumatın doğru olmadığını və ikisinin də ailələrinin imkanları ilə təhsil almaq niyyəti ilə xaricinə getdiklərini qeyd etmişdir. Yüsel Ankara və Kembric universitetlərində latınca və yunanca oxudu. Müxtəlif elçiliklərdə tərcüməçilik etdi, Londonda BBC-nin Türk hissəsində spikerlik etdi. Əsgərliyini Koreyada etdi. 1958-ci ildə Türkiyəyə qayıtdıqdan sonra bir müddət Bodrum və Mərmərədə turist rəhbəri olaraq çalışdı. Ardından müstəqil tərcüməçi və şair olaraq həyatını İstanbulda davam etdirdi. 1956-ci ildə Gülər Yücel ilə evləndi. Bu evlilikdən iki qızı (Gözəl və Su) və bir oğlu (Həsən) oldu.

Can Yüsel. "Qadının xası"

Can Yücel 1945-1965 illəri arasında bir çox jurnallarda yazdı, tərcümələr etdi. 1965-ci ildən sonra siyasi mövzularda da yazmağa başlayır. 1971-ci ildə Çe Qaveradan, maoizmdən (maoculuk və ya maoizm marksizm-leninizm siyasət elminin 3 keyfiyyət mərhələsidir və proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə, müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi var.) tərcümələr etdiyi üçün 15 il həbsə məhkum olundu. 1974-cü ildə ümumi amnistiya verildi və o da vaxtından əvvəl azadlığa çıxdı. Çölə çıxışının ardından həbsdə yazdığı Bir siyasətçilər Şiirleri adlı kitabını nəşr etdirdi. 12 sentyabr 1980 –ci ildən sonra ədəbsiz olduğu iddia edilərk "Rəngahənk" adlı kitabı yığışdırıldı.
1962-ci ildə İngiltərədə ikən 1709-ci ildən qalma, latın hərfləri ilə daşbasma yolu ilə hazırlanmış türkçə bir qrammatika kitabı tapması geniş əks-səda yaratmışdı.
Can Yücelin ilham qaynaqları və şeirlərinin mövzusu təbiət, insanlar, hadisələr, anlayışlar, həyəcanlar, ümumiyyətlə, insanlarla bağlı duyğulardır. Şeirlərinin çoxunda sevdiyi insanlar vardır. "Maaile" şairin kitablarından birinə qoyduğu bir addır. Can Yücel üçün ailəsi çox əhəmiyyətlidir: həyat yoldaşı, uşaqları nəvələri, atası .. Bu insanlarla olan sevgi dolu həyatı şeirlərinə əks olunmuşdur. "Kiçik qızım Su”ya, "Gözəl”ə, "Yeni Həsənə Yolluk”, "Həyatda mən ən çox atamı sevdim” və s. bu kimi şeirlərindən onun əzizlərinə ithaflarının bəziləridir.
Can Yücel Lorka, Şekspir, Brext kimi məşhur yazıçılardan dəyərli tərcümələri var. 1959-cu ildə "Hər boydan” adlı kitabında dünya şairlərinin şeirlərini sərbəst amma çox müvəffəqiyyətli bir şəkildə türkcəyə çevirmişdir.
Maraqlı taleyi olan Can Yüsel 12 avqust 1999-cu ildə vəfat etmiş və onu çox sevdiyi günəbaxan çiçəkləri əhatəsində Datçada dəfn etdilər.
"Ana və Uşaq" jurnalının oxucularına müəllifin çox məzmunlu bir yazısını təqdim edirik: "Qadının xası"

Can Yüsel. "Qadının xası"

Hər gün kim bilir neçə qadın görürəm ...
Küçədə, gəmidə, məktəbdə, bərbərdə, orda, burda ... Amma olmur xanımlar, olmur! qadınlar qadınlığı unutalı daha neçə on il oldu ki? Solarıma girməyə, çılpaq gəzməyə, karyera ehtirası ilə üzlərini buruşturmaya başlayalı neçə on il oldu?
Ətrafımda gördüyüm qadınlardan bəzilərinin bəzi xüsusiyyətlərini seçdim.
Yumşaq bir sevgi olar qadın ürəyində. Kim olursa- olsun, nə yaşamış olursa- olsun. Kişisini dizinə yatırdıb saçlarını oxşamağı bilir gerçək bir qadın.
Qadının xası harada, necə davranacağını bilir. insanların içində.
Gerçək bir qadın heç bir zaman reklam panolarındaki qızlara bənzəməz. Yüz göz olmaz qadının xası. Bəzən elə bir baxar ki, hələ bir də bəzən elə bir susar ki, min cümləyə əvəzdir bu baxmalarla susmalar. Bu qadın kədərlənməyi də bilir, ağlamanı da, hirslənmək də. Amma üzməmək lazım, əsəiləçdirməmək lazım.
Gerçək bir qadın əzik durmaz. Donqar getməz, dimdik dayanar. Özünə hörməti, etibarı vardır. kişisinə can yoldaşı olur, dəstək olur, onu dinləməyi bilir.
Bəzən utancaq olur, bəzən ürkək. Soyuqdan, ya da təklikdən qorxa bilər qadın. Axmaq olmaz gerçək bir qadın. Sınayıcı nəzərlərlə baxmaz adamların sifətinə.
Hülyalı baxışları da olsa, zehini oyanıq olar. Hüznü, göydən selləmə yağan yağış kimi olur, saçlarından axar.
Sevinci isə elə rəngli, elə dağınıq; saçları sovrulur. Qəhqəhələri var bu qadının, çin-çin edər otaqların divarlarında. Səsi gözəl olur qadının, bir az buğlu ... arada bir pəncərəyə dayayıb yaslar başını, küçəyə dalıb gedər, bir mahnı söyləyər.

Can Yüsel. "Qadının xası"


Kamilliyi çaşdırar kişini. Bəzən də elə uşaq olur, elə möhkəm saçmalar ki, yenə, yenə çaşdırar onu.
Sıxmaz qadın, bunaltmaz, yaşa yaşa bitməz. Dinclik verər varlığıyla.
İçməsini də bilir qadının xası. Bəzi axşamlar cirə ətirli tutar süfrəsinin istisi. İçli bir türkü dinlər bəzən, üşüyər, kürəyinə jiletini alır. Danışarkən insanın üzünə baxar qadın. Sərt olmurlar, yüksək etik xüssusiyyətlərə malikdir. Savadsız deyil qadın. Dünyanın, ölkənin hadisələrini bilir, anlyır, yeri gələndə, onun da söyləyəcək sözü var. Şəxsiyyət sahibidirlər. Bacarıqlıdırlar. dırnağı qırılınca üzülür: lap professor də olsa, sultan da olsa, boksçu də olsa üzülür.
Gerçək bir qadın heç bir zaman reklam panolarındaki qızlara bənzəməz.
vücudunu nümayiş etdirməz. Fosforlu bir daş gyiliji yoxdur onun, cəlbedici bir cazibəsi vardır: metrlərlə kənardan çarpar adamı. Nə qədər örtünüləcəyini, nə qədər açılacağını, yerinə və zamanına görə fərqlləndirə bilir gerçək bir qadın.

Can Yüsel. "Qadının xası"

Qadınların xası Paris podyumlarında gedən -XVII əsrin günahı qadınları kimi manekenlərə bənzəməz. Uzun saçları vardır qadının. Yumşaq olur,
gözəl iy verər. Qadının xası saçlarını nə vaxt toplayacağını, nə zaman topuğuna buraxacağını bilir. Qadına yaraşmaz soyuqluq.
Gerçək bir qadın göbək atmağı, gərdən qırmağı, yaxşı bacarar; amma elə hər yerdə masaların üstünə çıxıb oynamaz. Havasında oldumu, bir oynadmı,
hər kəs onu izlər.
Qadın qorunmağı sevər, amma qorunmağa möhtac olmaz. Kişilər qorumağı sevərlər, amma yenə də gücsüz, yazıq qadınlardan hoşlanmazlar. Güçlü
qadından isə çəkinirlər, ona yanaşamazlar. Qadının xası bu tarazlığı, qərargahı bilir; gücünü kişinin gözünə gözünə sokmaz.
Xas qadına naz da yaraşar, kapriz də. Elə şirin, elə konsistensiyalı naz edər
ki, onun nazını kişi zövqlə çəkər.
Gerçək bir qadın şeir kimi olur, mey kimi olur, ömür kimi olur ...
Can Yüsel. "Qadının xası"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.