» » Elmira xanımın səsində dinləyicini məmnun edən bir ahəng var

Elmira xanımın səsində dinləyicini məmnun edən bir ahəng var


Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var

Şükür etməyi bacarıram. Bu, dinimizin , əxlaqımızın ölçüsüdür. Allahımızın saysız-hesabsız bəxş etdiyi nemətlərdən biri də kamillikdir. Yəni, bir insan olaraq hər birimiz düşünə bilirik, müqayisə edə bilirik, nəticə çıxara bilirik. Nəvələrimin nənəsi nə vaxt yeməyi duzlu  və yaxud  şit edib bilmişəm və hər zaman da operativ olaraq demişəm.)))Yəni, dad bilirik.
 Yolun, küçənin hansı  küncündəsə  diqqət çəkməyən bir yerdə düymə boyda nazlı-qəmzəli bir çiçək əhatəsindəki əngəllərdən özünə yer edib  boy qaldırıbsa və mən də  onun yanından keçəcəyəmsə, görməmiş keçə bilməzdim. İnsan axı necə laqeyd ola bilər. Onu mənim qarşıma çıxarana qurban olum. Bilməmişəmsə, görməmişəmsə, deməli, hələ tam deyiləm, naşükürəm. Allahım,  məni də şükür edə bilənlər arasından uzaq düşməyə qoyma.
Ali təhsil aldıq, özü də filoloji təhsil. Sözün, mənanın nazıyla oynamağı, yeri gələndə xidmətində durmağı bacardıq, bacarırıq da.
İnsanın təfəkkürü nə qədərdirsə, həyatı da o qədər duyub yaşaya bilər.
Eqoist kimi düşünülməyimi istəməzdim. Belə şey yoxdur və mən  xudpəsənd  də deyiləm,  sadəcə, bütün bunlara görə  şükür etdiyimi demək istəyirəm.  Bir vaxt gənc olduq, içimizə gözəl arzular doldu, sevmək də bir arzudu ha, bunlar hardasa etsin 5-10 il, uzaqbaşı 15 il. Amma bu 10-15 ilində həyat daha gözəl və daha mənalı olub. Vallah, gözəl olub... İnsanlar da gözəl olub, təbiət də gözəl olub. Sevmək də gözəl olub, nifrət də gözəl olub. O illərin ədəbiyyatını, musiqisini, sənət adamlarını  indikilərlə müqayisə edəndə     sevinirəm: biz necə bəxtəvər imişik ki,  Rəşid Behbudovun, Gülağa Məmmədovun, Şövkət xanımın, Əbülfət Əliyevin, Yağub Məmmədovun,  
 Sara Qədimovanın, Rübabə Muradovanın, Nəzakət Məmmədovanın, Zeynəb Xanlarovanın, Elmira Rəhimovanın,  Eynulla Cəbrayılovun,  Anatollu Qəniyevin, İslam Rzayevin, Əlibaba Məmmədovun, Yalçın Rzazadənin, Hacıbaba Hüseynovun, Qulu Əsgərovun, Tələt Qasımovun daha  necə qüdrətli sənət adamlarının  canlı ifasını dinləmişik. 

Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var

Bəstəkarlara baxın hələ : Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Andrey Babayev, Əşrəf Abbasov, Tofiq Bakıxanov, Ağabacı Rzayeva, Hacı Xanməmmədov, Şəfiqə Məmmədova, Elza İbrahimova, Ələkbər Tağıyev, Hökumə Nəcəfova, Xəyyam Mirzəzadə, Tamilla Məmmədzadə, Ədilə Hüseynzadə və sair.
Bu görkəmli sənət adamları  hər şeiri nota köçürməzdilər. Onların mahnılarına fikir versəniz, musiqi bəstələdikləri mətnin müəyyən bir qismi xalq ədəbiyyatından götürülüb, yazılı ədəbiyyata gəlincə isə, N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, M.Rahim, M.Müşfiq, M.Seyidzadə, Ə.Əlibəyli, B.Vahabzadə, N.Xəzri, H.Arif, İ.Səfərli, Ə.Kürçaylı və s.

Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var

Ona görə də 3 böyük sənət eşqi ilə döyünən ürəyin birgə ərsəyə gətirdikləri mahnı həyatımız üçün dad olurdu, duz olurdu.
İndi şit, bayağı mahnılar atını dördnala çapır. Müğənni özü yazır, özü musiqi bəstələyir, özü də oxuyur. Bax, belə...bu mənada keçmiş (köhnə) kişilər, lap elə qızlar da bu qismətə görə şükür etməməyə bilmərik.
Elmira Rəhimovanın mahnılarını dinləyəndə bizim 18-20 yaşımız vardı.   Elmira Rəhimova  da gənc idi: söhbət  keçən əsrin 70-80-ci illərindən gedir.  Yəni, bizim nəslin gəncləri  Elmira xanımın  bir-birindən  şirin, məzmunlu mahnılarında  öz arzularını, xəyallarını qura bilirdi.  Elmira xanım şövqlə oxuyurdu:

Sən yadıma düşəndə

Musiqisi : Elza İbrahimovanın
Sözləri: Dəmir Gədəbəyli

Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.
Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.
Gecə olsa, gecə olsa, ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
Gecə olsa, gecə olsa, ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.

Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.
Kaş əlim sənə çata, kaş ünüm sənə yetə,
Sən yadıma düşəndə.
Kaş əlim sənə çata, kaş ünüm sənə yetə,
Sən yadıma düşəndə.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm,
Sevmək üçün həyata, sevmək üçün həyata.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm,
Sevmək üçün həyata, sevmək üçün həyata.
Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.

Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm,
Sevmək üçün həyata, sevmək üçün həyata.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm
Sevmək üçün həyata, sevmək üçün həyata.
Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.

Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar,
Sevinc dolu yüz dünya.

Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var


Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var


Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var


Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var

 

Bu mahnını  o vaxt  necə dinləmişəmsə, indi də eyni heyranlıqla qulaq asıram. Əlbəttə ki, "Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya". Lap əksi də ola bilər. Qabil demiş:

Dərdindən aşsa da dərdi bəşərin, 
Seli gurlasa da təhlükələrin.
Ayıqlar götür-qoy etsə də dərin,
Yenə öz kefində lüldü bu dünya...

Eyni kənddə bir qapı şənliyə, digər qapı da acıya açıla bilər. İnsan acı da dadar, şirin də. İnsan sevinər də, ağlayar da. Gərək taleyinə sahib çıxasan: təkcə şirin gündə yox, lap acıda da. Bunun üçün isə insanın böyük ürəyi olmalıdır. Bu isə bədii-estetik hissə malik olmadan mümkün deyil. Belə insanın mənəvi cəhətdən inkişaf etməsi mümkün deyil. İstənilən sənət nümunəsi : ədəbiyyat, rəssamlıq, bəstəkarlıq, ifa və s. insan ruhuna qüvvətli təsir edə bilir. Sənət əsərlərinin idealları birdir: hamısının obyekti insandır. Fəqət, onların məqsədə çatmaq üsulları fərqli-fərqlidir. Mən daha üstün imkanı musiqiyə verirəm. Musiqidə lirizm var, fikrə də bir layla həzinliyi, ana şirinliyi qatıb ruhumuza yeridir.
Elmira Rəhimovanım bütün mahnılarını sevirəm. Onun səsində dinləyicini məmnun edən bir iksir var. Bu səs, onun dinləyə aşılaya bildiyi duyğular həm sevgi , həyat vəd edir, həm də ümid.
Avqust ayında sevimli müğənnimizin 75 yaşı tamam olcaq.
"Ana və Uşaq" adından hörmətli müğənnimizə cansağlığı, uzun ömür arzulayırıq.

Elmira xanımın səsində dinləyicini məmnun edən  bir ahəng var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz