» » Xalq təbabəti ilə bəzi müalicə üsulları barədə: "içərisalma", "ipləmə", "içindən yeyilmə"

Xalq təbabəti ilə bəzi müalicə üsulları barədə: "içərisalma", "ipləmə", "içindən yeyilmə"

Müəllif: Samirə от 4-11-2016, 13:18

Xalq təbabəti ilə bəzi müalicə üsulları barədə: "içərisalma", "ipləmə", "içindən yeyilmə"


İçərisalma hər hansı dərd, qəm və xəstəlik halından qüssələnərək fikir çıkmək və beləliklə də baş vermiş ağrı-acının sağalmasının daha da çətinləşdirmək əhvali-ruhiyyəsidir.Hər söz-söhbəti, münasibət və tənəni içə salmaq və bunlara dözmək və yaxud bədəni bunlara dözməyə məcbur etmək nəticədə psixoloji əzab vəziyyətinə düşmək, ruhi xəstəliklər üçün zəmin yaratmaqdır.
Belə adamlar şizofreniyanın müxtəlif formalarında ruhi xəstəliyə düçür ola bilərlər. "Yazıq hər şeyi içinə salıb vərəmləyib”, "filənkəsi heç nə əyə bilməzdi, dərd əydi” və sş bu tipn ifadələr bu halın necə ağır fəsadlar verdiyini sübut edir.
"Adamın ürəyi süfrə deyil ki, açıb hamının qabağına sərsin” ifadəsini hər şeyi ürəyinə salan adamların onlara qınayanlara dediyi sözlərdir. Belə şəxslər qapalı xasiyyətdə our, ən yaxın adamlarına belə sirrini demirlər.

Xalq təbabəti ilə bəzi müalicə üsulları barədə: "içərisalma", "ipləmə", "içindən yeyilmə"

 

Belə adamların düşdükləri vəziyyətdən çıxmaq üçün təsirli sözə, öyüd-nəsihətə, xoş sözə, mehribanlığa böyük ehtiyac olur.
İçərisalmanın, dərd çəkməyin bir başqa forması da içindən yeyilmə adlanır. Belə adamlarda paxıllıq, xudpəsəndlık, gözügötürməməzlik kimi mənfi psixoloji hallar cəmləşir.
Əlindən heç nə gəlməyən, amma hər şeyə tamahı düşən, hər şeydən uman adamlar öz acizliyi və bacarıqsızlığı qarşısında sarsıntı keçiri, içindən yeyilirlər. Bu isə insan orqanizminə ciddi ziyan vura bilər.
İpləmə də bu tip naxoşluqlardan biridir. İpləmə öz öz hərəkətlərinin nəticəsini düşünməyən, əqli naqisliyi, psixoloji çatışmazlıqları (ipə-sapa gəlməyən, tərs xasiyyət, dəlisov) özündə birləşdirən əstə adama deyilir. İpləmə, əsasən, irsi xəstəlikdir. Bir nəsildə, bir ailədə belə xəstələr ola bilir.
Xalq təbabətində ipləmələr üçün heç bir dava-dərman nəzərdə tutulmur: yalnız səbirli olmaq, xeyirxah hislərlə yaşamaq lazımdır.

Xalq təbabəti ilə bəzi müalicə üsulları barədə: "içərisalma", "ipləmə", "içindən yeyilmə"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz