» » "Dəli Kür" ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

"Dəli Kür" ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 
İsmayıl Şıxlı…Azərbaycanda bu adı eşitməyən  kimsə çətin ki olsun. Harada ədəbiyyatdan söz düşür, orada İsmayıl Şıxlının da adı çəkilir.
XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri kimi adına, şəxsiyyətinə ehtiram göstərilir. Adı çəkiləndə ilk olaraq beynimizdə, ağlımızda yaranan təsəvvür "Dəli Kür"lə bağlı olur.
Kür çayı… Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axan çay kimi bir onomastik (hidronim) vahiddir. Əgər Kür 1967-ci ilə kimi yalnız Kürətrafı əraziləri basırdısa, 1967-ci ildə "Dəli Kür" romanı yazıldıqdan, xüsusən, 1969-cu ildə roman ekranlaşdırıldıqdan sonra kükrəyərək məcrasından çıxdı, tək keçdiyin ərazilərin deyil, bütün kəndləri, evləri ağuşuna aldı, bütün ürəklərə "doldu”. Hər evdə , hər ürəkdə yeni bir təbəddülat yaratdı, hər birimizi çoşdurdu…

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

"Dəli Kür” 2 varintda ekranlaşdırılmışdı. Sovet kinosu hakimiyyətin ideologiyasını yayırdı, deyirdi ki, azərbaycanlı rusu, rus məmurunu öldürə bilməz. Əslində, bunlar İsmayıl Şıxlının babası tərəfindən yüzilliyin əvvəlində baş vermişdi, yazıçı təxəyyülü də deyildi. 1969 –cu il də sovet rejiminin "oğlan çağıydı”. Bəlkə də indi bu, kiməsə sadə bir məsələ kimi görünə bilər, amma həyatda heç də belə deyildi. Hər sözün üfürülə-üfürülə ağızdan, qələmdən çıxarıldığı bir vaxtda İsmayıl Şıxlı cəsarət nümunəsi göstərdi: nəsri, ədəbiyyyatı mövzu qadağalarından  yeni müstəviyə çıxartdı.
 "Dəli Kür”  1920-ci ildən bu yana  bizim etnoqrafik yaddaşımız üçün bazubənd kimi qayıtdı, milli təfəkkürümüzün  nişanəsinə  çevrildi: milli inkişafımızın istiiqamətlərini bildik, gördük.

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

İsmayıl Şıxlınun bu romanı Şoloxovun "Sakit Don”u ilə eyni qüdrətdə qiymətləndirilməlidir. Bu roman Kürün təbii-coğrafi xüsusiyyətlərini yox, bu torpaqda yaşayan , bu torpaqda yaşayanların, onların sahiblərinin genetiK kodlarını ortaya qoydu.
Hörmətli yazıçızmızın bütün əsərləri tarixə vətəndaşlıq baxışı , qədirşünaslıq duyğuları formalaşdırmaq üçün əsl mənbədir. İsmayıl müəllim Azərbaycan koloritini, milli-məişət ənənələrini, danışıq tərzini əsərlərində o qədər sevgi və qürurla qələmə alıb ki, çox vaxt elə bunlardan bilmək olur ki, müəllif İsmayıl Şıxlıdır.
tələbəliyimə qayıtdım bu yazını hazırlayanda. Mən İsmayıl müəllimin tələbəsi olmuşam. Bir neçə dəfə "potok”larımız birləşdirilmiş və İsmayıl müəllimin mühazirəsini dinləmək mənə də nəsib olmuşdur. İsmayıl müəllim yeganə müəllim idi ki, mühazirə oxuyanda hər dəfə xitabət kürsüsnün üstünə təzə süfrə salınırd. Hamı sevirdi onu…O da hamını sevirdi. Dünyada ən asan yaxşılıq təbəssümdür... Ən böyük mərhəmət də təbəssümdür. İsmayıl müəllim həmişə təbəssümlü idi.
İsmayıl müəllim ağayana, qəlbi-gözü tox insan idi. Heç kim deyə bilməz ki, bir tələbəyə təmənnalı yaxşılıq edib...Əksinə, bir müəllim, Xalq yazıçısı, el ağsaqqalı, Millət vəkili kimi bütün həyatı boyu özünü xalqına həsr etdi.
 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1933-1936-cı illərdə Qazax pedaqoji məktəbində təhsil almışdır . Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsində təhsil almış, sonra Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir . İkinci Dünya müharibəsi dövründə Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən ordu sıralarında ümumi düçmənlərimizə qarşı döyüşlərdə iştirak etmişdir. Ordudan edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmiş, 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi kimi fəaliyyət göstərmişdir. İsmayıl Şıxlı 1976-1978-ciillərdə "Azərbaycan" jurnalında baş redaktor , 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir .
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. 1947-ci ildə "Həkimin nağılı" hekayəsi ilə ədəbi yaradıcılığa başlamışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yazıçı 1967-ci ildən həm də ictimai, ədəbi-mədəni həyatın əksər sahələrində fəaliyyət göstərmiş, bir neçə dəfə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.


"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

Əziz İsmayıl müəllim, Allah Sizə rəhmət eləsin. Məzarınız nurla dolsun. Siz hər zaman qəlbimizdəsiniz…
Anım gününüzdə məşhur "Ana Kür”mahnısının həzinliyinə bələnib sizi andıq:
 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

Ana Kür, yaşa, Kür.
Bir gəlinsən yatağında,
Təbiətin qucağında,
Nazənin Kür, gözəl Kür.

Həyatına bağlısan bu vətənimin.
Sən nəfəsi, odusan can gülşənimin.
Keçmişimin bu günümün aynasısan.
Bu dünyada sən arzular dünyasısan.

Sənsən həyatım mənim,
Dərdim, dərmanım mənim.
Mavi dastan Kür.
Sahilləri gülüstan Kür.

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

 "Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

 

"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...


"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...  


"Dəli Kür"  ədəbiyyatımızda milli kimliyimizin bazubəndidir...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 26.07.2017
  • Status: offline
  • Şərhləri: 1
  • Məqalələri: 0
^
Кому будет интересно нашёл новый Торрент плеер с возможностью быстрого поиска любого торрент файла за считанные секунды по всему рунету, а так же удобный и простой плеер для просмотра фильмов он-лайн, без скачивания torrent файлов. Без рекламы и без регистрации. Скачать можно здесь www.Kilo-files.tk
  • Нравится
  • 0