» » Şok vəziyyətində ilk yardım

Şok vəziyyətində ilk yardım

Müəllif: Anaveusaq.az от 1-11-2016, 01:04

Şok vəziyyətində ilk yardım

Tibdə bu, kəskin qan dövranı çatışmazlığı ilə ortaya çıxan çox ağır və həyat üçün təhlükə hesab edilən bir sindrom kimi izah olunur.
Hava(nəfəs) çatmazlığı qan təzyiqinin düşməsinə və daxili orqanlarla ətraf toxumalara gedən qanın birdən azalmasına bağlı simptomlar yol açır.

Əlamətləri

Şok vəziyyətində təzyiq düşməklə bərabər, şüur itməsinə qədər nəticələnə bilən şüur pozğunluğu, şiddətli solğunluq, dəridə nəmlilik, nəbzin gah sürətlənməsi və ya gah da zəifləməsi, təngnəfəslik, şiddətli susama, sidikdə azalma və sair bu kimi spesifik hallar narahatlıq yarada bilər. Xəstədə bu bu göstərdiklərimizin heç də hamısı hamısı bir arada olmaya bilər; hər hansı birinin tək başına olaraq da şok vəziyyətinə diqqəti cəlb edə bilər. Sindromunun ortaya çıxma səbəblərinə və inkişaf proseslərinə görə başlıca olarq aşağıdakı dörd şok tipi ayırd edilə bilər:
1.Ürək mənşəli şok ürəyin sıxılması (sistol) zamanı vurulan qan miqdarının düşməsinə bağlıdır. Ürək əzələsinə zərər verən infarkt və ya iltihab (miyokardit) və ürək qarıncıqlarının qeyri-kafi dolmasına yol açan ritm pozuqluqları, ya da ürək xarici pərdəsində maye yığılması kimi bir səbəblə ürəyin qovduğu qan miqdarının düşməsi nəticəsində inkişaf edir.
2. İkinci tip şok qan dövranı qan həcminin birdən və əhəmiyyətli ölçüdə azalmasına bağlıdır. Bu tip şoklar qanamalar zamanı, yanıq, şiddətli ishal kimi vəziyyətlərə bağlı orqanik maye itkilərindən və zədələrdən ortaya çıxar.Septik şok bakteriyaların ifraz endotoksinlərin təsiriylə dövran sisteminin zəifləməsinə və qan təzyiqinin düşməsinə bağlıdır.
3. Sinir sistemi mənşəli (nörojen) şok isə onurğa iliyi xəstəliklərində olduğu kimi, şiddətli bir ağrı ya da güclü bir duyğu səbəbiylə ürək döyüntülərinin refleks olaraq yavaşıması nəticəsində ortaya çıxa bilər.
Səbəbləri

Şok vəziyyətində ilk yardım

Şok təməldə qan dövranı qan miqdarının azalmasıdır; bu səbəbdən qan ya da plazma itkisinə yol açan bütün vəziyyətlər şokla nəticələnə bilər. Bu cür halların başında yaralardan qaynaqlanan xarici qanamalar və şiş, ya da xora yaxınındakı bir qan damanmn aşınmasıyla ortaya çıxan daxili qanamalar gəlir. İkinci sırada yanıqlar əhəmiyyətlidir; yanıq sahəsindəki kiçik damarlardan bol miqdarda plazma sızar. Bağırsaq tıxanmalarıda yanıqlara bənzər; bu vəziyyətdə plazma tıxanma nöqtəsində bağırsaq divarından sızar. Nəhyət, şok sindromunun 4-cü ortaya çıxma səbəbl şiddətli ishal, ya da uzun davamlı qusmanın yol açdığı həddindən artıq su və duz itkisi ilə müşayiət olunan haldır. Maye hissəsi azalan qan qatılaşır, beləcə qan dövranı qan miqdarı da azalır.
Qan qidalandırıcı maddələrin və xüsusilə oksigenin toxumalara çatmasını təmin edər. Həyati xarakterli bu funksiyanın pozulması orqanizm aüçün çox böyük problemlər yaradır. İlk və ən əhəmiyyətli problem arteriyalardakı qan təzyiqinin bəzən çox şiddətlə düşməsidir. Təzyiq düşməsiylə birlikdə toxumalara qan axımı da təhlükəli ölçüdə azalır: hüceyrələrə kifayət qədər oksigen getmədiyi ilə xəstəlik əlamətləri ortaya çıxar. Şok əlamətləri zamanla bütün bədənə yayılır və oksigen azlığına əvvəlcə, çox həssas olan sinir sistemi bu vəziyyətdən təsirlənər. Dəri damarlarındakı qan miqdarı çox azaldığından xəstə çox solğun görünür. Ayrıca tənəffüsü çətinləşir. Bunun səbəbi qanla bağlı ola bildiyindən xəstəyə çox miqdarda oksigen təminatı yaradılmalıdır.
Xəstə ətrafıyla əlaqəsinin qopmasına yol açan bir keylik içinə girər. Bununla birlikdə, ümumiyyətlə, narahatdır və böhrana düşmə əlamətləri göstərir.
Nəbz çox sürətli və zəifdir, çünki bədən şokla qarşılaşdıöında passiv qalmaz. Müxtəlif müdafiə mexanizmləri dərhal hərəkətə keçər. Bunların ən əhəmiyyətlisi böyrəküstü vəzilərindən adrenlin və noradrenalin adlı hormonlardır. Noradrenalin toxumalarda simpatik sinir lifləriınin uçlanndan da
ifraz olunur. Adrenalin daha çox ürək üzərində təsirlidir: ürək döyüntülərini sürtləndirir. Noradrenalin isə bədənin bütün kiçik arteriyalarını azaldar.

 

Şok vəziyyətində ilk yardım  

Bu tənzimləyici proseslərin nəticəsində ritmi sürətlənən ürək dövriyyəyə daha çox qan verir. Gərilərək daralan arteriyalar dövriyyədə olan az miqdarda qana uyğunlaşma təmin edəcək vəziyyətə gəlirlər. Bu uyğunlaşmanın təmin edilə bilməməsi qanın çox geniş bir damar yatağında dağılaraq ətrafda göllənməsinə və xəstənin ölümünə yol açar. Qan, ya da plazma itkisinin qarşısı alınmayacaqsa və bu itki şiddətlidirsə, beyinə gedən oksigenin qeyri-kafi liyi səbəbindən xəstə şüurunu itirər. Oksigen çatışmazlığından qan dairədə, xüsusilə qarın organlarında göllənər və ürəyə geri qayıtmaz. Beləliklə, xəstə halın geriyə dönüşü olmayan mərhələsinə girir.
Edilməsi lazım olanlar

Təcili vəziyyətlərdə hadisənin səbəbləri bir yana buraxılaraq, əvvəlcə vəziyyətin ağırlaşmasının qarşısı alınmalı, şok əlamətləri hələ tam üzə çıxmamışsa bunların ortaya çıxmasına maneə törədilməyə çalışılmalıdır.
İlk tədbir xəstəni yatırdaraq qıçlarının bədənindən yüksəkdə qalmasını təmin etməkdir. Beləcə, qanın qəlbə dönüşü asanlaşar və başda beyin dövranı olmaq üzrə qan dövran yaxşılaşar. Qan dövranının rahat olması üçün bədən rahatlanmalı, kip paltarlar çıxarılmalıdır. Daha sonra xəstənin üstü örtülərək isti tutulur. Amma həddindən artıq da isti olmamalıdır. Çünki həddindən artıq isti dəridəki damarların daha da genişlənməsinə yol açaraq dövran pozuqluğunu və təzyiqin aşağı enməsini şiddətləndirir. Şok bir qanama ilə bağlıdırsa, dərhal qanamanın qarşısı alınmalıdır. İxtidaslı müalicə üçün gözləyərkən, xəstənin bacardıqca çox maye alması təmin edilməlidir, çoxlu su içməlidir: Şirin və ya duzlu bir məhlul verilir. Duzlu məhlul 1 litr suda bir qaşıq süfrə duzu əridilərək hazırlanır.

 

Şok vəziyyətində ilk yardım 

Qeyd:  Yazı türkcədən tərcümə  ilə hazırlanıb.               

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz