» » Yeniyetmələrdə intihar davranışına münasibət

Yeniyetmələrdə intihar davranışına münasibət

 

Yeniyetmələrdə intihar davranışına münasibət

 

Bir yeniyetmədə intihar riskinin yüksək olduğunu göstərən əlamətlər aşağıdakılardır:

- sıx və birdən çox depressiv əlamətinin varlığı;
- intensiv səviyyədə sosial mühitlərdən uzaqlaşma;
- intihar, ümidsizlik və çarəsizlikdən bəhs etmə;
- təcavüzkar davranışların artması;
- tez-tez qəza keçirmək;
- maddi asılılıq;
- bmənfi və ölüm məzmunlu mövzulara yönəldilmək və ya yönəlmək;
- ölüm və ölməkdən danışmaq, söhbətləri daha çox mənfi və ölüm məzmunlu mövzulara yönəltmək;
- şəxsi əşyalarını başqalarına vermək;
- odlu silahların nəzarətsiz saxlanılması ;
- həqiqi qiymətləndirmənin pozulması (psixotik əlamətlər);
- travma və ya istismara məruz qalmq;
- mənlik dəyəri və özünə inamda səviyyəsizlik və sair və ilaxır...

İntihar düşüncəsi olmayan bir uşağa intihar haqqında danışmaq intihar riskini artıra bilər. Belə söhbətləri hər kim etməməli, yəni kiminləsə bu mövzuda söhbət aparmağa ehtiyac yaranarsa, onda işığa, ümidli həyata inam yarada bilən adam olmalııdır. O, xoş anlardan, gözəl arzular ümidi ilə açdığımız sabahlardan ehtiyatla həyatın, sonu, ölüm haqqında fikirlərə keçid ala bilər və təxminən, belə suallar verə bilər:
Bəzən insanlar özərini kədərli hiss edəndə intihar da düşünə bilir, səndə heç belə oldumu? Məsələn, belə anda nələr düşündün?

Yeniyetmələrdə intihar davranışına münasibət

Yeniyetmələrdə intihar özünə zərər vermə və ya ölümə səbəb cəhdidir. İntihar cəhdi ölümcül olmayan hərəkətdir. Yeniyetmələr arasında intihar cəhdlərinin sıxlığı 3,5-11 % arasındadır. ABŞ-da son 25 ildə 15-19 yaş arasında intihar nisbəti üç dəfə artmışdır. Son 30 ildə isə dünyanın hər yerində 15-24 yaş qrupunda gənclərin ölüm səbəblərində intihar birinci yeri tutur. İntihar səbəbilə ölən kişilərin sayı qızlardan üç qat daha çoxdur. Demək olar ki, əksər ölkələrdə belədir.
Sevgi münasibətlərində tərk edilmə, bəyənilməmə, rədd edilmə; özünü cəza tələb edən vəziyyətlərə salmaq səbəbində çıxış yolu tapmaq; yaxınları tərəfindən alçaltma, nifrətlə qarşılanma; həddindən artıq spirt, narkotik maddə qəbul etmək nəticəsində əks psixi təsir göstərən maddələrdən istifadə intihar davranışında fitili alovlandıran son qığılcım olur. Qızlar intihara oğlanlara nisbətən təxminən üç dəfə artıq cəhd göstərərkən, intihar səbəbilə ölüm nisbətləri oğlanlarda qızlara nisbətən üç qat daha çoxdur.
Depressiyalı, bu səbəbdən tez-tez ölmək ölmək haqqında düşünən, intihar fikirləri olan insanların bəzi davranışları ola bilər. Bunlar həmin adamlarda depressiya əlamətlərinin siqnalları və həyəcan əlamətləri kimi qiymətləndirilməlidir: əzizləri, yaxınları, dostları belə məqamlara çox həssas olmalıdır.
Yuxu və yemə sistemində nəzərə çarpan dəyişikliklər, ciddi əsəbiliklər, ifrat səviyyədə üsyan davranışı, ailədən və dostlardan uzaqlaşmaq, evdən qaçmaq, spirtli işkilər meyilliliyinin artması, siqaretə başlaması və ya sayını artırması və s. hərəkətlər dəyişilik haqqında yaxınlara siqnal sayıla bilər. İntihar etməzdən əvvəl belə insanların böyük bir qismi daha öncə də ən az bir dəfə intihara cəhd göstərmişdir. Bu, diqqətdən heç vaxt qaçırılmamalıdır.
İntihar düşüncəsi olan bir yeniyetmələrdə intihar addımı atmaq bir çox səbəb üzündən müşahidə edilə bilər. Məsələn, bu yolu seçənlərin bəzilərində sevilən birinin itkisindən sonra (məsələn, kişi yoldaşı və ya əksinə; bir sevimli dost unintihar etməsi) intihar düşüncələri inkişaf etdirə bilər. İntihar təşəbbüsündə olan yeniyetmələrin mühüm bir qismi yaşadıqları acı, təzyiq və təhdidlərdən xilas olmaq üçün bu yola müraciət etdiklərini ifadə edirlər. Çox zaman intihar cəhdi anını, bir növ, həll yolu kimi görürlər. İntihar cəhdi bir qaçma, xilas olma üsulu kimi qəbul edirlər. Bəzən bunu kiməsə qarşı qəzəbinin, acığının bir əksi olaraq, onları cəzalandırmaq, yandırmaq kimi də düşünüb intihar edə bilirlər.

Yeniyetmələrdə intihar davranışına münasibət 

Yeniyetmələrdə intihar düşüncəsi ilə bağlı bu nöqtələrə diqqət etmək faydalı olacaqdır:
Uşağınıza depressiyada olub- olmadığını soruşmaq, ona ölüm düşüncələri haqqında söhbətə keçid yaradıb bəzi suallar vermək olar. Qorxmayın ki, bununla onun ağlına ölüm ideyalarını gətirmiş olarsınız. Əksinə, mümkün problemləri danışmaq üçün fürsət verərsiniz.
Depressiya və intihar fikri müalicə olunan tibbi bir haldır və ilk addımı uşağınızı qulaq asmaqla başlayır. Sonra mütləq həmin yeniyetmə psixiatri yardım alınmalıdır.
Şəxsiyyət yetkinliyindəki problemlər spirt-maddə istifadəsi, psikotik əlamətlər, şizofreniya və s. intihar riskini xeyli artırır.
Bu cür parpoblemi olanlar diqqətli və həssas yanaşmalı və nə qədər ki, intihar baş verməyib, həmin şəxsə təsir edə bilməlidir, inandırmaqla. İntihar riskli kəslər özləri də gərginliklərdən uzaq qaçmalı, özünə nikbinlik, xoş ovqat gətirə biləcək aləmlrə baş vurmalıdırlar.
Depressiyada olmayan bir maraqlı dost ilə vaxt keçirsin..
Ətrafınızda ölümü xatırladan, ya da asanlaşdıran əşyaları (silah, dərmanlar) təhlükəsiz bir yerə saxlaması (lazım gələrsə tutması) üçün yaxınlarınıza kömək istəyin.
Alkoqol və ya digər maddələri tətbiq etməkdən mütləq uzaqlaşın.
Gün işığından istifadə edin. Gecələr oyaq qalıb, gündüz yatmaq kimi bir davranış forması, adətən, depressiya əlamətlərini artırır. Günəş işığının antidepressant təsirləri vardır.
Daha əvvəl zövq aldığın tədbirləri sınamaq ağır gəlsə də, bir az səy göstərmək və başlamaq da hiss etdiyin mənfi hisslərin azalmasına yardımçı ola bilər.
Gündəlik yuxu və yemək saatlarını sağlam bir nizam içində davam etdirməyə etinasızlıq etməyin.
Yaşadığın hisslər dözülməz olursa, yardım almağı heç vaxt təxirə salmayın.
İdman etmək, qaçmaq, üzmək kimi tədbirlər çətinlikləri azaltmada çox faydalı ola bilər.

 

Yeniyetmələrdə intihar davranışına münasibət

Müəllif : Doktor Koray Qarabəkiroğlu 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz