» » Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

Müəllif: Anaveusaq.az от 1-11-2016, 07:57

  

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir sərhəd qoymaq olmaz. Ədviyyatla çox qədim dövrlərdən başlamış hazırkı dövrə kimi hazırlanan xörəklərin tamım yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, mərzəni, kərəvizi, cəfərini, şüyüdü, cirə, zirə və s. göstərə bilərik. Ədviyyatlar tüpürcək, mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə şərait yaradır. Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitkilər başa düşülməlidir. Onlar orqanizmin sağlamlığında mühüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və s. antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə malikdirlər. Mərzə, cəfəri, kərəviz və ardıc böyrəyin fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar edir. Mədə şirəsinin ifrazında cirə, razyana, zirə, qıtıqotu, sarıkök, bədrənc, boymadərən mühüm rol oynayırlar. Tüpürcək vəzinin normal fəaliyyətində istiot, xardal, sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, ədviyyat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox danışmaq olar. Lakin bir sıra ədviyyatlardan çox ehtiyatlı və  cüzi miqdarda istifadə etməyi məsləhət görürlər. Çünki bu ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsusiyyətlərə də rast gəlmək olur. Buna görə də həkimlər xəstələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı məsləhət görürlər. Bir sıra dietoloqlar xəstələr üçün tərkibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına çox diqqət verirlər. Ədviyyatlardan insanlar arasında tez-tez baş verən qrip, qızdırma, soyuqdəymə və s. istifadə etməyi məsləhət görürlər. Ədviyyat qatışıqlarının əksəriyyətinin kimyəvi tərkibi tam öyrənilmədiyindən onlardan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır.

 

 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

Şəkər xəstəliyində istifadə olunun ədviyyat bitkiləri


Bunlar aşğıdakılardır: adi reyhan, vanil, mixək, zəfəran, kerri, dəfnə, limon, lyubistok, mərzə, bədrənc, adi ardıc, muskat tozu, qırmızı istiot, cəfəri, adi yovşan, rozmarin, kərəviz, zirə, şüyüd, nanə, sürvə. Həzm sistemi normal fəaliyyət göstərən insanlar istənilən ədviyyatlardan istifadə edə bilər. Lakin kəskin acı tamlı ədviyyatlardan – qıtıqutu, acı istiot, kayen bibəri və s. az hallarda istifadə edilməlidir. Aşağıdakı ədviyyatlardan istifadə etməyi məsləhət görürlər: mixək, zəncəfil, darçın, və- zəri, dəfnə, adi soğan, muskat qozu, cəfəri (kökündən), kərəviz, şüyüd, sarımsaq.


Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

 Qaraciyər və öd kisəsi xəstə olan, həmçinin pəhriz saxlayan insanlar üçün ədviyyat bitkiləri


Qaraciyər və öd kisəsi xəstə olan, həmçinin pəhriz saxlayan insanlara orqanizmin normal fəaliyyəti üçün aşağıda qeyd etdiyimiz ədviyyatlardan istifadə etməyi məsləhət görürlər: cirə, reyhan, vanil, mixək, zəncəfil, keşniş, darçın, kuprıç, dəfnə yarpağı, soğan, rozmarin, zirə, şüyüd, bədrənc, qıtıqotu, lyubistok, mərzə, bədrənc, muskat qozu və çiçəyi (az miqdarda), ardıc (qənaətlə), xiyarotu, ətirli istiot, qırmızı bibər (az miqdarda), cəfəri (kökündən), sitrus, nanə, sürvə, tərxun. İnfarkt və damar xəstəlikləri zamanı profilaktik məqsədlər üçün aşağıdakıları istifadə etməyi məsləhət görürük: cirə, reyhan, vanil, mixək, zəncəfil, cədo, keşniş, darçın, kerri, dəfnə yarpağı, limon, soğan, mərzə, muskat qozu və çiçəyi, xiyarotu, qara istiot, rozmarin, timyan, zirə, şüyüd, bədrənc, sarımsaq, sürvə, şüyüd.

 

 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

 

Böyrəkləri xəstə olan və pəhriz saxlayanlar üçün məsləhət görülən ədviyyat bitkiləri


Böyrək xəstəliyi olanlar istənilən ədviyyatlardan, duzdan başqa, istifadə edə bilərlər: reyhan, vanil, mixək, darçın, kuprıç, soğan, lyubistok, mərzə, ardıc, muskat qozu və çiçəyi (az miqdarda), xiyarotu, qırmızı (şirin) bibər (qənaətlə), cəfəri (kökündən), rozmarin, zirə, şüyüd, bədrənc, qıtıqotu, sitrus meyvələri, nanə


Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı) 

İnfarkt və damar xəstəlikləri keçirənlər üçün  üçün məsləhət görülən ədviyyat bitkiləri

infarkt və damar xəstəlikləri zamanı profilaktik məqsədlər üçün aşağıdakıları istifadə etməyi məsləhət görürük: cirə, reyhan, vanil, mixək, zəncəfil, cədo, keşniş, darçın, kerri, dəfnə yarpağı, limon, soğan, mərzə, muskat qozu və çiçəyi, xiyarotu, qara istiot, rozmarin, timyan, zirə, şüyüd, bədrənc, sarımsaq, survə.

 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı) 

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)  

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyat bitkilərinin müalicəvi xüsusiyyətləri (I yazı)

 

                                     Nübar Həkimoba; biologiya üzrə f.e. doktoru                                                                       

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz