» » Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)

Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)

Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
"Ana və Uşaq” onlayn jurnalı hörmətli oxucuların  diqqətinə çatdırır  ki, bu gündən başlayaraq Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar Mürsə qızı Həkimovanın "Azərbaycan xalqının ənənəvi bilikləri" kitabından çox maraqlı və faydalı məlumatlar təqdim edəcəyik.
Nübar Mürsəl qızı Həkimova 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini biologiya ixtisası üzrə bitirib. 2008-ci Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnsititunda namizədlik disertasiyası müdafiə edərək fiziologiya elmləri naməzdi elmi dərəcəsi alıb.
2012-ci ildən AMEA Folklor İnstitunun doktorantıdır.

Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
Filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun qızıdır.  Onu da  bildirim ki, hörmətli Mürsəl müəllim  Azərbaycan folklorşünaslığında  ən samballı alimlərimizdən biri idi. Həm də  el ağsaqqalı kimi çox ehtiramlı bir şəxsiyyət idi.
 Qızı Nübar xanım biologiya üsrə təhsil alsa da, folklor üzrə ixtisaslaşıb, atasının yolunu davam etdirir. Haqqında danışdığımız kitabda qədim türkəçarə üsullarından bəhs edilir. Müalicəvi bitki və meyvəlrdən , onların təbii müalicə vasitəsi olmasından, müalicə üsullarından bəhs edilir.
Xanımın biologiya üzrə alimlik bilikləri bu yerdə folklorumuzun bu zəngin sahəsinin nüfuzunu və mötəbərliyini artırmışdır.
"Ana və Uşaq”
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:

- bəlğəm, göyöskürək, vərəm xəstəliklərinə tutulan, öskürərkən ağzından qanlı bəlğəm gələn xəstələrə 15-20 gün hər axşam yatmamışdan və hər səhər yeməkdən əvvəl, yarpız, bənövşə və nar çiçəyini dəmləyib, eşşək, yaxud dəvə südü ilə qarışdırıb bir fincan içmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- bel, qol, qıç, əl, ayaq, böyrək, qaraciyər ağrılarından əziyyət çəkən xəstələrə gicitkən, yovşan, unnuca (sirkan), hoyotu, zeytun, söyüd yarpağı, yarpız, şüyüd və əməköməcini qaynadıb suyunda 10-5 gün, hər axşam yatmamışdan əvvəl vanna qəbul etmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- əgər bir qadının südündən bir damla inək, keçi, qoyun südünə qarışdırıb başqa uşağa verilsə, o uşaq əslində, südündən verilən qadının uşaqları ilə süd qardaş-bacısı sayılır. Belə uşaqların bir-birilə evlənməsi günah hesab edilir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- teztez köpən, qarın nahiyəsində qaz yığılan xəstələrə 10-15 gün axşam-səhər (yuxudan əvvəl və yuxudan durarkən) bir fincan bal şərbəti qəbul etmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- kim xaş, xəmir xörəklərinə çox meyillidirsə, həmin adamlartez kökəlir, bədəni süstləşir, yuxucul olur, iş qabiliyyətini itirir. Ona görə də belə xörəklərə meyl etməkdən çəkinmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- vərəmə, göyöskürəyə tutulanlara, ağzından qanlı bəlğəm gələn xəstələrə 20-25 gün sürüyə qatılmış erkək toğlunun baş-ayağından hazırlanmış duzsuz xaş yemək (hər gün axşamsəhər)məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- yaddaşı zəif, huşsuz, əsəbi adamlara həftəaşırı hər gün səhər, günorta, axşam yeməkdən əvvəl beçənin başı, ayağı və qanadlarının suyundan – həlimindən (bulyonundan) bir piyalə içmək məsləhətdir. Bu, gözün görmə qabiliyyətini də artırır;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- ürək döyüntüsündən, ağrısından əziyyət çəkənlərə ördəyin qaraciyərini suda həll bişirib, həlimi ilə bərabər səhər, günorta, axşam yeməkdən əvvəl bir fincan içmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- iflic, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qumru, kəklik, beçə, fərə, alabaxta, sərçə, qırqovul, qaratoyuq, göyərçin ətinin şorbasını həll bişirib, hər gün (20-25 gün) yeməkdən əvvəl, gündə üç dəfə bir piyalə həlimini içmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- boğazı ağrıyan, soyuqdəymə nəticəsində səs telləri gərginləşən, yaddaşı, zehni, görmə qabiliyyəti zəifləyən xəstələrə 10-15 gün (səhər, günorta, axşam) yeməkdən əvvəl üç ədəd sərçə və ya kəklik, qaratoyuq, bildirçin, qırqovul yumurtasını ilıq bişirib içmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- quru öskürəyə, göyöskürəyə, qanlı bəlğəmə, ağciyər, vərəm, mədə-bağırsaq xorası xəstəliklərinə tutulanlara qara qoyunun südü sağılan kimi 15-20 gün (səhər, günorta, axşam) yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. Bu qəbil müalicə xəstəliyin tez sağalmasına yaxşı kömək edir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- qızılca, təngnəfəs (astma), göyöskürək, öd kisəsi ağrıları, sidik yolunda daşlaşma, kirəcləşmə, mədə-bağırsaq xoraları xəstəliklərinin ən yaxşı müalicəsi üçün 15-20 gün yeməkdən əvvəl (səhər, günorta, axşam) bir fincan eşşək südü içmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- əl-ayağında yara-xora əmələ gələn, dəri səpgi və gicişmələri xəstəliyindən əziyyət çəkənlərə Bakı Zığ qəsəbəsində yerləşən Duzlu göldə çimmək və ya onun suyundan götürüb ev şəraitində axşam-səhər vanna qəbul etmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- məxmərək səpən xəstələr süpürgə sünbülünün darısını yeməkdən əvvəl gündə üç dəfə çeynəyib tüpürmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- astma (təngnəfəs) xəstəliyinə tutulanlara gündə üç dəfə yeməkdən əvvəl yemişan çiyidini dəmləyib içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- ishala, qarın ağrısına tutulan xəstələrə çoxlu xurma (xirnik) və ya onun şirəsini içmək məsləhətdir;
- mədə qıcqırmasından əziyyət çəkən xəstələr yeməkdən əvvəl gündüç dəfə 150 q, bir il əvvəl yığılmış fındıq ləpəsi yemək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)
- iştahası olmayan xəstələrə hər gün yeməkdən əvvəl üç dəfə quzuqulağı şirəsindən üç çay qaşığı qəbul etmək məsləhətdir;
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə (I yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz