» » Eqoizm nədir və eqoizmin zərərləri

Eqoizm nədir və eqoizmin zərərləri

Eqoizm nədir və eqoizmin  zərərləri

Eqoizm yalnız özünü düşünən, öz mənafeyini hamıdan üstün tutan kəslərə deyilir.
İnsan yalnız özünü düşünürsə də əməkdaşlığa getməlidir. Cəmiyyət olmadan fərd olmaz. İnsanın yalnız özü üçün yaşaması həyat tərzinə çevrilə bilməz. Eqoizm şəxsiyyət problemidir. O, insanın özünə də, cəmiyyətə də zərər verir. Yediyimiz, geyindiyimiz, tutduğumuz, əyləndiyimiz hər şey başqalarının etdiyidir. Nəhəng bir sistemin kiçik parçaları olan ayrı-ayrı fərdlər hərə bir işin bir ucundan tutur. Hamımız sayəsində birimiz yaşayır. Əgər cəmiyyət, xalq, mədəniyyət fərdlərinə kömək olmasaydı və birlikdə hərəkət etməsəydi, bəşəriyyət mövcud ola bilərdimi? Qətiliklə yox!
Biz bu yazımızda özünə müştəbehliyin, fərdiyyətçiliyin ailə həytındakı əlamətlərini müzakirəyə çıxarmaq istədik.
Bəzən deyirlər ki, özünüz haqda danışsanız, kişi üçün sıxıcı olarsınız; başqası haqda danışsaz, dedi-qodu edən kimi yadında qalarsınız; onun haqda danışsanız, dünyanın ən ağıllı və xoşxasiyyət qadını olarsınız. Saytların birində oxumuşam. Mötərizədə də müəllifini " Linda Sanşayn" yazmışdılar: aradım, axtardım, amma belə yazıçı, sənət xadimi və ya hansısa məşhur şəxs tapılmadı. Onda bu fikrin mhiyyətini, daşıdığı mən yükünü ümumi olaraq müzakirəyə çəkək.

Eqoizm nədir və eqoizmin  zərərləri

Doğrudanmı kişilər kişilər tərifi, özlərinə diqqəti bu qədərmi sevirlər? Kişilər heç qadınlar haqqında da belə düşünmürlər. İnan ali idealllr uğrunda yaşamalı, ali varlıq olduğunu əməlləri ilə ifadə etməlidir. BU isə nümayişkarənə olmamalıdır. İnsan nə edirsə, təriflnmək, təqdir edilnək üçün etmir. İndsan adi həyatını yaşayır. Amma digərləri ətrafdakı insanlara həssa olmalıdırlar.Gedib hansısa xeyirxahlıq etmiş kimisə tapıb minnətdarlıq etmək üçün deyil, sadəcə, özü də bu gözəlliklər, yaxşılıqlar nümunəsinə qoşulmaq, öz töhfəsini vermək üçün gördüklərinə, eşitdiklərinə rəğbətlə yanaşmalıdır. Amma hər şey qədərində olmalıdır ki, əksinə çevrilməsin.
Eqoizmin tərəfdarı deyiləm, fəqət qədərindən çox tərif eqoizmə səbəb ola bilər və şəxsə digərləri tərəfindən antipatiya yaranmasına səbəb olar. Amma böyük hörmət mənasında ailə başçısını- uşqların atasını təqdir etmək, haqqında fikir bildirmək, nə haqqındasa onun danışmasını istəmək ailədə, ərlə qadın arasında güvənliyi və mehribanlığı artırar. Əgər qadın ailədə uşaqlara, evə yaxın adamlara ərini təqdir edirsə, əgər qadın hər hansı bir məsələ haqqında, hadisə barəsində, ailəvi baxdıqları film, tamaşa haqqında fikir bildirməyi xahiş edirsə, kişi bunu xüsusi bir ehtiram olaraq qəbul edəcəkdir.
   

Eqoizm nədir və eqoizmin  zərərləri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz