» » Ağ çayla sağlamlığımıza daha bir zəmanət

Ağ çayla sağlamlığımıza daha bir zəmanət

Müəllif: Məlahət от 25-10-2016, 05:55
Ağ çayla sağlamlığımıza daha bir zəmanət

Sağlam həyat üçün  insanlar son zamanlar yaşıl çaya  daha üstünlük verirlət. Amma indi onlara məlum olub ki, ag çay heç dəyşıl çaydan an geri qalmır.
Ağ çay əvvəlcə Çində, əsasən də Fuciyan əyalətində yetişdirilib. Ağ çay bitkisinin qönçələri və yarpaqları yığılır. Yarpaqları və qönçələr yüngül emaldan əvvəl təbii günəş işığında soldurulur. Tanıdığımız 3 çay - qara, yaşıl ağ çay, hər üçü eyni bitkidən alınsa da, hər üçünün dadı müxtəlifdir.
Ağ çay adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklü hissədən ibarətdir ki, bu da bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, solğun sarı rəngdədir. Digər çaylara nisbətən çox yüngüldür. Ağ çay bir çox orqanlarda yaranan xərçng xəstəliyinin qarşısını almaqda kömək edir. Mütəxəsislə vurğulayır ki, əgər müntəzəm olaraq ağ çay qəbul etsəniz, qaraciyər, süd vəzisi, prostat, ağciyər, mədəaltı vəzisi xərçənginə tutulma riskini azaldarsınız.
Ağ çay həm də yağ yığılmasını tənzimləyir, piylənməni azaldır, üz dərisi üçün də çox xeyirlidir. Ağ çayın təkibində digər çaylara nisbətə kofein azdır. Buna baxmayaraq, çox içildikdə əks təsirləri də ola bilir. Normadan artıq içilərsə, ürək döyüntüsü, mədə bulanması, yuxusuzluq kimi şikayətlərə yol açar. Ağ çay içməyə qərar vermisinizsə, həkimlə məsləhət etməniz də vacibdir, çünki ola bilər ki, siz sağlamlığınızla bağlı hər hansı dərman qəbul edirsiniz və bu ağ çayla birgə qəbul üçün münasib sayılmaz. Amma həkimlə məsləhət etsəniz, ağ çayın faydalı təsirlərini bir qədər də nizamlamış olarsınız.
 
Ağ çayla sağlamlığımıza daha bir zəmanət

Ağ çayın hazırlanma qaydası belədir:

Vəsaitlər:

1 çay qaşığı ağ çay (marketlərdə var)
1 ədəd çubuq darçın
1 ədəd mövsüm meyvəsi
1  stəkan isti su
 otaq temperaturunda 1 litr su.

Hazırlanması:

Stəkanın içinə ağ çay, darçın və isti suyu töküb qarışdırın və dəmlənməsi üçün on dəqiqə gözləyin.
İstədiyiniz mövsüm meyvəsini doğrayın və otaq istiliyində su ilə birlikdə stəkana əlavə edin. Qapağını bağlayıb soyuducuya qoyun, səhərə qədər gözləyin.
Bir gün ərzində bu çayı için.
Ağ çayla sağlamlığımıza daha bir zəmanət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz