Abort haqqında qadınların bilməsi lazım olan hər şey
Müəllif: Bənövşə ətirlim от 24-10-2016, 00:31
Abortun lüğəti mənası, uşaqlıq içindən bir parçanın alınmasıdır. Xalq arasında isə hamiləliyin sonlandırılması olaraq başa düşülür.
Abort hansı məqsədlərlə həyata keçirilir?
Əsasən, arzulanmayan hamiləliklərin sona çatdırılması məqsədi ilə aparılır. Bu əməliyyat ən çox 10 həftəlik hamiləlikdə edilə bilər.
Yaşı irəliləmiş qadınlara, sağlamlıq baxımından problem yarada biləcək arzulanmayan hamiləlikləri və tez-tez qanaxmalar olduğu vəziyyətlərdə edilə bilər.
Sonsuzluq diaqnozu üçün də abort edilir. Bu abort dölün alınması şəklində deyil, uşaqlıqdan, hamiləliyə maneyə törədən parçanın alınması şəklində olur.
Düşük yaşandığı zaman, ana bətnində qalıq hissələrin qalmaması üçün edilən abortlar da vardır.

Abort hansı şəkildə həyata keçirilir?
Mütləq abortdan əvvəl bir müayinə edilməli, sonra ultrasəslə baxılır və ümumi qiymətləndirmə edilərək aborta qərar verilir.
Abort edilərkən həkimin verəcəyi qərara bağlı olaraq, ümumi şəklində ya da lokal anesteziya şəklində həyata keçirilə bilər. Bunun qərarını mütəxəssis verməlidir. Ancaq ,ümumiyyətlə ,ümumi anesteziya tətbiq olunmalıdır. Əgər lokal anesteziya tətbiq edliəcəksə uşaqlıq ağzına narkotik dərmanlarla injeksiya edilir və bu şəkildə əməliyyat olunan qadının ağrını hiss etməməsi təmin olunur.
Aborta hazırlıq
Abortdan əvvəl qadının, ən az 6 saat ac olması lazımdır.
Abortdan əvvəl su da daxil olmaqla heç bir şey içilməsinə icazə verilmir.
Abort təxminən 15 dəqiqə çəkər.
Anesteziyadan tamamilə oyanması da 5 dəqiqə çəkər. Anesteziya əməliyyatları ilə birlikdə cəmi 30 dəqiqəyə qədər bir müddət üçün xəstənin abort əməliyyatı bitmiş olur.
Abort əməliyyatında cəmi 1 saat sonra, anesteziyanın təsiri tamamilə keçib, heç bir əlavə hal müşahidə edilməzsə xəstə, xəstəxanadan evə göndərilə bilər.
Abortdan sonra nələrə diqqət edilməsi lazımdır?
Abortdan sonra mütəxəssis, xəstəyə ağrıkəsici və qanaxmanı azaldan dərmanlar verir.
Abortdan 7 gün sonra uşaqlıq daxilinin dəyişikliklərinə baxış keçirmək üçün müayinəyə gedilməlidir.
Abortdan sonra az miqdarda qanaxmalar olur. Ancaq qanaxmalar intensiv olmayacaq şəkildə olmalıdır. Yəni normal aybaşı halında olduğu kimi qanaxmalar olur və bu 5 ilə 10 gün arasında az-az davam edə bilər. Daha çox müddət çəkən qanaxmalar olarsa mütləq ginekoloqunuzla görünməyiniz lazımdır.
Abortdan sonra aybaşı gecikmələri olur. Hətta təxmini olaraq 45 günə qədər aybaşı (mensturasiya) olmazlar.
Abortdan aybaşı sancısına bənzər ağrılar ola bilər. Bunun üçün ağrıkəsicilər istifadə etmək kafi olacaqdır.
Abortdan sonra təxminən 2-3 həftəyə qədər hovuza, dənizə girmək, vanna (cakuzi) tərzi duş almaq qadağandır. Uşaqlıq infeksiyaya yoluxa bilər. Yalnız ayaq üstdə duş alımağa icazə verilir.
Abortdan sonra, 2 ya da 3 həftə cinsi münasibətdə olmamaq tövsiyə edilir.
Qeyd: Ancaq abort böyük günahdır, bunun üçün abortdan mümkün qədər çəkinin əziz xanımlar!
Oxşar postlar:
- Oxunub: 1 865
- Şərhlər: 0
- Bölmə: Humanitar / Səhiyyə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IIİ yazı)
Yazarlar