» » Qadın beyni daha empatik

Qadın beyni daha empatik

Müəllif: Samirə от 19-10-2016, 12:15

 

Qadın beyni daha empatik

Qadınların beyin kortekslərində sinirlərin daha çox olması, danışıq zamanı onların nitq qabiliyyətlərinin kişilərdən daha yaxşı olmasını təmin edir. Qadınlarda iki beyin yarımkürəsini bir-birinə bağlayan korpus- kallosum daha yaxşı inkişaf etdiyindən, qadınlar hər iki beyin yarımkürələrini kişilərdən daha yaxşı istifadə edir.
Qadın beyni daha empatik (empatiya- özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.
Qadın beyninin empatik xarakteri vardır. Qarşısındakı daha yaxşı anlama və sezinləmə duyğuları ilə təchiz edilmişdir. Qadınlar bir mövzuya bir çox fərqli baxımdan yanaşa bildiyi halda, kişilər, təəssüf ki, mövzunu ancaq 1-2 istiqamətdən araşdıra bilir.
Qadınların beyni funksional baxımdan daha çox yaxşıdır. Məsələn, söhbət əsnasında kişilərin beynindəki mövzulardan yalnız biri açılır və onlar saatlarla həmin mövzu ətrafında danışarlar, qadınlar isə bir mövzuda danışmağa başlayıb hadisəni hər şeylə əlaqəli hala gətirə bilərlər. Bir mövzudan söhbət başlasalar da, sonra mövzudan mövzuya keçə bilərlər. Bu səbəbdən qadınların daha rəngarəng baxış bucaqları olduğunu da söyləmək mümkündür.

Qadın beyni daha empatik

Qavrama və maarifləndirmə baxımından qadınlar daha üstün

Qadınlar ətraflarındakı hər şeyin dərhal fərqindədirlər: yetkinlik dövründəki uşağın çətinlikləri, məktəbdəki müvəffəqiyyət səviyyəsi, yoldaşın iş həyatındakı müvəffəqiyyət və müvəffəqiyyətsizlikləri, yaxın bir yoldaşının evliliyi ilə əlaqədar hissləri ... və sair, və ilaxır. Qadınlar bunları sanki instinkt olaraq hiss edərlər. Qadınların beyni kişilərə nisbətən, qarşılarındakı adam danışmasalar belə onu anlama hüceyrələri ilə təchiz edilmişdir.

Romantik beyin daha aktiv

Funksional MRI araşdırmaları aşiq olan qadınlarda daha müxtəlif və sıx beyin fəaliyyətləri olduğunu göstərir. Buna görə eşq uğuruzluğuna tuş gələn qadınlar adi həyat axarına kişilərdən daha çətin və gec dönərlər. Bu səbəbdən qadınlar romantik bağlanmalara qarşı, instinkt bir müqavimət göstərirlər. Çünki bilirlər ki, aşiq olsalar bundan daha çox təsirlənəcəklər.
Limbik sistem ("haşiyəli” sistem də deyilir, insan beynində funksional sahələr baxımından ən sıx olan nüvə deyilən bir regiondur. Vəzifəsi xaricdən gələn hər cür xəbərdarlıqlara bədənin reaksiyası ilə birlikdə orqanizmin verəcəyi emosional və davranış cavabı verməkdir.) ya da romantik beyin, qadınlarda daha böyükdür və bu səbəblə ətrfdakılarla daha asan bağ qurarlar. Qadınların yoldaşları bu səbəblə daha çoxdur. Limbik sistemin böyük olması psixoloji problemlərin və depressiya ehtimalını da artırır.

Qadın beyni daha empatik


Qadınlar stressə qarşı dayanıqsız

Qadınların stressə qarşı psixoloji reaksiyaları daha çox, buna qarşılıq fizioloji reaksiyaları isə kişilərdən daha zəifdir. Buna görə, stressin meydana gətirdiyi fizioloji aşınma kişilərdə çox daha çoxdur. Buna qarşılıq stressin meydana gətirdiyi psixoloji balans hesabatı isə qadınlarda daha ağırdır. Bu səbəblə, ortalama ömür olaraq qadınlar daha çox yaşayarkən, kişilər isə qadınlara görə daha az depressiya və digər ruhi pozuqluqlar yaşayarlar.

 

Qadın beyni daha empatik


Qadınlar daha yaxşı danışar

Qadınlar kişilərə görə danışmağa daha erkən başlayır və axıcı danışar. Kəkələmə halları qadınlara nisbətlə kişilərdə daha tez görülən bir vəziyyətdir. Bunun bir səbəbi də qadınlar da testosteron hormonunun daha aşağı olmasıdır. Edilən araşdırmalar, danışma qabiliyyətləri ilə testosteron səviyyələrinin tərs mütənasib olduğunu göstərir.
Qadınlar rəngləri və rəng fərqliliklərini daha asan ayırd edərlər. Onlar hər hansı bir paltar və ya əşya alarkən rəng mövzusunda daha çox zaman sərf edib mağaza-mağaza gəzərkən, kişilər bu mövzuda tez-tez və daha sürətli qərar verə bilərlər. Satın alınacaq şeyin funksional olması onlar üçün kifayətdir.
Qadın beyni sanki yüksək texnologiya ilə təchiz edilmiş yüksək performanslı bir duyğu maşınıdır. Hər an başqalarının duyğu dəyişikliklərini hiss edər, kişilərdən daha duyğusal olarlar.

Qadın beyni daha empatik


Qeyd:Yazı türkcədən tərcümə ilə işlənmişdir. Mənbə kimi bax:  
http://www.kadinvekadin.net/algi_ve_farkindalik_acisindan_kadinlar_daha_ustun.html

.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz