» » Test üsulu qalsın, yoxsa ləğv edilsin - Müzakirə

Test üsulu qalsın, yoxsa ləğv edilsin - Müzakirə

 
 
Bu gün bir çox saytlarda "Azərbaycanda test üsulu ləğv olunur? - "Əlavə imtahanlar keçirilməlidir" sərlövhəli maraqlı vı vacib bir yazı dərc olunmuşdur (https://azerforum.com/az/azerbaycanda-test-usulu-legv-olunur-elave-imtahanlar-kecirilmelidir).
Həmin yazıda sabiq Təhsil naziri, həm də test üsulunun tətbiqində böyük xidmətləri olmuş  hörmətli Firidin Cəlilovun fikirləri yer almışdır.

Test  üsulu  qalsın, yoxsa ləğv edilsin  - Müzakirə

Mən həmişə istər müəllim , istərsə də sadə vətəndaş kimi test üsulu barəsində öz fikrimi bildirmişəm. Doğrudur, test üsulu o vaxt olsaydı, elə 1-ci ili qəbul olunardım, daha 4-5 il gərginlik yaşamazdım. Bununla belə həqiqibilik üçün ənəvi üsulu hər zaman dəstəkləmişəm. Və nə vaxtsa test üsulunun ləğv ediləcəyini düşünmüşəm. Doğrudur, test üsulu ilə çox savadlı kasıb uşaqları nüfuzlu ali məktəblərə qəbul olundular. Amma onlardan da çox savadsız, ya da çox zəif savadı olan məzunlar 15 ixtisasdan birinə qəbul oluna bildilər.
Sovet vaxtı biz sənədlərimizi verəndən sonra tez-tez Bakıdakı parklara, bağlara yığışırdıq. Vallah, Azərbaycanın ən savadlı uşaqları, özünə güvənənlər gəlirdilər bu parklara və bağlara: sual-cavab yarışına. Savadı olmayan heç gəlib özünü soxardımı kəllə uşaqlar olan yerə.
Mən əvvəllər sənədlərimi hüquqa verirdim. Müsabiqədən keçmədim deyə , sonra istiqamətimi dəyişdim.
Ən çox Zabitlər parkına yığışırdıq. Neftçaladan bir qara oğlan vardı. 8-ci sinifdən peşə məktəbinə getmişdi.İndi ADU-ya da peşə məktəbinin sənədlərini vermişdi, özü də hüquqa. Bütün kitabları o balaca canı ilə əzbər bilirdi.
Mümkün ola sovet sövrü ilə test dövrünün sənəd qəbulunu müqayisə edələr. O vaxt zəif oxuyanlar sənəd verməzdilər. Bir nçə, lap yüz –iki yüz dayı tapan uşaqlar, pulu olan ailələrin uşaqları olurdu, amma az. Pulu da biliyi olandan alırdılar.
İndi test üsuludur. 3-lə oxuyanlar az-maz bal toplasalar, 15 ixtisasdan birinə yəni düşməyəcəklər?

Kənd Təsərrüfatı Akademiyası qapılarını onlara taybatay açıb. Amma sovet dövrü "ASXİ" dillərdə söylənilirdi. Ya da ola bilər ki, bəxtə-bəxt sənəd verər, 10 suala yanındakından soruşub cavab yazar, qalanları gözəyarı işarələyər: tutar qatıq, tutmaz ayran, bəxti gələr düşər Ovaxtki Müəllimlər İnstitunun Salyan filialına. Ödənişi ödəyən bütün abituriyentləri qəbul etməyə hazır olan Kooperasiya Universitetinə və yaxud digər özəl UNİ-lərə.

Bəli, test üsulu şagirdin yazılı və şifahi nitqi qabiliyyətni öldürür, şagirdlərin belədə düşünə bildiklərini ifadə etmək bacarıqları olmur.
Amma ənənəvi üsulda abituriyent müəllimlə üzəüz qoç döyüşünə çıxırdı sanki.
Test üsulu orta məktəbləri, dərslikləri tamam nüduzdan saldı. Əziyyət çəkən orta məktəblər,test topluları, vəsaitlər, sınaq və qəbul imtahanları ilə pul qazanan DİM. Bir dərs vəsaitlərini alıb nəzər yetirin də . Adı vəsaitdir, amma dərsliyin ekvivalentidir.

Test  üsulu  qalsın, yoxsa ləğv edilsin  - Müzakirə

Test topluları hər dəfə cüzi dəyişikliklərlə yenidən çap edilir. Amma qiymətlər olduğu kimi qalır. Özü də test tapşırıqları elə tərtib olunur ki, şagirdlər məcbur olub DİM-nin vəsaitlərini alır. DİM Azərbaycandakı bütün Nəşriyyatların hamısından çox test topluları, vəsait çap edir.
Bu da maraqlıdır ki, DİM-nin nəşriyyat xidməti bu qurumun tərkibində təsərrfathesablı müəssisə kimi fəaliyyət göstərir. Hər ailədən 3-4 nəfər məktəbli varsa, görün bunlar nə qədər test toplusu, vəsait almalıdır. Hələ sınaq imtahanları və qəbul imtahanlarının xərclərini də bu cəmə əlavə etsək, sadə adamların bunları boğazlarından kəsib etdiklərinə əmin olun.

Test  üsulu  qalsın, yoxsa ləğv edilsin  - Müzakirə

"Test qalsın” deyənlər bunu əsas gətirirlər ki, ənənəvi forma bərpa olunsa, rüşvətxorluq yenə şahə qalxacaq. Qalxmasın da. Qəbul imtahanlarında rüşvət olmasın deyə ümumtəhsil məktəblərini bu günə salmaq olardımı?
DİM Təhsil nazirliyi ilə paralellik təşkil edir. İmtahanları testlərlə hər ali məktəbin, texnikumun özündə götürsünlər, həm də testlərlə.Buyursunlar, DİM-nin hər imtahan zalına ictimai nəzarətçiləri cəlb olunsun, bir də ali və orta ixtisas təhsili məktəblərinin öz müəllimləri.
Məktəbin nüfuzu yenidən yüksələcək. Ölkədə bir Dərslik mərkəzi yaradılsın və onun razılığı olmadan heç bir yerdə test, çalışma dəftərləri satılmasın.

Test  üsulu  qalsın, yoxsa ləğv edilsin  - Müzakirə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.