» » Xalq təbabətində bəzi psixoloji təsir qaydaları haqqında

Xalq təbabətində bəzi psixoloji təsir qaydaları haqqında


Elm və texnologiyalar nə qədər inkişaf etsə də, müalicə vasitələri və dərman preparatları nə qədər yenilənsə də, xalq təbabəti, belə deyək, ənənəvi təbabət elmi təbətlə yanaşı gələcəyə addımlamaqdadır. Əsas səbəbi odur ki, xalq təbabəti təbii vasitələrlə üstünlük verir. İnsanlar da bir-birlərinə təbiət kimi sağlamlıq arzulaması təsadüfi deyildir. Biz əvvəlki yazılarımızda da xalq təbabətində diaqnostika və müalicə üsullarından bəhs etmişik. Bu yazımızda isə xalq inamında mövcud olmuş psixoloji təsir qaydaları haqqında bəhs edəcəyik.
Məlumdur ki, bəzi xəstəliklər var ki, bir çox insanlar onları müalicə etdirməklə yox, psixoloji təsirlərlə aradan qaldırmaq istəyirlər. Bu nömrəmizdən başlayaraq vaxtaşırı belə təsirlər haqqında olan inancları hissə-hissə sizə də təqdim edəcəyik

Xalq təbabətində bəzi psixoloji təsir qaydaları haqqında

Ruhtutma
Ruhtutmada xəstə birdən-birə haldan-hala düşür, üşüyür, rəngi avazıyır, gecələr sayıqlayır, qızdırması artır və s. Belə olan halda evin yaşlı adamları, xəstəliyin səbəbini guya həmin adamı ruh tutduğu ilə əlaqələndirirlər. Xalq təbabətində ruh tutanın gecə yastığının altına, kömür, duz, çörək qoyurlar. Xəstənin başına örpək bağlayırlar. Səhəri örpəyi xəstənin başından açırlr, yerə sərib həmin ocaqdan çıxan adamların adlarını bir-bir çəkir, sonra örpəyi çərəklə ölçürlər. Çəkilmiş adın müqabilində örpək çərəklənərkən sayı artıq gəlirsə, onda xəstənin adı çəkilən, yəni adı ölçüyə düz gələn ölən adamın ruhu tutduğu müəyyən edilir. Təzədən örpəyin çəkilməsi prosesi başlanır. Bu dəfə xəstəni ruhu tutmuş ölənin xörək bişirməsi və ya Quran oxumasını bilmək məqsədi ilə çərəkləmə davam etdirilir. Çərəklərin sayı örpəyin uzunluğundan artıq çıxan halda, ölən adama Quran oxutdurmaq və onun ehsanına bir ləziz xörək bişitdirmək məsləhət bilinir.
Xörək bişirilərkən xəstənin başının altına qoyulmuş kömür ocağa atılır, duz azana salınır, çörək tikəsini isə həyətin barısından kənara atırlar.

 

Xalq təbabətində bəzi psixoloji təsir qaydaları haqqında

Qorxugötürmə
Çağa və ya 5-6 yaşlarında uşaqlar gecə yuxularında səksənirlərsə, diksinib ayılırlarsa, onların qorxu keçirdiyi müəyyən edilir.. Xaslq təbabətinə görə qorxanın beşikdə və ya yataqda uzanmış halda yatması şərtilə beşiyin dövrəsinə və orğanının üstünə nazik pambıq düzürlər. Pambıq elə düzülməlidir ki, bir-birindən aralı olmasın, vahid zolaqlar şəklində olsun. Sonra pambığa od vururlar.Əgər pambıq axıracan yanmasa, onda uşaq qorxmayıb, sonacan yandıqda isə elə hesab edirlər ki, uşaq qorxubdur. Pambığın yanmış qarasından götürüb, qorxanın burnuna yaxınlaşdırıb iynədirlər, hm də alnına da çəkirlər.

Xalq təbabətində bəzi psixoloji təsir qaydaları haqqında

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz