» » Çörək muzeyləri

Çörək muzeyləri

Çörək muzeyləri 


Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur. Ölkəmizdə də aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda növləri eramızdan əvvəl 6-7 minilliyə aid edilir. Bütün sivil mədəniyyət sahiblərində olduğu kimi bərəkətinə and içdiyimiz çörəyə hörmət və ehtiram daim xalqımızında qan yaddaşında olmuş və ənənə bu gündə davam etməkdədir. Bu müqəddəs nemətə ehtiram həm folklorumuzda, həm də ədəbiyyatımızda öz əksini daim tapıb. Yəqin ki, hər birimiz çörəyə qarşı hörmətsizlik edənin axırının heç də yaxşı gəlmədiyini dəfələrlə şahidi olmuşuq. Əksər xalqlar müqəddəs neməti daha əziz tutaraq mövcud ənənələri gələcək nəsllərə ötürmək, milli əxlaqi dəyərlərin daha geniş və məzmunlu təbliği məqsədi ilə çörək muzeyləri yaratmışlar. Bu sıralamada bizdə fəxrlə ölkəmizin adını çəkə bilərik... Bu məqamda xüsusi qeyd edilməlidir ki, 1980-cı ildə ölkəmizdə muzeylərin fəaliyyətinə sanki ikinci nəfəs verilmişdi. Həmin il hökumətin qərarına uyğun olaraq müxtəlif məzmunlu, xüsusən də diyarşünaslıq muzeylərinin yaradılmasına start verildi. Bu illər qeyri-adi muzeylərin yaradılması ilə yaddaşlarda qalır. Ağdam Çörək muzeyinin, Lerik Uzunömürlülər Muzeyi, Zəngilan Daş heykəllər muzeyi adıçəkilən illərin məhsulu idi. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 146 muzey və 30 şəkil qalereyası fəaliyyətdədir. 146 muzeydən 138-i (21 filial da daxil olmaqla) Mədəniyyət Nazirliyinin, 4 muzey Milli Elmlər Akademiyasının, qalanları isə digər nazirlik və idarələrin tabeliyində olduğu deyilir.

                                            Çörək muzeyləri

Çörək muzeyləri ilə bağlı apardığımız araşdırmalardan bizə belə məlum oldu ki, dünyada çörək muzeylərinin tarixi ötən əsrin ortalarından başlayır. İsveçrə, Almaniya, Fransa, Hollandiya, Latviya, Rusiya, Ukrayna, Braziliya, Moldova, İsrail, Belçika, Polşa, Portuqaliya,Yunanıstan, o cümlədən Azərbaycanda daxil olmaqla hazırda 15 ölkədə 21 muzey fəaliyyətdədir. 22-ci muzeyin Belarusun paytaxtı Minskdə 2013-cü ildə istifadəyə veriləcəyi deyilir.

Çörək muzeyləri


Çörək muzeyləri forma və məzmununa görə fərqlənir. Yəni müvafiq dövlət statusu almış və dövlət büdcəsindən maliyyələşən muzeylər, hüquqi-fiziki şəxslərə məxsus və rəsmi dövlət qeydiyyatına alınmış muzeylər, o cümlədən təhsil ocaqlarında yaradılmış muzeylər. Birinci iki qrupa aid muzeylər eksponat fondunun zənginliyinə görə seçilir. Bəzi hallarda özəl struktur tərəfindən yaradılan muzeylərə də rəsmi status verilir. Və turist marşrutlarına salınır. Təhsil müəssisələrində yaradılan muzeylər uşaqların təlim-tərbiyyəsində ciddi rol oynasada onun eksponat fondu elə də zəngin olmur və muzeyin muhafizəsi, habelə eksponatların qorunması tələb olunan səviyyədə keçirilmir.

 

Çörək muzeyləri


Qeyd etməliyik ki, dünyada ilk çörək muzeyi İsveçrənin Sürix şəhərində şəhər sakini Mişel Veren tərəfindən 1940-cı ildə yaradılmışdır. M. Verenin şəxsi mənzilində yaradılan muzeydə qədim Misirdə, Romada və dünyanın digər ölkələrində bişirilən çörək numunələri indi də nümayiş olunur. Muzeydə həmçinin daş dövrünə aid, eramizdan 6 min əvvəl çörək mayası olmadan bişirilmiş çörək numunəsi də sərgilənir. Bu nadir eksponat suyu qurumuş göldə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.

 

Çörək muzeyləri

Dünyada ikinci, bəzi mənbələrdə birinci göstərilən Almaniyanın Ulm şəhərindəki Çörək muzeyi 1955-ci ildən fəaliyyətdədir. Muzeyin adının daim birinci sırada çəkilməsi onun ilk rəsmi dövlət statusu alması ilə baglı olduğu deyilir. Hazırda muzeydə 18500 eksponat, çörək və çörək məmulatlarının hazırlanma texnogiyaları, çörəkbişirmə ilə bağlı tarixi sənədlər və qədim eksponatlar nümayiş olunur.
Ulm şəhəri Dunay çayının sahilində yerləşir. Muzey şəxsi olsada, amma qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə giriş pulludur. Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır. Əlavə olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.

Çörək muzeyləri

Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist Villi Ay-Zelenə məxsusdur. Ulm şəhəri həmdə görkəmli fizik Albert Eynşteynin vətəni kimi tarixə düşmüşdür.
İki nümayiş zalından ibarət olan muzey də, həm də çörək-bulka məmulatlarının bişirilmə texnologiyasna həsr olunmuş zəngin kitabxanada fəaliyyətdədir.

Çörək muzeyləri


Qədim un dəyirmanında yerləşən Fransa Çörək muzeyi isə 1972-ci ildən ziyarətçilərin istifadəsindədır. Burada müxtəlif əmək alətləri qədim çörək numunələri, çörəkdən bəhs edən kitablar nümayiş olunur. Muzeydəki eksponatların sayı 1000-i keçir.
1983-cü ildən istifadəyə verilən Kiyev Çörək muzeyi isə bir qədər fərqlənir. Yəni muzeyə gələnlər mövcud olmuş çörək numunələrindən dada bilərlər. Muzeyin ərazisində istifadəyə verilmuş çörəkxanada bütün növ qədim və yeni numunələr bişirilir. Və satışa çıxarılır. Kiyev muzyində "Leninqard muhasirəsində” bişirilən çörəkdən tutmuş, "kosmos”da yeyilən çörəyədək numyiş olunur. Muzeydə habelə Ukraynanın bütün vilayətlərindən toplanılmış 100-dək çörək numunəsi, ABŞ, Fransa, Almaniya və digər ölkələrin çörək numunələri də nümayiş olunur. Ekoloji-naturalist mərkəz tərəfindən yaradılan muzeyin əsas məqsədi çörəyə və biçinçi əməyinə hörmət və ehtiram hissini aşılamaq, qədim ənənələri yaşatmaqdır.
Ukrayanada ikinci çörək muzeyi Vinnitsa şəhərindədir. Muzey bu gün baxımsızlıq ucbatında məhvolma təhlükəsi ilə üzləşmişdir. Bu gün muzeydə saxlanılan 700 eksponatdan 500-dək hissəsi sıradan çıxmışdır. Muzeydə qədim külək dəyirmanı da vardır. Ukranadakı üçüncü çörək uzeyi Odessa şəhərindədir. "Odessa Çörək” MMC tərəfindən yaradılan muzeydə "Çörəkbişirəmə tarixi” , "Çardövründəki çörəkbişirmə mədəniyyəti”, "İnqilab dövrü çörək bişirmə”, "Çörək bişirmə mədəniyyəti İkinci Dünya müharibəsi dövründə”, "Müsair Odessanı çörək bişirmə mədəniyyəti” mövzusunda ekspozisiyaları nümayiş olunur. Muzey eksponatları içərisində II Yekatrina dövründə verilmiş əmrlər və digər sənədlərdə diqqəti çəkir. Muzey hələlik rəsmi dövlət statusu almamışdır.

Çörək muzeyləri 

Rusiyanın 3 şəhərində – Sankt-Peterburq, Gəlincik və Bolqar şəhərində bu tipli muzey fəaliyyətdədir. Rusiya Federasiyasında birinci olan muzey-Sankt-Peterburq Çörək Muzeyi 1988-çı ildə istifadəyə Mixail Qlazumutski tərəfindən verilsədə, dövlət statusunu yalnız 1993-cü ildə ala bilmişdir. Hazırda muzeydə 14 000 eksponat nümayiş olunur. 2010-cu ildə isə Rusiyada daha iki muzey Krasnodar diyarının Gəlincik şəhərində Çörək və Şərab müzeyi, o cümlədən Tatarıstan Muxtar Respublikasının Bolqar Şəhərində Çörək muzeyi istifadəyə verilmişdir. Bu muzeyin tərkibində çörəkxana, at tövləsi və dəmirçi emalatxanası vardır. 2011-ci ilin yanvarında muzeyə Hollandiyadan qədim un dəyirmanı da gətirilmişdir.
Xatırladaq ki, adıçəkilən şəhər X-XVII əsrlərdə bu ərazilərdə yerləşən Volqa Bulqarlarıının paytaxtı olmuşdur. Muzeyin həyətində habelə külək dəyirmanı, dəyirmançı evi və həyat yanı sahələr vardır. Maraqlı cəhət ondadır ki, turistlər hətta özləri burada çörək bişirə bilərlər. Əlavə olaraq bayramların keçirilməsi üçün meydançanın, restoranın və dükan-bazarda istifadəyə verliləcəyi bildirilir. Muzey kompleksi Tatarıstanın paytaxtı Kazan şəhərindən 140 kilometr aralıda yerləşir. Moldovadakı muzey isə Oknitsa rayonu Qraunitsa kəndindəki məktəbdə fəaliyyət göstərir. Bəzi mənbələr Belçika və Hollandiyda da çörək muzeyinin olduğunu qeyd edirlər. Israilin Xayfa şəhərində Plamur Meydanı yaxınlığında bu ölkədə yeganə olan Çörək muzeyi fəaliyyət göstərir. "Daqon” Çörək muzeyi ilk dəfə 1966-cı ildə rəsmi status aldıqdan sonra ziyərətçilərə açıq elan edilmişdir. Muzeyin yaradılmasının təşəbbüskarı yerli iş adamı Geyven Gext həmin ildə öz taxıl elevatorunun birinci mərhələsini istifadəyə vermişdi. Əvvəlcə müəssisənin inzibati binasında yerləşən muzeyə sonralar ayrıca bina inşa edilmişdir. Muzeyə giriş pulsuz olsa da, hər gün ancaq 30 dəqiqə açıq olur. İlk dəfə olaraq ziyərətə gələnlərə müəssisənin yaranmasına həsr olunmuş qısa metrajlı film göstərilir. İlk dövrlərdən başlamış son dövlərədək müəssisənin inkişaf tarixi, bütün texnoloji proseslər filmdə öz əksini tapmışdır. Məlumatlarda o da bildiriılr ki, Xayfa şəhərinin inkişafında əsas xidmət məhz Geyven Gixtə düşür. Hazırda muzey məhz Geyven Gextin adını daşıyan fond tərəfindən maliyyələşdirilir. Latviyadakı çörək muzeyi Latqaliya ərazi vahidliyinin Aqlon kəndində fəaliyyət göstərir. Bu kənddə həm də qədim katolik kilsəsi fəaliyyətdədir. Yerli özünüidarəetmə orqanının keçmiş üzvü Via Antsane tərəfindən yaradılmış muzeydə onlarca çörək növləri nümayiş etidirilməklə, yanaşı həm də turistlərə dadmaqda təklif olunur. Hazırda həmin kənd tursit martşrutlarına salınıb. 

 Çörək muzeyləri
Yeni, özüdə konservantsiz undan hazırlanan çörəyin ətri bəzən bütün kəndə yayıldığı deyilir. Muzey ötən əsrin sonlarından ziyarətçilərin ixtiyarına verilib.
Yunanıstan Çörək muzeyi paytaxt Afindan xeyli aralıda olan ucqar kənddə yerli folklor qrupu tərəfindən 1982-ci ildən fəaliyyətdədir. Muzeydə yerli çörək və buğda növləri ilə yanaşı, çörək bişirmə texnologiyalarıda nümayiş olunur.
Polşa Çörək muzeyi isə 2000-ci ildə "İzi” şirkətinin rəhbəri Pyotr Mankeviçin təşəbbüsü ilə yaradılmışdır. P.Mankeviçin yaratdığı şirkət məhz çörəkbişirmədə istifadə olunan texnologiyaların istehsalı ilə məşğuldur və muzeyin eksponatların əksəriyyətidə məhz onun istehsal etdiyi mexanizmlərdir. Portuqaliyanın Seya yaşıyış məntəqəsində 1996-ci ildən istifadəyə verilən muzey yerli tarixçilərin təşəbbüsü ilə yaradılmışdır. 2200 eksponat fondu olan muzeydə Portuqaliyanın çörəkbişirmə mədəniyəti və tarixini əks etdirən eksponatlar nümayiş olunur. Zavodskoy muzey 10 min kv/m ərazidə inşa edilən muzey kompleksində sərgi salonları, restoran fəaliyyət göstərir. Serbiya Çörək muzeyinin tarixi isə 1995-ci ildən başlayır. Peçintsa yaşayış məntəqəsində fəaliyyət göstərən muzeydə Serbiyanı çörək mədəniyyətini əks etdirən eksponatlar muzeydə nümayiş olunur. Muzeyi əsası rəssam Slobodan Eremic-Eremiya tərəfindən qoyulub. Braziliyada fəaliyyətdə olan muzeyin binasi İtaliyadan olan mühacirlər tərəfindən inşa edilib.

Çörək muzeyləri


Qədim un dəyirmanında fəaliyyət göstərən muzeyə gələn turistlərə çörəkbişirmənin sirləri də öyrədilir. Qədim abidə yerli elmi mərkəzin layihəsi ilə ötən əsrin sonlarında bərpa edilmişdir. Araşdırmalar zamanı diqqətimizi çəkən məqamlardan biridə "Buğdadan çörəyə” proqramı çərçivəsində keçirilən Beynəlxalq Çörək bayramı idi. Artıq dördüncü dəfə keçirilən festifal ənənəvi olaraq Sloveniyanın Novi-Sad şəhərində keçirilir. Burada çörək məmulatları ilə yanaşı çörək bişirmədə tətbiq olunan yeni innovasiyalar, texnologiyalar sərgiləir. Belə bir tədbir ənənəvi olaraq "Balkankult Fondu” tərəfindən ən qədim çörək muzeyinin fəaliyyət göstərdiyi şəhərdə- Almaniyanın Ulm şəhərində də baş tutur. Sadaladığımız muzeylər arasında bizim üçün daha doğma, yaxını və əlçatanı isə Ağdam şəhərində yaradılmış muzey idi. Biz bu yazıda hazırda dünyada fəaliyyətdə olan çörək muzeyləri barəsində məlumat verdik. Təəssüf ki, yazıda yer alan muzeylərin yalnız biri, yəni Ağdam Çörək Muzeyi fəaliyyət göstərmir. Bu və digər məqamlara növbəti yazıda aydınlıq gətirməyə çalışacağıq.

Çörək muzeyləri 

Mənbə: Vüqar Tofiqli " Ağdam Çörək Muzeyi : dünəni, bu günü və sabahı" kitabından

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz