» » Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

 

Döyənək nədir?
Ayaqda 26 ədəd sümük vardır və insan pəncəsini yerə basdığı zaman bütün sümükləri yerə eyni anda döyməz. Əvvəlcə ayaq daraqlarından biri çökər və digərlərindən daha alçaq olduğundan yerə ilk dəyən o olduğu üçün bütün ağırlığı o daşıyır və buna görə də döyənək həmin bölgədə meydana gələr.
Yüksək dikdaban və ya incə dikdaban ayaqqabılar bədənin bütün ağırlığını ayağın ön qisiminə yükləyir. Beləliklə, ayağın ön qisimində qalınlaşma (döyənək) meydana gəlir.
İtiburunlu ayaqqabılar da ayaq barmaqlarını önə sıxışdırıb döyənək meydana gətirər. Vücud özünü qorumaq üçün, bir növ, mühafizə imkanı yaradır, başqa cürə desək, döyənək yaradır. Bu qalınlaşma təzyiq və ya sürtünmənin olduğu yerdə baş verir. Vücudumuzun bu mexanizmi sayəsində dəridəki sərtləşmə olmasaydı, bədənimiz dəlik-deşik olardı.
Ən çox rast gəlinən döyənək "çelloma dura (HD)" olaraq adlandırılan və hərəkətdə ikən barmağın üst tərəfinin ayaqqabı ilə təmasından yaranan döyənəkdir. Daha yumşaq olan qabarlar "çelloma molla (HM)" iki barmaq arasında ibarət olan növlərdir.

Nələr səbəb olur?
Döyənək meydana gəlməsinə səbəb ola biləcək əsas səbəblər aşağıdakılardır:

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi
* Möhkəm ayaqqabı
* Ayaq quruluşuna uyğunlaşmayan ayaqqabı
* Yüksək dikdaban ayaqqabı
* Çöldə yalın ayaqla gəzmək
* Ayaq barmaqlarındakı deformasiyalar
* Ayağın çox sümüklü olması
* Yanlış getmə (basma) hərəkəti

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

 

Tez qarşılaşılan əlamətlər hansılardır?

Döyənəyin bir çox fərqli əlamətləri ilə yanaşı, heç bir əlamət verməyən ağrısız qabarlar da ola bilər. Ancaq döyənək meydana gələrkən, ümumiyyətlə, ilk əlamət dğyənək bölgəsindəki kəskin ağrıdır. Yüngül döyənəklərdə təzyiq aradan qalxdığında ağrı da itər, amma dərin və geniş diametrli nasırlarda ağrı daha kəskin və daha narahatedicidir. Ağrıyla birlikdə bölgədə qalınlaşma da baslar. Qabarlar, ümumiyyətlə, zərərsiz olmalarına baxmayaraq, ağrılı olduqların üçün müalicə tələb edir.
* Sərt döyənək: Sıx bir kökü (mərkəzi) olan sərtləşmiş bir dəri təbəqəsidir. Ayaq barmaqlarının təpə qisimlərində, kiçik ayaq barmağının yan və təpə hissəsində və ya ayağın altında meydana gələ bilər.
* Yumşaq döyənək: Təxminən 1-4 sm diametrində, qızarmış, həssas bir bölgə olaraq görülər. Hamar və incə bir mərkəzi var. Ayaq barmaqlarının diş kənarlarında görülə bilər.
* Toxum döyənək : Ümumiyyətlə topuğun yan və arxalarında rast gəlinən və ölü dəri hüceyrələrindən ibarət bir döyənək növüdür.
İrsi olan döyənək növləri də vardır. Bunlar 2,5 sm genişliyinə qədər çıxar və bunların meydana gəlməsi üçün diqqətə çarpan bir təzyiq və ya sürtünmə də, ümumiyyətlə, yoxdur. Ayağın altında və ya ovucların içində də ola bilərlər. Bu cür qabarlar uşaqlarda da tez-tez rast gəlinir.
 

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

 

Necə müalicə edilir?
Döyənəklərin müalicəsi, əslində, çox asandır. Əvvəlcə, diqqət edilməsi lazım olan məsələ, döyənəyin iltihablı olan bənzərlərindən ayırmaqdır: içində iltihab olanlar təmizləndikləri zaman, ümumiyyətlə, irin və ya qan axıtacaqdır, halbuki, döyənək qaşıındığında altından ölü dəri hüceyrələri çıxmaqda davam edir. Sizə problem çıxaran mənbənin həqiqətən nasir olduğuna əmin olduqdan sonra bir çox müalicə şəkli tətbiq oluna bilər.
Bunların arasında ən risksiz və sağlam üsul nasirin olduğu bölgədəki ölü dəri hüceyrələrini dəriyə zərər vermədən süngərdaşı və bənzərlərindən istifadə etməklə yox etməkdir.
Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi
Reseptsiz olaraq satılan və salisil turşu ehtiva edən döyənək lentləri qüvvətli və qızışdırıcı olduqları üçün diqqətlə istifadə etmək lazımdır. Bunlar döyənəyin əlamətlərini yox edir, çünki tərkibində olan turşular döyənəyi yox edir.
Yanlış istifadə etdikdə bu dərmanlı lentlər döyənəyin ətrafındakı sağlam dəri toxumasını öldürə və allergik reaksiyalara səbəb ola bilər. Sağlam fərdlərdə belə dəri üçün risk daşıdığı kimi xüsusilə dövran pozuqluğu və ya şəkər xəstəliyi olan fərdlərdə daha təhlükəli ola bilər.
Allergik deyilsə və həkimin məsləhət və prosedurları ilə istifadə edildiklərində müalicə müddətini sürətləndirər. Belə yanaşmalar döyənəyi müalicə edə bilər, ancaq dğyənəyi təşkil səbəblər yox edilməzsə, problem təkrarlanacaqdır.
Döyənəklərin kəsilərək yox edilməsinin da istənməyən nəticələri ola bilər. Dərinizdə kəsiklər meydana gətirə bilərsiniz. Unutmayın ki, ayaq davamlı olaraq bakteriyaların asanlıqla yol tapa biləcəkləri ilıq və rütubətli bir mühitdir.
Aşağıdkı müalicə üsullarını etməyiniz tövsiyə olunur:
 

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

* Doğru seçilmiş uyğun ayaqqabılar geyərək: ayaqqabı alarkən, seçilən ayaqqabının burun qisminin ayaqla uyğun olması çox əhəmiyyətlidir. Ayaqların içində "rahat" olduğu, yumşaq dəridən hazırlanmış ayaqqabılar idealdır.
* Ayaq təmizliyinə diqqət edərək: bakteriya və mikrob törəməsinə uyğun mühitlərdə olan ayaqların daima təmiz tutulması, corab və ayaqqabıların da səhiyyə məlumatı tələblərinə uyğun olması lazımdır.
* Nəmləndirməyə əhəmiyyət verərək: dərinin sağlam və qüvvətli olmasını təmin etmək üçün ayaqları nizamlı olaraq nəmləndirmək və yumşaq qalmalarını təmin etmək lazımdır.
* Mütəxəssislərə baş vuraraq: bəzi hallarda məsləhətləşmək faydalıdır. Beləcə, professional bir yanaşma döyənəyinizin səbəbləri araşdırılacaq, bir müalicə planı yaradılacaq və sağlam ayaqlara sahib olmanız təmin ediləcək.

Evdə tətbiq oluna üsullar?
Bu problemin səbəb olduğu ağrı və narahatlıqdan xilas olmaq, ümumiyyətlə, onlrı i yox etməyə çalışmaq üçün tətbiq oluna biləcək addımlar bunlardır:
* Badam yağı, E vitamini və ya lanolin ehtiva edən bir kremi nasirin üzərinə sürtün. Beləcə, nasirin yumşalmasını və kiçilməsini təmin edə bilərsiniz.
* Ayaqqabı geydiyiniz zaman ağrılı bölgənin qorunması üçün üzərinə normal yara bantı və ya plastr daxil edin. Bant və ya paster 1 gündən daha uzun bir müddət qala bilməz. Onları çıxardarkən döyənəyin ətrafındakı dəriyə zərər verməmək üçün xüsusi diqqət edin.
* Döyənəkli bölgəni yumşaltmaq üçün iliq suda bir müddət saxlayın. Daha sonra çox sərt olmayan bir süngərdaşı və ya bənzəri yumşaq bir alətlə döyənəkli bölgəni yüngülcə təmizləməyə çalışın. Beləcə, döyənəyin meydana gətirdiyi sərtliyi , ölmüş hüceyrələri təmizləmiş, bölgəni rahatlatmış olacaqsınız.
* Geydiyiniz ayaqqabıları ayaq və xüsusilə barmaq bölgənizə təzyiq etməyəcək səkil və yumşaqlıqda seçin. Köhnələrək şəklini itirmiş ayaqqabıları geyiməyin. Gedərkən ayağınızın məruz qaldığı davamlı salın əmilməsi üçün ayaqqabıların yaxşı vəziyyətdə olması şərtdir.
Xüsusilə, ayaqqabı bədən yükünün 25% -ini çəkməkdə olan ayaq dabanınızla sümüyünüzü həddindən artıq və yanlış yük minməsini səbəb olur. Ayaqqabınızın topuğu xüsusilə müəyyən bir istiqamətə doğru aşınıyorsa mütləq bir ortopediya mütəxəssisinə baş çəkin.
* Gecə yatarkən döyənək bölgəsinə bir parça sarımsaq və ya soğan sarıyıb yatın. Turşuları döyənəyin yumşalmasına kömək olacaq.

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

 

Yaranmasına necə maneə törədilə bilər?
Döyənəyin meydana gəlmədən qarşısının alınması üçün görülə biləcək tədbirlər bunlardır:
* Hər zaman yumşaq materialdan hazırlanmış ayaqqabılar almağa çalışın. Bunların içərisində ən yaxşısı dəridir; elastikliyi ayağa gələcək təzyiq və sürtünməyə qarşı prioritetli köməkçiniz olacaq.
* Seçdiyiniz ayaqqabının topuq və baş barmaq altındakı bölgələrinin "padded" (yastıqlı, yumşaq) olmasına çalışın. Bu, ayağınızın təbii bir mövqedə qalmasına səbəb olduğundan faydalıdır.
* Barmaq bölgəsi geniş və yumru olan ayaqqabılar seçdiyiniz halda, barmaqlarınıza bol yer qalacağı üçün barmaq arasında döyənək meydana gəlməsi da önlənə bilər.
* 6 santimetreden çox dikdaban ayaqqabılardan qaçın.
* Ayaqqabınızın içəri tikişlərinin də yaxşı olmasına diqqət göstərin.
* İnsan ayağının təbiətinə zidd modelləri olan bütün ayaqqabılarından qaçın!
* Ayaqlarınızı mütləq yaxşı qurulayın. Pambıqlı corab geyməniz məsləhətdir. Davamlı rütubət içində duran ayaqlarda dəridə qıcıqlanmalar olur. Corablarım nəmləndiyində təmizi ilə dəyişdirin.
* Evdə mümkün olduğu qədər sadə ayaqqabıda dolanın. Təbiət ana ayaq barmaqlarımızın azad və sərbəst olmasını istəyərdi! Amma soyunma otaqları kimi cəmiyyətə açıq yerlərdə yalın ayaq basmamaya diqqət göstərin. Belə yerlərdə mütləq şətəllərdən (tapuşka) istifadə edin. Heç kimsə ilə ortaq dəsmal, corab, ayaqqabı istifadə etməyin.
* Metabolizmanızdaki turşu / qələvi tarazlığını düzəltmək üçün 3 gün ərzində çiy meyvə və tərəvəz qəbul edin.
* Qızartma, qırmızı ət, kofein, şəkər ilə çox işlənmiş və qatqılı qidalardan uzaq durun.
* Qeyri-kafi A, E vitamini və kalium dğyənək meydana gəlməsini təsir edə bilər. Qidalanma zamanı meyvə, tərəvəz və lifli qidalar artırsanız, bədəninizə köməkçi ola bilərsiniz. Banan və kök xüsusilə məsləhətdir.
* Dğyənəyin səbəb olduğu ağrı və qaşıntıdan xilas olmaq üçün bölgəyə soyuq kompres tətbiq edin.

Diqqət!
1. Döyənəyin ətrafında qırmızılıq gördüyünüz və ya qıcıqlanma hidss etdiyiniz an z dərman və müalicəni dayandırıb mütləq həkiminizə bildirin.
2. Şəkər xəstəliyi və ya qan dövranı pozöunluğu kimi bir narahatlığınız varsa, öz- özünüzü müalicə etməyin, əvvəlcə bir həkimə məsləhət edin.
3. Heç bir vəziyyətdə döyənəyi açıq bir ülgüclə kəsməyə cəhd etməyin. Döyənəyin ətrafında və ya altında olan dəriyə zərər verməməyə diqqət edilməlidir, çünki bu tip yaralara iltihab düşməsi az qala qaçılmazdır.

Döyənək (qabar) nədir, səbəbləri, əlamətləri və müalicəsi

 

Mənbə: http://www.hurriyet.com.tr/yasasinhayat/9529587.asp[center]

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.