» » Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Müəllif: Samirə от 14-10-2016, 13:30
 

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Hamilə qalmaq üçün əvvəlcə buna əvvəlcədən qəti bir qərar vermək lazımdır. Bir ailə quran cütlüyün hamiləlik üçün, dünyaya gələcək körpə üçün maddi, sosial, mənəvi yetkinliyi olmalıdır. Uşaq dünyaya sadəcə izdivacın sonluğu kimi deyil, mənəvi ünsiyyətin yekunu kimi gəlməlidir. Ta həyatının sonuna kimi sevgi çiçəyinin bağbanı ola bilməyəcəkdinizsə, onda nədən dünyaya gətirdiniz?! Gətirdinizsə, elə sevdiyiniz ilk addımlardan ailə həyatı üçün məsul olmağa hazır olmaq lazımdır. Əvvəlcə bir uşaq sahibi olmağa qərar vermiş gələcək ata-ana, bir-birlərinə bu yolda daim dəstək çıxmalıdırlar, üzlərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək düşüncəsində olmalıdırlar.
Hamilə qalmaq üçün nələrə diqqət edilməlidir dəyiləndə, lk olaraq ağla yalnız qadının edəcəkləri gəlməkdədir. Halbuki, körpənin meydana gəlməsi üçün qadın qədər kişinin də diqqət etməsi şərt olmalıdır.

Nədir kişinin diqqət etməsi lazım olan şeylər?

İlk olaraq, siqaret çəkmək evli ciütlüklərin valideyn, körpə olmaq istəyinə özlərinin əks atdıqları addımlardır. Hamiləliyin baş verməsi, sağlam körpə üçün səylər tək qadından deyil, eyni zamanda kişidən asılıdır.
Siqaretin sperma öldürücü təsiri artıq elmi cəhətdən tam sübut olunmuşdur. Bu tipli mənfi təsirlərə sahib olan maddələr arasında, təbii ki, narkotik maddə və spirt də vardır. Narkotik maddə, spirt və siqaret istifadə edən kişilərin uşaq sahibi olma ehtimalı 20 %-ə qədər düşdüyü sübut edilmişdir.
Kişilərin diqqət etməsi lazım olan şeylər arasında yenə sperma sayını, keyfiyyətini və hərəkətliliyinə mənfi təsir edən dar şalvar geyməmək, çox oturmamaq və sair halları göstərmək olar.

Hamiləlik üçün yumurtalıqları inkişaf etdirən qidalar yeyilməlidir:

Banan
Hormonları nizamlanmasında banan döllənməyə köməkçi olur. B6 vitaminin çatışmazlığında yumurta və sperma nizamsız , həm də səmərəsiz ola bilər. Banan bu nizamsızlığın aradan qaldırılmasına və nizamlanmasına dəstəkçi olur.

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Qulançar
Araşdırmalar folik turşusunun ovulyasiya problemlərinə yaxşı təsir etdiyini göstərir. Hamilə qalmağa çalışan qadınlara folik turşu təklif edilməkdədir. Amma qulançar folik turşusu baxımından çox zəngin bir tərəvəzdir.

Midye
Araşdırmalar B12 əskikliyi ilə anormal estrogen səviyyəsi arasında əlaqə olduğunu göstərir. Östrogen səviyyəsinin normal olmaması döllənmiş yumurtanın yapışmasını maneə törədə bilər. Problemin həlli üçün bu dəniz bitkisi çox əhəmiyyətlidir.

Yumurta
Tədqiqatlar zamanı sonsuzluq problemi yaşayan qadınların 93 %-nə D vitamini səviyyəsində problem müşahidə edilmişdir. D vitamini hamilə qalmaq istəyən qadınlar üçün xüsusi olaraq əhəmiyyətlidir.

Badam

E vitamini əskikliyi həm qadın, həm də kişilərdə nəsil artıma hüceyrələrini mənfi təsir edə bilər. Bu baxımdan badam ğzündə problemin həlli üçün ayrıca E vitamini, sperma və yumurtadakı DNT-ni qoruyan antioksidanları ehtiva edir.

C vitamini ehtiva edən meyvələr
Edilən bir araşdırmada sonsuzluq problemi yaşayan kişilərə gündə 2 dəfə 1000 mg C vitamini verilmiş və s nəticədə sperma ədədləri və keyfiyyətində yüksəlmə müşahidə edilmişdir. C vitaminin qadınlarda da hormonları nizamladığı məlum olmuşdur.
 

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Somon
Somondaki selenium mineralı yumurta və spermanı sərbəst radikallardan qoruyan antioksidanların istehsalında rol oynayır. Xromosom problemlərini qarşısını almaqda də təsirlidir.

Noxud
Noxuddakı sink qadınlarda estrogen və progesteron hormonu səviyyəsini tarazlaşdırır.
 

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Hamilə qalmaq zamanı
Qadınlarda yumurtlama yalnız müəyyən zamanlarda, yəni ədəd dövrünün müəyyən günlərində olduğu üçün hamilə qalma qabiliyyəti hər gün mövcud deyil. Ədəd (mens) qanamasının başladığı ilk gün ədəd dövrünün başlanğıcı qəbul edilir, bir ədəd dövrü bir daha ki ədəd qanaması başladığında sona çatır. Hamilə qalma zamanı üçün ən uyğun dövr ədəd dövrünün orta dövrüdür, yəni ayda bir nizamlı ədəd görən bir qadında təxminən ədəd qanaması başladıqdan 14 -15 gün sonrasıdır. Bu dövrdə qadın bədəni sanki spermanın rəhm içərisinə doğru daha rahat irəliləyə üçün hazırlanır.

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?
Ən uyğun gün yumurtlama zamanına yaxın günlərdir: Aşağıdakı avtomatik hesablayıcı yumurtlama gününüzü hesablamaya köməkçi ola bilər, ancaq qəti məlumat üçün mütləq həkiminizə məsləhətləşin. Yumurtlama günündən 3 gün əvvəl ilə 3 gün sonrası arasında gün həddindən artıq (2 gündə bir) əlaqəyə girilərək hamilə qalma şansı artırıla bilər. Əlaqədən sonra 15 dəqiqə kürək üstü yatılması tövsiyə edilir. hər gün əlaqəyə girmək tövsiyə edilməz, çünki sperma sayı çox azalır. Odur ki, əlaqə iki gündən bir olması daha uyğundur.

Hamilə qalmaq üçün nələrə diqqət edilməli?

Hansı dövrdə, hansı günlərdə hamilə qalmaq çətindir?
Aybaşının olduğu günlərdə və bundan dərhal əvvəli ilə dərhal sonrası hamilə qalmanın ən aşağı ehtimal olduğu günlərdir. Ancaq qeyri-mümkün qədər, çünki başqa qanamalar ədəd qanaması s hesab edilə bilər və yumurtlama bəzən normaldan çox fərqli zamanlarda ola bilər. Bu səbəblə uşaq istəməyən və qorunmaq istəyən cütlərə bu dövrdə belə qorunmaları təklif edilir. Hamile qalmanın ən uyğun (şansın yüksək olduğu zaman) günlər adət qanamasının başladığı gündən etibarən sayılaraq 10. və 19. günlər arasında qalan dövrdür.

Hamilə qalmaq üçün nələrə diqqət edilməli? 


Qeyd: Yazı tərcümədən işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz