» » "Ağarmayın, ay saçlarım, amandı"

"Ağarmayın, ay saçlarım, amandı"

Əgər həyat daim inkişafdadır kimi qəbul ediriksə, onda təbiətdə mövcud olan hər şeyin inkişafda olması, zaman-zaman forma və məzmun dəyişikliyinə məruz qalması da təbiidir. Məsələn, qadınlarda zülf, tel, hörük; kişilərdə buna ancaq öz həqiqi mənsasında ad qoyurlar: saç)))
"Kitabi- Dədə Qorqud" u oxuyanlar Dirsə xanın xatınına dediyi bu sözləri xatırlasın:

İncəbellim, yer basmayıb yeriyən,
Başım baxtı, evim taxtı, sevgilim!
Evdən çıxıb yüyürəndə sərvi boylum,
Badam yesə, boylu görünən incə bellim,
Topuğunda sarmaşanda qara saçlım.
Qoşa badam sığmayan dar ağızlım,
Qar üstünə qan dammıştək al yanaqlım.

"Ağarmayın, ay saçlarım, amandı"

"Topuğunda sarmaşanda qara saçlım", fikir verin, Azərbaycan qadınının saçı topuğında bir-birinə sarmaşırmış.
M.P. Vaqifin "Kür qırağının əcəb sеyrəngahı var " qoşmasını bəlkə də məktəbli ikən siz də əzbər bilmisiniz:

Ucu əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kələğayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Bu bənddə də yenə "dal gərdəndə hər hörüyü bir qulac" misrasının yaratdığı poetik siqlətə baxın.
Qulac (qolac) — əsasən, xalq dilində işləmiş və bu gün də işlənən uzunluq ölçüsüdür: idman edərkən hər iki əl yanlara doğru açılır. Bir əlin baş barmağından digər əlin baş barmağına qədər olan məsafə belə adlanır. Sözün tərkibindəki "qol" +"aç" sözlərinin bir məna ifadə etməsindən yaranmışdır. Qulac (qolac) - 1m 40 sm-dən, təxminən, 1 m 77 sm -ə qədər olur.

Hər iki nümunədəki Azərbaycan qadınının gözəllik cizgilərinə və bu gözəlliyin ağayanalığına oxucu elə şeirin özündə heyran qalır. Heyhat ki, bunlar təsəvürlərdə, keçmiş ədəbiyytda qaldı. İndi uzun hörüklü pərilər çox azdır, Qırmızı kitaba düşəcək qədər az.
Amma buna baxmayaraq, istər "topuğa sarmaşan qara saçlar" olsun, istər "dal gərdəndə hər biri 1 qulac olan hörüklər ” olsun, istərsə də "yevropeyski”, yəni modern saçlar olsun, ağardısa, insanın ruhu da qocalır, həyat eşqi də. Ustad Mikayıl Azaflı saşların elegiyasını çox təsirli ifadə edib:

Agarmayın, ay saçlarım 

Cavanlığın, məhəbbətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandı!
Düz ilqarın, sədaqətin eşqinə
Agarmayın, ay saçlarım, amadı!

Haqq aşığı yaranıbdı qəm çəkə,
Ürəyimə salıbsınız yüz ləkə.
Nə lazımdı gözüm qanlı yaş tökə,
Ağarmayın, ay saçlarım, amandı!

Elə bildim dağ başını qar alıb,
Ayaz vurub çiçəkləri saralıb.
Görən deyir aşıq daha qocalıb,
Ağarmayın, ay saçlarım, amandı!

Baş titrəyər, can uçunar, zar ağlar,
Ney inildər, saz sızıldar, tar ağlar.
Həsrət ilə baxıb-baxıb yar ağlar,
Ağarmayın, ay saçlarım, amandı!

Azaflıyam, ağ saqqalım bir yana,
Gənclik getdi, könül oldu virana.
Deyəcəklər dözəmmədi hicrana,
Agarmayın, ay saçlarım, amandı!

"Ağarmayın, ay saçlarım, amandı"

Kaş insanlar qocalmaya idilər, kaş saçlar ağarmayaydı, kaş gözəllər qocalmayaydı. Yenə gözəllərə əlac var: ağaran kimi "xəna” qoyurlar və əsaslandırırlar ki, rəhmətlik nənəm həmişə deyərdi ki, saçımın "xəna”sı gecikdimi, o saat başım ağrayır.
Baxma, nə qədər də olmasa, belə deyib gənc olmaq, gənc görünmək səylərini pərdələyə bilirlər. Yazıq proletarın saçı ağardımı, artıq babadır. Nəvələrinin nənəsi də nəvələrə tez-tez "babana onu de”, "babana bunu de”, "babanı çağır” kimi o qədər qocaldacaq etiketlər işlədəcək ki, yüz cavana dəyən baba bir anın içində min ilin qocasına dönəcək.
Təsəlli bu ola bilər ki, canlı olan hər nə var qocalır, insan da. bu baxımdan sağ ağarmasını dərd etmək olmaz. Ruhən gənc olmaq lazımdır. Qara, şəvə kimi saçlar bir ayrı məna, hökm yaradırdı, ağ saçlar bir ayrı. Arzu olunmayan isə vaxtından əvvəl, yəni erkən olaraq ağaran saçlardır.
Saçların ağarması hamı tərəfindən, əlbəttə ki, arzuolunmaz bir durumdur. Genetik amillərin təsirindən başqa, digər səbəblər də var ki, ( ekoloji vəziyyət, mənfi emosiyalar və s)saçların vaxtından əvvəl ağarmasına ciddi təsir göstərir. Saçların ağarması prosesində stress və kədərin təsirli olduğu çox da elmi təməl olmasa da, araşdırma mövzusudur. Mən şəxsən, həyatda dərdli adamlar, əzablı adamlar bilirəm ki, saçlaı ağdır. Mən elmlə məşğul olan adamlarda da bu prosesin digərlərindən tez başladığı qənaətindəyəm.

 

"Ağarmayın, ay saçlarım, amandı"

Stress bütün xəstəliklərin yaranmasına təkan verə bilir. Stress infarkta səbəb ola bilir. Stress bədbəxt hadisə zamanı orqanizmə kortizon hormonu ifraz edir. Bu da adi hallarda olduğundan çox ifraz olunan kortizon hormonunun digər yerdə məhdudlaşdırmasına səbəb olur. Nəticvədə saç ağarması öaünü dibdən uca doğru özünü göstərir.
Müəyyən miqdarda stress bədən üçün faydalıdır, ancaq həddindən artıq olarsa, ürək narahatlığı, yuxu pozuqluqları, mədə narahatlıqları, baş ağrısı və qan dövranı sisteminin pozuqluqları kimi bir çox sağlamlıq probleminə yol aça bilər.
Stress eyni zamanda fiziki görünüş üzərində də dəyişiklik yarada bilər. bilər. Saç tökülməsindən akne (qırmızı rəngdə, dəridə qabarıq olaraq görünən, içi iltihablı sızanaqlar) meydana gəlməsinə qədər təsir edə bilir.
Ağ saçlar, ümumiyyətlə, 30 və 35 yaşları arasında meydana çıxmağa başlayır. Ancaq saç ağarması zamanı yaşarası dövr və ağarma nisbəti kimi faktorlara görə fərqlilik göstərə bilər. (Ağ insanlarda Asiya mənşəlilərə və ya zəncilərə görə daha sürətli ağarma müşahidə edilir.)
Stress saç itkisinə səbəb olur. Saçdakı bəzi piqmentlərin yox olması səbəbindən ağ saçların rast gəlinmə nisbətində artım müşahidə oluna bilər.
Məlumdur ki, başımız yüz minlərlə saç kökünə malikdir. Kerotinasitlər olaraq bilinən hüceyrələr keratin ifraz edərək saçı meydana gətirər. (Dərimiz və dırnaqlarımız da keratinden meydana gələr.) Saç kökü ortaya çıxmadan əvvəl keratin içindəki piqmentlər melanin olaraq adlandırılar. Saçalarımız boza döndüyündə melanin miqdarı azalmış olur, tamamilə ağaranda isə melanin yox olur. Yəni saça rəng verən melanin maddəsinin yox olmasıyla birlikdə saç ağarmağa başlayır.
 

"Ağarmayın, ay saçlarım, amandı"

Biz aşıq ədəbiyyatımızın görkəmli nümayəndəsi ustad Mikayıl Azaflının bir gözəl saz/söz nümunəsini təsadüfən seçmədik. Mikayıl Azaflını tələbəlik illərində görmüş, haqqında eşitmişdim. Mikayıl Azaflını 1961-ci ildən 1965-ci ilə əsassız yerə, qurama ittahamla həbs ediblərmiş. Heç bu ittiham da istintaqda sübut olunmyıbmış. Fəqət, aşıq 5 il zindan həyatını yaşamalı olub. Ustad aşığın qızı Gülarə Azaflı saytların birində atası haqqında çox həzin, bir qədər də adamı kövrəldən xatirəsində  atasının   saçının vaxtsız ağarmasını da  bu səbələ əlaqələndirmişdir: zindanda olarkən bir gecənin içində saçları ağarıb. Bundan özünün də xəbəri olmayıb. Elə zindanda bərbər üzün təraş edərkən ayna qarşısında özünü görəndə gözlərinə inanmır. Saçları tamam ağarıb, saqqalına isə qırov düşüb və o zaman əvvəlcə:

Güzgü, sənə baxmayaydım,
Rəngim sarı, ağa bənzər.
Saqqalıma qırov düşüb,
Başım qarlı qara bənzər.

 Odur ki, əziz dostlar, hər zaman nikbin olun, mənfi emosiyaları heç vaxt özünüzə yaxın buraxmayın. Proletarların bir-birlərindən başqa kimi var ki smile :
Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır, durur.

Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
Cabir Novruz

"Ağarmayın, ay saçlarım, amandı"

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz