» » Ölümə gətirib çıxaran halların 70 faizi zərərli vərdişlərlə bağlıdır

Ölümə gətirib çıxaran halların 70 faizi zərərli vərdişlərlə bağlıdır

Müəllif: Dəyanət от 12-10-2016, 08:00
AZƏRTAC "healthvesti.com” saytına istinadla xəbər verir ki, ölümə gətirib çıxaran halların 70 faizi insanda zərərli vərdişlərin olması ilə bağlıdır.
Aparıcı klinik mərkəzin ekspertlərinin sözlərinə görə, laboratoriya müşahidələri zamanı tibb işçiləri 1990-2015-ci illərə aid məlumatları araşdırıblar. Layihədə dünyanın 195 ölkəsi iştirak edib. Tibb işçiləri qeyri-sağlam həyat tərzinin insan ölümü səviyyəsinə necə təsir etməsini araşdırıblar.
Həkimlər insan ölümünün 149 səbəbini tədqiq ediblər. Bundan əlavə, klinik mərkəzin əməkdaşları 300 xəstəlik növünü və 80 risk amilini təfsilatı ilə öyrəniblər. Tədqiqatın nəticələri göstərib ki, son bir neçə ildə insan ölümü halları azalsa da, zərərli vərdişlər səbəbindən baş verən ölüm halları çoxalıb. Xərçəng, şəkərli di abet, ürək-damar xəstəlikləri və qeyri-sağlam həyat tərzi insan ölümünün ən geniş yayılan səbəblərindəndir.
Ölümə gətirib çıxaran halların 70 faizi zərərli vərdişlərlə bağlıdır

Mənbə:http://azertag.az/xeber/Olume_getirib_chixaran_hallarin_70_faizi_zererli_verdislerle_baglidir-1000372

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz