» » Koronavirusla mücadilə aparan tibb işçiləri - adi günlərin qəhrəmanları

Koronavirusla mücadilə aparan tibb işçiləri - adi günlərin qəhrəmanları


Odlu cəbhələrdə hünərvər oğul və qızlarımız var. Hamısına eşq olsun, sözümüzün-söhbətimizin başlanğıcında hər zaman onların adını çəkmişik və çəkəcəyik də. Yaşadığımız əmin-amanlıq üçün biz onlara borcluyq. Amma adi günlərin qəhrəmanları da var. Məsələn, hansısa təbii fəlakət, texnogen qəzalarda özlərini təhlükənin içinə atır, insanları xilas edir, fəlakətin miqyasının böyüməməsi üçün şəxsi fədakarlıq göstərirlər. İndi budur, koronavirusla mübarizə bizə adi günlərin QƏHRƏMANLArINI təqdim edir.
Dünya üzrə həkimlərin koronavirusla mücadilədə göstərdikləri rəşadətli əmək haqqında internetdə kifayət qədər məlumat var. Məsələn, İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 19,400-ə çatıb. Xəstəlik səbəbindən həyatını itirən tibb işçilərinin sayı isə 13-ə çatıb; İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub, ümumilikdə 69 tibb işçisi həyatını itirib; Böyük Britaniyada koronavirusla mübarizə aparan 8 tibb işçisi həmin infeksiyaya yoluxaraq dünyasını dəyişib; Ukraynanın Səhiyyə naziri Maksim Stepanov "Qafqazinfo” "TASS”a istinadən bildirir ki, Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub; Azərbaycanda 300-ə yaxın tibb işçisi yoluxub. ..
Mücadilə davam edir. Kaş heç kim vaxtsız ölümə tuş gəlməsin. Amma kim bilir, bu mücadilə daha neçə -neçə həkimin həyatı bahasına başa gələcək.
Biz insanları bu vaxtsız ölümün caynağından xilas etmək üçün özlərini təhlükənin mərkəzinə atan həkimlərin hamısına minnətdarıq. Bizim epidemiyanın ilk günlərindən həkimlər də bu ideallarını ortaya qoyublar. Bu xidmət xalqa zəmanətdir : həkim öz fəaliyyəti ilə insanlara ümid, həyat eşqi vəd edir.
Prezident İlham Əliyev "Yeni Klinika”nın açılışında bu istiqamətdə dövlətin gördüyü tədbirlərdən danışarkən tibb işçilərimizin rəşadətli əməyinə böyük önəm vermis və demişdir: "Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.”
Birinci vitse-prezident Mehriban Əliyeva da martın 18-də koronavirusla bağlı Azərbaycan xalqına müraciətində koronavirusla mübarizə göstərən bütün tibb personalına minnətdarlığını ifadə etmişdir. Milli Məclisin iclasında karantin rejimində ön cərgədə çalışan polis, hərbçi və sərhəd qoşunlarının əməkdaşları ilə birlikdə səhiyyə işçilərinin adını iftixarla qeyd edərək onların əməyi ayaqüstə alqışlarla qarşılanmışdır.
Biz də onların hər birinin əməyinə öz minnətdarlığımızı ifadə edir və xalqımızı onlarla əlbir olmağa çağırırıq. Qədim tibdə həkimlər deyirlərmiş ki, indi biz üçümüzük: həkim, xəstəlik və sən. Əgər sən xəstəliklə olsan,onda xəstəlik qalib gələcək. Əgər biz bir olsaq, onda xəstəliyi ram edəcəyik. Bu mənada hər bir kəs dövlət qurumunun bütün xidmətləri üzrə çalışan əməkdaşlara öz şüurlu münasibətimizlə kömək etməliyik, o cümlədən, həkimlərin. Yalnız şüurlu intizam və həmrəyliklə biz amansız epidemiyadan az itki ilə çıxa bilərik.
 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

 

Koronavirusla mücadilə aparan  tibb  işçiləri - adi günlərin  qəhrəmanları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz