» » Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edildi - FOTO

Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edildi - FOTO

Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edildi - FOTO

Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edilib.

Aydın Kazımzadə Publika.az-a açıqlamasında bu sözləri deyib: "Yubiley qeyd etməyi sevmirəm, təmtəraqla işim yoxdur. Amma Cəmil Quliyev məcbur etdi ki, 80 yaşınızı qeyd etməliyik. Mən də onun sözündən çıxa bilmədim".

Tədbirdə çıxış edən kino xadimi Cəmil Quliyev Aydın Kazımzadəni təbrik edib: "Onu yubiley münasibəti ilə ürəkdən təbrik edirəm, can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Azərbaycan kinosunun tədqiqində, müəmmalı səhifələrin araşdırılmasında Aydın Kazımzadənin çox böyük rolu var. Bir müddət əvvəl Azərbaycan kinosunun tarixi 1916-cı ildən götürülürdü. Aydın müəllimin araşdırması nəticəsində bu tarix 1898-ci ildən başladı. Bununla yanaşı, Azərbaycan cizgi filminin meydana gəlməsini araşdırıb. "Dəli Kür" filminin bir epizodunun yenidən tapılması da onun adı ilə bağlıdır. O kino tarixinin müəllifidir. Azərbaycan kinosu üçün çox qiymətli insandır".

Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxışında deyib ki, Aydın Kazımzadə Azərbaycan kinosunun canlı tarixidir: "Azərbayca kino tarixi deyəndə hamının yadına ilk öncə Aydın Kazımzadə düşür. O kinonun vurğunudur. Azərbaycan kinosunun bünövrəsini Aydın Kazımzadə qoyub".

Qeyd edək ki, bir çox mədəniyyət işçilərinin iştirak etdiyi gecədə Aydın Kazımzadənin sərgisi də nümayiş olunub.

Aydın Kazımzadənin 80 illik yubileyi qeyd edildi - FOTO

Rəqsanə Həsənova
Mənbə:Publika

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz