» » Cəfər Cabbarlı həftəsi çərçivəsində Rus Dram Teatrında “Aydın” tamaşası nümayiş olunub

Cəfər Cabbarlı həftəsi çərçivəsində Rus Dram Teatrında “Aydın” tamaşası nümayiş olunub


Noyabrın 23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının "Aydın” pyesi tamaşaya qoyulub.

AZƏRTAC xəbər verir ki, tamaşa görkəmli ədibin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən Cəfər Cabbarlı həftəsi çərçivəsində reallaşıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşina, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa ediblər. Dövlət bəy obrazını Murad İsmayılov, Dövlət bəyin həyat yoldaşı rolunu isə Yeganə Hüseynli canlandırıblar.

Tamaşada, həmçinin Əməkdar artist Salman Bayramov, aktyorlar Teymur Rəhimov, Yaroslaf Trifonov, Zaur İsgəndərov, Fərid Bəhramov, Zaur Terequlov, Cövhər Abdullayev, Tamilla Abutalıbova, Marina Litvinenko, Bella Safina, Fəridə Nesterenko, Samirə Rüstəmova, İoanna Fernştadt və Boris Brodski çıxış ediblər.

Cəfər Cabbarlı "Aydın” pyesini 1922-ci ildə qələmə alıb. Azərbaycan səhnəsində dəfələrlə səhnələşdirilən əsər Rus Dram Teatrında iki dəfə - 1957-ci və 1980-ci ildə tamaşaya qoyulub.

Cəfər Cabbarlı həftəsi çərçivəsində Rus Dram Teatrında “Aydın” tamaşası nümayiş olunub

Mənbə:https://azertag.az/xeber/Cefer_Cabbarli_heftesi_cherchivesinde_Rus_Dram_Teatrinda_Aydin_tamasasi_numayis_olunub-1359050

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz