» » Düzgün yuxu vəziyyəti necə olmalıdır?

Düzgün yuxu vəziyyəti necə olmalıdır?

 

Düzgün yuxu vəziyyəti necə olmalıdır?

 

Yatmaq asan bir sənət deyil; bunun üçün bütün günü oyaq qalmaq lazımdır.
Fridrix Nitsşe


Günə  enerjili şəkildə başlamağın ən vacib meyarlarından biri də gecə necə yatmağınızdır. Səhər yuxudan duranda belində, boynunda və ya belində yüngül bir ağrı hiss edə bilərsən, bu, səhv yuxu mövqeləri ilə əlaqədar ola bilər. Bəs necə yatmaq lazımdır ki, bunlar baş verməsin? 

Mütəxəssislər  insan həyatının üçdə bir hissəsinin yuxuda olduğunu diqqətə gətirərək, yatmaq  vəziyyətlərinin    bel ağrısına səbəb olduğu qənaətinə gəlmişlər.

Fiziki Terapiya və Reabilitasiya Mütəxəssisi Dr.   S. Özcan yuxunun sağlamlıq üçün çox əhəmiyyətli olduğunu qeyd  edərək, yatmaq  formasının, hətta, yuxu keyfiyyəti və miqdarı  qədər vacib olduğunu vurğulamışdır.

Dr. Özcana görə,  dünya əhalisinin 95 faizi hər gecə eyni mövqedə yatır. Bu da var ki, bədənimizin formaca hər il dəyişməsi də bir həqiqətdir. Bu gün sizə uyğun bir yuxu mövqeyi zaman keçdikcə uyğun olmaya bilər. Onurğa və diskdə minimal yüklənməsini təmin edən bir yatma forması da xorulamağı azaldır. Onurğamız bütövdür, odur ki, bel və boyun onurğası ayrıca nəzərdən keçirilə bilməz. Bel və ya boyun bölgəsində meydana gələn bir problem bədənin hər tərəfində problemlərə səbəb olur. Bel və boyun belin sağlamlığı üçün vacibdir, lakin gün ərzində yalnız duruş və oturma vəziyyətlərinə diqqət yetirmək kifayət deyil. Yuxu vəziyyətimiz və hətta, yataq seçimimiz onurğa sağlamlığımıza çox təsir edir.

 

Yatma şəkli  necə olmalıdır?

 

Üzüüstə yatmaq ən təhlükəli yuxu vəziyyətidir.  Bu vəziyyətdə yatmaq, onurğa ətrafındakı bağlar və əzələlərin gərginləşməsinə və sinirlərin onurğadan çıxdığı dəliklərin sıxılmasına səbəb olur. Bu yatış vəziyyəti  onurğa və diskə bir yük qoyur. Bütün bunlar bel və boyun və yırtıqların əyriliklərinin artması səbəbindən onurğa zədələnmələrinə səbəb olur. Yan üstə yatmaq bel və boyun sağlamlığı üçün idealdır. Ayaqlar  qarın tərəfə çəkilməlidir. Bu vəziyyətdə belin təzyiqini azaltmaq üçün dizlər arasında bir yastıq qoyulmalıdır. Bu sayədə onurğa və diskə daha az yük qoyulur və bel ağrısının qarşısını alır. Bundan əlavə xoruldamağı da azaldır.  

Bel ağrısının səbəblərindən biri  yataqdan tez ayrılmasıdır. Ona görə də yataqda yuxudan oyanarkən oyandıqdan 5 -6 dəqiqə sonra rahatlaşmaq üçün yavaşca

ayaqları və əlləri uzatmaq lazımdır. Əvvəlcə yan üstə dönün,  sonra yerinizdən qalxaraq ayaqlarınızı yerə qoyun, yerə pərçimlənsin. Daha sonra qollarınızın köməyilə bədəninizi yatağınızın kənarına şaquli vəzəyyətə gətirin.

Uyğun olmayan çarpayı seçimi bir çox onurğa xəstəliyinə səbəb olmuşdur. Bel ağrısı şikayəti olan xəstələr üçün standart bir yataq forması yoxdur. Hərənin öz bədən quruluşuna, çəkisinə uyğun yataq standartı vardır. Sizin bel ağrınıza kömək edən çarpayı başqasının bel ağrısını gücləndirə bilər. Bu səbəblə deyilir ki, "ən uyğun çarpayı hər xəstənin özünü konfortlu hiss etdiyi çarpayıdır.

 

 Qeyd: Türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz