» » Tarixdə bu gün - 31 iyul

Tarixdə bu gün - 31 iyul

 
31 iyul
İlin 212-ci (uzun illərdə 213-cü) günü.
İlin sonuna  153 gün qalır.

Doğum günləri:

Tarixdə bu gün - 31 iyul1906 — Məşhur şair Şəhriyar(Məhəmmədhüseyn Behcəti Təbrizi) Bağmeşə bölgəsində dünyaya gəlmişdir.
Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra Tehranda notarius və bank işlərində çalışmışdır.
Şəhriyar 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı.
Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi: Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:
"Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi vuran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!"
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunmuşdur.
Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat etmişdir. Məzarı Təbrizdə "Şairlər məqbərəsi”ndədir.

Tarixdə bu gün - 31 iyul1911— Görkəmli ictimai xadim, Əməkdar mühəndis, Bakı-Şollar su kəmərinin rəhbəri Məmmədhəsən oğlu Adıgözəlov Bakının Xırdalan qəsəbəsində anadan olub. İlk təhsilini həmin qəsəbənin məktəbində alıb.
1924-cü ildə peşə məktəbinə (ФЗУ) daxil olur və 1928-ci ildə oranı müvəffəqiyyətlə bitirir. 1928-ci ildən 1930-cu ilə kimi Binəqədidə 20-ci mədənin çilingəri kimi çalışır. 1933 – 1938-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndislik fakültəsində təhsil alır və həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur.
Xüsusi xidmətlərinə görə, görə 1948-ci ildə neft sənayesinin işçiləri sırasından Ə.M.Adıgözəlov "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir.
1950-ci ildə respublikamızda kütləvi tikintilərin başlanması ilə bağlı olaraq təbii divar materiallarının istehsalı üçün güclü mexanikləşdirilmiş dağ müəssisələrinin yaradılmasına ehtiyac duyulurdu, bununla əlaqədar olaraq Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Əbdülrəhman Adıgözəlov respublikanın Sənaye-Tikinti materialları Nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və 7 il həmin vəzifədə çalışmışdır.
1962-ci ildə yenidən yaradılmiş metallurgiya və dağ-mədən sənayesi idarəsinin başçısı təyin olunmuşdur.
1965-ci ilin avqustundan Bakı Şüşə zavodu, Şüşətara zavodu və Mərmər zavodunun direktoru vəzifələrində çalışmışdır. Ə.M.Adigözəlovun rəhbərliyi altında işçilər və personal üçün yeməkxana, yataqxana, xammal üçün anbar, işçilər üçün 65 mənzildən ibarət yaşayış binası tikilmiş, ərazi asfaltlaşdırılmışdır.
5 yanvar 1976-cı ildə vəfat etmişdir.

Tarixdə bu gün - 31 iyul1954—Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professor, Xalq artisti Cahangir Mütəllib oğlu Novruzov Bakı şəhərində doğulub.
Cahangir Novruzov orta məktəbi 1971-ci ildə bitirmişdir. Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakultəsində SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil almışdır.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissoru vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır.
1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Bir müddət burada çalışıb, təmsil etdiyi kollektiv keçmiş SSRİ-nin çox ölkələrində qastrol səfərlərində olub.
1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal. hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Tarixdə bu gün - 31 iyul1991– "Prezident təqaüdü"nə layiq görülmüş gənc tarzən adı "Qızıl Kitab"ına düşmüş, Beynəxalq və Respublika müsabiqələrinin lureatı Mustafa Əhməd oğlu Aşurov Qazax rayonunda anadan olmuşdur.
1997-2008-ci illərdə Bakı şəhərinin 200 saylı orta məktəbində təhsil almışdır. Eyni zmanda
2001-ci ildə L. və M. Rostropoviçlər adına 21 saylı onbirillik musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin tar ixtisasına qəbul olunub, 2008-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirmişdir.
2003-cü ildən bir çox müsabiqələrin diplomantı və qalibi olmuşdur.
2005-ci ilin dekabr ayında Kiyev şəhərində keçirilən Beynəlxalq "Delfi" oyunlarında "Milli musiqi alətləri" nominasiyası üzrə "Qızıl medal"a layiq görülmüş və Beynəlxalq müsabiqənin qalibi olmuşdur. Çaykovski adına Kiyev Dövlət Musiqi Akademiyasında keçirilən qaliblərin "Qala konsert"ində T.Quliyevin "Qaytağı" əsərini ifa etmişdir. Qızıl medal qazanmış ifaçıların şərəfinə, təmsil etdikləri dövlətin bayraqları, o cümlədən Azərbaycan bayrağı səhnəyə gətirilmişdir.
2006-cı il avqust aynın 2-dən 12-dək Şotlandiyanın Aberdin şəhərində keçirilən "Dünya Gənclərinin Musiqi festifalı"nda uğurla çıxış edərək, Azərbaycanı layiqincə təmsil etmişdir. Dünyanın 18 aparıcı Dövlətlərinin 1000-ə qədər gənclərinin iştirak etdiyi festifalın finalında çıxış etmək hüququ qazanan, yeganə solist ifaçı olmuşdur.
2007-ci ildə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkil etdiyi və Londonda fəaliyyət göstərən dövlətlərin səfirlərinin və dövlət adamlarının iştirak etdiyi dövlət tbirində uğurla çıxış etmişdir.
2007-ci ilin oktyabr ayında, Heydər Əliyev Fondunun və "Azərbaycan Mədəniyyətinin Dostları Fondunun" Prezidenti, Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə, Mədəniyyət və Turizim Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə, Fransada keçirilən konsertdə iştirak etmişdir.
2008-ci il yanvar ayının 17-dən 20-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Beynəlxalq turizm" sərgisində və möhtəşəm tədbirlərdə Azərbaycan muğamlarını, xalq mahnılarını və rəqslərini ifa etmişdir .
2008-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasına (XÇA- fakultəsinin, tar ifaçıiığı ixtisasına) qəbul olmuşdur.
2012-ci ildə Milli Konservatoriyanı fərqlənmə diplomu ilə bitirmiş və magistratura pilləsinin dirijorluq ixtisasına qəbul olmuşdur.
2015-ci ildə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
2015-ci ilin fevral ayında Bakı şəhərində keçirilən IV Respublika muğam müsabiqəsinin laureatı olmuşdur.
2015- ci ilin sentyabr ayından, Azərbaycan Dövlət Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, tar müəllimi, 2016-cı ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və tar müəllimi, 2017-ci ilin oktyabr ayından isə, əməkdar kollektiv, Azərbaycan Dövlət Televiziyası və Radiosunun, Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyun 2007-ci il tarixli Sərancamı ilə Mustafa Aşurovun adı Azərbaycan Respublikası, Gənc istedadların "Qızıl Kitab"ına yazılmaqla, "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Vəfat etmişdir:


1944– Məşhur fransız yazıçısı, peşəkar pilot və filosof u Antuan de Sent Ekzüperi 44 yaşında vəfat etmişdir.
Ekzüperi 29 iyun 1900-cü ildə Leon şəhərində dünyaya gəlmişdir.
"Balaca şahzadə" və "İnsanlar planeti" əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Tarixdə bu gün - 31 iyul1961— Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.
Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda...
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş" operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var - "Cücələrim". Qəmbər Hüseynli deyəndə "Cücələrim", "Cücələrim"in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.
"Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"
Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz