» » "...üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla bir cərgədədir"

"...üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla bir cərgədədir"

"...üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla  bir cərgədədir"
Xalq artisti Brilliant Dadaşova "İnstagram” hesabında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.. 
Əksər informasiya portalları da müğənninin fikirlərini müzakirə mövzusu etmişlər.
Bu portallar xəbər verirlər ki, müğənni foto paylaşaraq həkimlərdən şikayətlənib: "Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin  əlindən xilas edin.
Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi.
Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar.
Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir (Mənbə: https://baku.ws/incident/65006)”.
Müğənninin fikirləri başadüşülən və qəbul ediləndir. Bəli, həkimlər savadlı olmalıdır, öz ixtisasları üzrə peşəkar olmalıdır. Həkimlər məsuliyyətli və humanist olmalıdır. Axı onlar elə buna görə də and içirlər. Hippokrat andı həkimlik sənətinin məsuliyyətini dönə-dönə təsdiqləyir. Amma mən müğənninin bu fikiri ilə razı deyiləm ki, "həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir”.
Belə bir Şərq hikməti var: "Yaxşı həkim, yalnız yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz".
Həkim nə qədər elmi biliyə malik olsa da, bu, hələ hər şey demək deyildir. Ola bilər ki, həkim çox savadlı olsun, amma onun həkimlik məharəti, peşəkarlığı qənabəxş olmasın.
Məhz bu baxımdan həkimlik fəaliyyəti üşün zəruri olan əxlaqi dəyər və etik qaydalar müəyyən edilib. Deontologiya adlandırılan bu keyfiyyətlər bütün peşələr üçün vacibdir. Amma həkimlik sənəti insan sağlamlığı ilə məşğul olduğu üçün əxlaqi dəyər və etik qaydalar daha ciddidir.
Tibbi deontologiyanın özəllikləri həkimdən dərin biliklə yanaşı, yüksək əxlaqi keyfiyyət, hərtərəfli bilik, yaradıcılıq tələb edir.
Mən 1976-cı ildə indiki Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində endemik ur xəstəliyindən əməliyyat olunmuşam.Müalicə həkimim tibb elmləri namizədi Oruc Şahsuvarov idi. Əlbəttə, həyəcan keçirirdim. Tələbə olduğumu biləndən sonra mənə əməliyyat edə-edə şeir deyirdi. Bir də baxdım ki, əməliyyat başa çatıb.

"...üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla  bir cərgədədir"


Həkim təkcə Azərbaycan ədəbiyyatını deyil, dünya ədəbiyyatını bilməlidir, gözəl natiq olmalıdır.
Hələ qədim dövrlərdən İran həkimləri söyləyirdi ki, üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla bir cərgədədir.
Hippokrat sözlə müalicəyə böyük əhəmiyyət verirdi.
İbrahim Topçubaşov əməliyyat zamanı musiqidən istifadə edirmiş. Bütün bunlar xəstənin əhvali-ruhiyyəsini, inamını yüksəltmək üçün vacidir, həm də çox.
M.P.Pavov yazıb: " İnsan üçün söz real qıcıqdır, özü də bu, elə hərtərəfli, böyük həcmdir ki, heç bir ayrı qıcıq ilə müqayisə olunmaz. Yetkin adamların həyatı boyu bütün daxili və xarici qıclqlar ilə əlaqəlidir. Söz də adi qıcıqlar kimi oranizmdə reaksiya əmələ gətirir."
Böyük alim və həkim B.Bexterev demişdir ki, həkimlə söhbətdən sonra xəstənin halı yüngülləşmirsə, o, həkim deyildir.
Mənə görkəmli tibb alimləri Əlfəddin Abdullayev və Hacıbala Bədəlovla görüşmək bir neçə dəfə qismət olub. Əlfəddin Abdullayev indi haqq dünyasındadır. Hacıbala müəllim isə Əməkdar həkim, pedaqoq kimi bu gün də fəaliyyət göstərir. Çoxlu kitabları var ki, bu kitabları oxumaq özü elə adamı gümrahlaşdırı, nikbinləşdirir.
Əlfəddin müəllimdən müsahibə alanda o qədər müdrik kəlamlar, hikmətli sözlərdən istifadə edirdi ki, bu alimin zəngin təcrübəsinə, məntiqinə heyrət etməmək olmurdu.
Demə, Əlfəddin müəllim ixtisası ilə yanaşı, ədəbiyyatımıza və mədəniyyətimizə də dərindən bələdliyi varmış. Məşhur fakt, hadisə və fikirlər harda rastına gəldi, harda eşitdi dərhal ayrıca dəftərə qeyd edirmiş. Alim belə qeydlərdən xeyli nümunələri mənə də bağışlamışdır və mən bu mövzuda yazı hazırlayarkən həmin qeydlərdən istifadə edirəm. Belə sitatlardan birini qeyd edim: "Hələ qədim zamanlarda həkim xəstəsinə müraciət edəndə belə deyərmiş: "Biz üçümüzük: sən, mən və xəstəlik. Əgər sən xəstəliklə olsan, onda mən tək qalacağam və siz məni təkləyəcəksiniz. Sən mənimlə olsan isə biz ikimiz xəstəliyə qalib gələcəyik .”
Deməli, həkimin xəstə ilə birlikdə olması isə tibbi şəfqətlə eyni dərəcədə onun xəstəsində oyatdığı həyat eşqi, ümid və inamla da bağlıdır. Bu isə həkimizin dilimizin zəngin məna çalarlarına, ədəbiyyatımıza, mədəniyətimizə dərindən bələdliyini qaçılmaz edir.
 

"...üç müalicə üsulundan biri olan söz otlardan hazırlanmış dərmanlar və bıçaqla  bir cərgədədir"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz