» » Qabaqçıl müəllimlərimiz - Günay Dadaşova

Qabaqçıl müəllimlərimiz - Günay Dadaşova



Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

Müasir   iqtisadiyyat  yüksək texnologiyalar  iqtisadiyyatıdır.  Gələcəyin iqtisadiyyatı  da belə olacaq. Daim inkişaf edən  və rəqabətədavamlı   texnologiyalar isə  təhsil sisteminin vəziyyətindən birbaşa asılıdır.  Ona görə də inkişaf etmiş ölkələr  təhsil strategiyasını öz dövlətlərinin  prioriteti  kimi  qəbul etmişlər. Məsələn,  Almaniya, İngiltərə, Fransa, Finlandiya, Cənubi Koreya, Yaponiya və sairləri.

İkinci Dünya müharibəsindən sonra daşı-daş üstə qalmamış, üstəlik elə də bir təbii resurslara malik olmayan Yaponiyanı dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilməsi , məhz bu ölkədə uğurla həll edilən Təhsil strategiyası ilə bağlıdır.
K.Kobayasi " Yaponiya - ən çətin dərk olunan ölkə ”kitabında bunu belə əsaslandırmışdır: "Sərəncamımızda olan yeganə sərvətimiz papağımızın altında idi. Yaponiyanın dirçəlişi beynimizdən necə istifadə etməyimizdən asılı idi.”
Ən çevik texnologiyaları ilə dünyanı heyran qoyan Yaponiya bu inkişafa ancaq təhsilə, elmə doğru-düzgün yanaşmaları sayəsində nail oldular. Yaponiyada statusca Baş nazirdən sonra gələn hökumət rəsmisi kimi, Təhsil naziri qəbul edilir.
Adlarını qeyd etdiyimiz digər ölkələrin hökumətləri də dünyanı heyran qoyan nailiyyətlərə təhsil sistemində apardıqları irimiqyaslı islahatlarla nail olmuşdur. Bu gün digər ölkələrin də inkişaf etmiş bu ölkələr səviyyəsinə çıxması üçün həmin ölkələrin təcrübəsinə müraciət etməsi ən doğru yoldur.
Azərbaycanın dünyanın inkişaf etmiş həmin ölkələri səviyyəsinə qalxması, "imzalar içinə öz imzasını” ata bilməsi üçün hər cürə təbii resursları, maddı və və intellektual insan ehtiyatları var. Qalır bu ehtiyatları düzgün qurmaq və idarə etmək, onları ölkənin, xalqın maraqları naminə sərf etmək.
Tariximizə müraciət etsək, ta qədimdən bu günə kimi, Azərbaycanın Nizami, Füzuli, Nəsimi, N.Tusi, Əcəmi Naxçıvani, Əvhədi Marağalı , A.Bakıxanov, general Şıxlinski, Mehmandarov, Yusif Məmmədəliyev, Lütfi- zadə və s. böyük alimləri, elm və sənət xadimləri olmuşdur.
Nəqliyyatın, rabitənin ən ibtidai səviyyədə olduğu zamanlarda belə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin nadir nümunələri dəvə karvanlarında digər ölkələrə aparılmışdır.
Əlbəttə ki, bütün bu nümunələr, zəka sahibləri yaşadıqları dövrün ictimai-tarixi şəraitində formalaşmışdır ki, bu inkişafda elm və təhsilin, məktəb və müəllimlərin rolu danılmazdır.
XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi, filosof və astronom Nəsirəddin Tusi "Əxlaqi - Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?". Əlbəttə, ola bilməz.
Doğrudur, Vətən və xalq üçün sərf edilən bütün ictimai faydalı əməklər, bu əməklə məşğul olan insanlar ehtirama layiqdir. Amma müəllim əməyi elə bir fəaliyyətdir ki, digər bütün fəaliyyət sahələrini, bu sahələrdə çalışanları formalaşdırmaq, ictimai ideallar naminə səfərbər etmək müəllim əməyinin nəticələrindən asılıdır.Təsadüfi deyildir ki, adi daşyonandan, neftçidən tutmuş alimədək bütün hər kəs, hətta böyük hökmdarlar belə müəllimə, müəllim əməyinə böyük dəyər vermişlər.
Çünki bütün insanları öyrədən, böyük həyata hazırlayan bu müqəddəs peşə sahibləridir. Elə bir insan tapılmaz ki, onun həyat yolunu işıqlandıran müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri belə müəllim yetişdirmişdir.
 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Həzrət Əli demişdir: "Mənə bir hərf öyrədənin köləsi olaram ".
Məşhur sərkərdə Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında fikirlərini OBRAZLI OLARAQ belə ifadə etmişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı".
Belə nümunələr, əlbəttə çoxdur. Bunlar təsadüfi deyil. Elə doğru seçim etməyi, ağı qaradan, pisi yaxşıdan seçmək müdrikliyini də bizə öyrədən müəllimlərdir.
Bir dülgərin kobud hazırladığı stolu, bir mühəndisin xətalı qurduğu körpünü xərclə müşayiət olunsa da, söküb yenidən inşa etmək olar. Amma müəllimin yetişdirdiyi şagirdlərin əxlaqca qüsurlu olması mənəvi şikəstlikdir. Onu müalicə və bərpa etmək mümkün olmur.
Dostluqda böyük günah etmiş bir nəfər, həm də dostugildə qonaq olarkən, ayrılarkən dostu deyir ki, elə bilmə ki, etdiyin günahdan xəbərsizəm. Sənin cəzanı qoy müəllimin versin. Dostu da öz obasına yetincə, atını birbaşa müəlliminin qapısına sürür və baş verənləri olduğu kimi müəlliminə söyləyir . Dostunun son sözlərini xatırladanda isə müəllimi silahını çıxarıb özünə qəsd edir.
Olsun ki, bu əhvalat rəvayətdir. Amma ehtiva etdiyi məna, nəticə çox dəyərlidir. Doğrudan da insan keyfiyyəti tərbiyə ilə bağlıdır. Qədim inklərin (sivilizasiyanın formalaşmasında yaxından iştirak etmiş 3 xalqdan biri: mayyalılar, asteklər və inklər ) çox müdrik bir and-amanı var: " İlahi, mənə qəlb rahatlığı göndər ki, dəyişdirmək mümkün olmayan şeylərə alışa bilim. Mənə güc-qüvvət göndər ki, mümkün olan şeyi dəyişə bilim. Mənə müdriklik göndər ki, birincini ikincidən fərqləndirə bilim”.
İnsanlara bunları müəllim öyrədir. Müəllim şagirdlərinə bilik verdiyi kimi, onların bəsirət gözünü də açır: mənəvi cəhətdən inkişaf etmiş sağlam ruhlu, yüksək əqidəli vətəndaşlar yetişdirir. Ona görə də inkişaf etmiş bütün dünya ölkələrində təhsilə, məktəbə və müəllimə böyük dəyər verilir.
Son dövrlər Azərbaycanda aparılan nəhəng quruculuq və islahatların mərkəzində elm və təhsil strategiyasının olduğunu qətiliklə söyləmək olar. Təbii ki, problemlər də mövcuddur, amma inkişaf və niyyətlərimiz daha ümidlidir. Son illər elm və təhsil müəssisələrinin vüsətli tikintisi, yenidən qurulması, maddi-texniki-təminatının gücləndirilməsi, istedadlı gənclər üçün dövlət tərəfindən göstərilən qayğı və sair addımlar təhsil strategiyamızın hədəflərinə zəmanət verir.
 
Prezident İlham Əliyev məruzə və çıxışlarında hər zaman vurğulamışdır ki, insan amili — nefti - "qara qızıl”ı insan kapitalına çevirməklə ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizi yüksək inkişaf etmiş ölkələr sırasına çıxarmaq həyata keçirilən çoxşaxəli islahatlarımızın başlıca hədəfidir.
Bu isə təhsilimizin, elmin keyfiyyətini yüksəltməyi , elm və təhsil sahəsində çalışan şəxslərin – alim və müəllimlərin əməyini stimullaşdırmağı, təqdir etməyi şərtləndirir. Çünki ərzin taleyi, rifahımızın səviyyəsi bu şəxslərin yetişdirib hazırladığı şəxslərin əməyindən və fəal həyat mövqeyindən birbaşa asılıdır.
Cəmiyyət öz müəllimlərinə etibarlı və firavan həyatımız üçün çox borcludur.

Həmid bəy Şahtaxtinski, Azad bəy Əmirov, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev, Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd ağa Mustafayev, M.Mahmudov,N.Nərimanbəyov, Ş.Səfərəlibəyov, Qori Seminariyasının məzunu Müseyib İlyasov , akademik Mehdi Mehdizadə, professor Əjdər Ağayev, professor Qara Mustafayev, Əməkdar müəllimi, "Lenin ordeni", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenli Sona Tağıyeva, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov , "Zəngi” liseyinin direktoru işləmiş "Şöhrət” ordenli Əməkdar müəllim Bayram Heydərov , bu siyahını daha da artırmaq olar, yüzlərlə adını böyük hərflərlə yazmağa borclu olduğumuz maarif fədailərimiz var, bu gün də var.
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Gülşən Sultanova, Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin riyaziyyat müəllimi Şəhanə Bədəlova , Oğuz şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova, Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Zöhrə Mirzəyeva , Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Axundova, yenə həmin məktəbin tarix müəllimi Zemfira Məhəmmədova, "Ankara məktəbi” məktəb-liseyinin ibtidai sinif müəllimi Sevda Babayeva, A.S.Makarenko adına Humanitar fənlər təmayüllü gimnaziyanın tarix müəllimi Lalə Abbasova, Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülnar Hüseynova , Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədova, Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Sevinc Məmmədova, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Quliyeva, Qəbələ rayonu Zalam kənd tam orta məktəbinin tarix müəllimi Fərqanə

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Ağayeva, Bakı şəhəri 1 nömrəli tam orta məktəbin rus dili müəllimi Xatirə Quliyeva, Bakı şəhəri 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Şahbazova, Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi Seyran Səfərov, Oğuz şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nurlana Cavadova, Qax şəhəri 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazlı İsmayılova, Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Bikə Allahverdiyeva,Yevlax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Könül Hüseynova, Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblı, Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygün Səmədova, Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi Könül Nəsirova, Daşkəsən rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Aslanova, Hacıqabul rayonu 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Səbinə Rəsulova,həmin rayonun Talış kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Failə Əliyeva, Siyəzən şəhəri 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Sultanova, Xudat şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəzakət Əhmədova və daha onlarla, yüzlərlə adlarını fəxarətlə çəkə bildiyimiz qabaqşıl müəllimlərimiz var.
Bu müəllimlərimizin hər biri, obrazlı desək, bir ağac, minbir "budaqlı”. Onların yetirmələri vətənimiz Azərbaycanın hər obasında, kəndində, şəhərində öz peşə və ixtisasları xalqa, vətənə xidmət edirlər.Milli Qəhrəmandırlar, mədəniyyətimizin sevilən, rəğbətlə qarşılanan nümayəndələridir.
Belə müəllimlərdən biri - Xətai rayonundakı 24 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Günay Dadaşova haqqında daha ətraflı bəhs etmək istəyirəm.
Günay müəllimə gəncdir, 42 yaşı var. 1993-cü ildə Xətai rayonundakı 263 nömrəli tam orta məktəbini bitirib və Nəsrəddin Tusi adına ADPU-nun İbtidai təhsil fakültəsinə qəbul olunmuşdur. 1998-ci ildə ali pedaqoji təhsilini başa vuraraq Xətai rayon 24 nömrəli tam orta məktəbində gənc mütəxəssis kimi fəaliyyətə başlamışdır. 20 ildən artıqdır ki, xalqımız üçün, vətənimiz üçün fidanlar yetirir.
24 nömrəli məktəb bizim yaşadığımız ərazidə olduğu və nəvəmin də bu məktəbdə təhsil aldığı, həm də məhz Günay müəllimənin sinfində təhsil aldığı üçün təəssüratlarım ən azı 3 illik müşahidələrimə əsaslanır. Əksər tədbirlərində iştirak edirəm. Bütün valideynlər övladları, nəvələri Günay müəllimin sinfində oxuduqları üçün çox məmnundurlar.
 
"O xalq xoşbəxtdir ki, yaxşı müəllimləri var”. Bunu Almaniyanın görkəmli dövlət xadimi Bismark deyib. Mən də deyirəm ki, Günay müəllimə kimi yaxşı müəllimləri olan şagirdlər də xoşbəxtdir.
Bu etimad və nüfuzu Günay müəlliməyə verməyiblər: özü qazanıb. 20 il eyni məktəbdə işləmək özü keyyfiyyət göstəricisidir.
Ümumiyyətlə, pedaqoji fəaliyyətin keyfiyyəti ilk öncə sevgidən başlayır. Peşəyə, şüurlu olaraq qəbul etdiyin, ömrünün sonuna kimi də şərəflə xidmət etdiyin məsləkə sonsuz sədaqətdən başlayır.
Təəssüf ki, pedaqoji sahədə çalışanların keyfiyyət tərkibində son dövrlər müəyyən müəyyən aşınmalar da özünü göstərməkdədir. Hesab edirəm ki, bunun bir səbəbi də test üsulu ilə keçirilən qəbul imtahanları və tələbə kontingentinə seçim forması ilə bağlıdır. Şagird hüquqşünas olmaq istəyir və yaxud həkim, jurnalist, iqtisadçı olmaq istəyir. Müvafiq keçici balı toplaya bilmədikdə, ona daha 14 ixtisasdan birini seçmək şansı verilir.Nəticədə, özünü hüquqşünas, jurnalist, həkim, əmtəəşünas olmağa hazırlamış şəxs gəlib olur tarix, ədəbiyyat , kimy-biologiya müəllimi, riyaziyyatçı və yaxud fizik. Bəzən həyatda karyera qurarkən ixtisasın özü yox, sadəcə, təhsilin ali olması kifayət edir. Deyək ki, ali pedaqoji təhsil alıb, bu sahə üzrə fəaliyyət də göstərmir. Fəqət, evində sandıqda saxladığı və ona bu və ya digər vəzifələrdə işləmək şansı verən ali ixtisas diplomu var.
Belələrinin bir ayağı məktəbdə, o biri ayağı isə xəyallarında aradığı "prestijli kompaniya”larda. Amma hələ məktəb illərindən müəllim olmağı özünə arzu seçmiş şəxslər də var. Bəlkə də bunlar elə fitrətən də müəllim kimi doğulurlar: Günay müəllimə kimi.
Özü də ibtidai sinif müəllimi olmaq əsl fədailikdir. Çünki kiçikyaşlı uşaqlarla səmimiyyət qura bilmək, nazını çəkmək və qarşılaşdığı qayğıları bezmədən, usanmadan çəkmək necə böyük fədakarlıq imiş. Yuxarı sinif şagirdlərinə də qayğı lazımdır. Amma onları sözlə də yönəltmək olur. İbtidai sinif şagirdlərinə isə həm də ana olmağı bacarmaq lazımdır. Onları sevmək lazımdır.Məşhur pedaqoq Suxomlinskinin təbirincə, "ürəyini uşaqlara vermək lazımdır ”. Ona görə də, hesab edirəm ki, ibtidai sinif müəllimliyinə xüsusi qabiliyyətli gəncləri seçmək lazımdır. Məktəblər belə şagirdlərə zəmanət versinlər.
Çünki biliyin təməl bağçada və ibtidai siniflərdə qoyulur. Şagirdin irəlidəki təhsil uğurları bünövrənin necə qoyulmasından asılıdır. Həm də təhsilin məqsədi təkcə elmli, biikli insanlar yetişdirmək deyil. Müəllim həm də Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməlidir.

  

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova


Bu vəzifə Təhsil haqqında Azərbaycan Respublikası Qanunun 4-cü bölməsində belə müəyyyən edilmişdir.
Məşhur maarif xadimi Həsən bəy Zərdabi demişdir: "Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”.
Bu bünövrəni qoyan müəllim dərin biliyə malik olduğu kimi , mehriban xarakterə də malik olmalııdr ki, tədris prosesinin imkanları daxilində şagirdlərin dünyagörüşündə dərin izlər buraxsın. Bəlkə də ibtidai sinif müəlliminin şəxsi nümunəsi, mehriban rəftarı, ədəb-ərkanı şagirdin ilk əxlaq dərsi olur. Bu ilklər şagirdlərin gələcək böyük həyatları üçün bir ölçüyə çevrilir: necə səmimi və mehriban olmalı, səmimiyyət nədir, əxlaq və davranış etiketləri necə olmalıdır və sair.
Müəllim bununla həm də böyüklərə - dərs dediyi şagirdlərin gənc valideynlərinə nümunə olur. ..
Günay müəllimənin istər uşaqlarla, istərsə öz həmkarları və məktəb rəhbərliyi ilə , istərsə də valideynlərlə düzgün münasibət , ünsiyyət qurmaq (kommunikativ) qabiliyyəti heç vaxt diqqətimdən yayınmayıb, xüsusilə şagirdlərlə.
Bu isə onun daha yeni bir qabiliyyətini —özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa səfərbər edən konstruktiv qabiliyyətini büruzə verir.
Bütün bunlar Günay müəllimənin fəaliyyətində müşahidə etdiyim xüsusiyyətlərin bir neçəsidir.
Məktəbə yaxın binaların birində yaşayır. Hərdən küçədə dərsə gedib-gələndə görürəm. Hərdən nəvəmi gətirməyə özüm gedirəm, bir çox tədbirlərinin iştirakçısı olmuşam. Elə bu günlərdə III sinifdə riyaziyyat fənnindən " Hissələr, kəsrlər” mövzusunda təşkil etdiyi Açıq dərsə valideyn kimi məni də dəvət etmişdi. Adətən, Açıq dərsləri təcrübəli müəllimlər təşkil edirlər.
 
Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova
Təbii ki, 20 illik təcrübəsi, zəngin pedaqoji-metodik ustalığı və didaktik qabiliyyəti olan bir müəllimin dərsindən məktəb rəhbərliyinin, gənc müəllim həmkarlarının, valideyn və yurnalist kimi mənim də böyük gözləntim vardı. Bir vaxt biz də məktəb rəhbəri işləmişik, dərsdinləmələrdə iştirak etmişik, Açıq dərslər keçirmişik. Belə dərslərin məqsədi heç də müəllimi yoxlamaq və işinə qiymət vermək deyil. Məqsəd qabaqcıl təcrübəni yaymaq, gənc müəllimlərə metodiki kömək eməkdir. Günay müəllimənin dərsində bu təcrübənin bir daha şahidi oldum.
Əsas məqsəd şagirdlərin elektron vəsaitlərdən istifadə edərək slaydlardan toplanmış materiallar əsasında bir bütövün və ya bir əşya qrupunun hissələrini modellədirmək, kəsri tamdan ayırd etmək, ədədin hissələrini tapmaq, fərqləndirmək bacarığı formalaşdırmaqdı.
Dərs bütöv siniflə, cütlüklərlə və fərdi şəkildə aparılan iş formasında aparıldı. Dərsin gedişində proyektor, kompüter, interaktiv lövhə, müxtəlif şəkil , cədvəl və krossvordlardan, model şəklində qarpız, portağal, tort modellərindən və s. istifadə olundu.
Bütün bunlar dərsi maraqlı etdi: şagirdlərə tam və onun hissələri əyani olaraq nümayiş etdirildi.
Dərs zamanı müxtəlif fənlərlə daxili inteqrasiya yaradıldı, məsələn, Ana dili, tarix, çoğrafiya və təbiət fənləri ilə. Qarabağ mövzusuna müraciət edildi., İnteraktiv lövhədə Vətən sərhədləri canlandırıldı .
Qabaqcıl ölkələrin təhsil sistemində artıq ev tağşırıqları verilmir, şagirdlər yeni mövzunu elə sinifdə öyrənirlər. Fikrimcə, Günay müəllimənin yeni mövzu ilə bağlı keçirdiyi qısa sorğu, şagirdlər istər çütlük, istərsə də fərdi olaraq verdikləri cavablar onu sübut etdi ki, mövzu elə sinifdəcə mənimsənilib: şagirdlər mövzunu başa düşdüklərini, sadə kəsrləri modelləşdirə bildiklərini, ədədin hissələrini tapmağı bacardıqlarını nümayiş etdirdilər.
Mənim üçün də maraqlı olan dərsə görə Günay müəlliməyə valideynlər adından təşəkkür edirəm. Nə yaxşı ki, hər nəyə rəğmən, bu gün Azərbaycan məktəbinin yüzlərlə, minlərlə ehtiramla qəbul edilən müəllimləri var və Günay müəllimə də onlardan biridir.
 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Yazımı onların hər birinin, eləcə də bir vaxt mənə orta və ali məktəbdə dərs demiş bütün müəllimlərimlərimizin əməyinə və şəxsiyyətinə ehtiramla Musa Yaqubun gözəl bir şeiri ilə tamamlayıram:

Müəllim ömrü
Saatlar...Otaqlar...
Hə,bu da bir gün...
Siniflər...Uşaqlar...
Hə,bu da bir gün...
Yenə zəng çalındı,çölə,içəri...
Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi də,
O,oxşar ayları,illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

Demə ki,keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitir,
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır,anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçir.

Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara "müəllim” sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itə, yadlanar müəllim ömrü.
Birinin şanında,böyüklüyündə,
Uçar,qanadlanar müəllim ömrü.
İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 

Qabaqçıl  müəllimlərimiz - Günay Dadaşova

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz