» » İlan sancması ilə əlaqədər bunları bilmək lazımdır

İlan sancması ilə əlaqədər bunları bilmək lazımdır

Yay mövsümünün gəlməsi və havaların getdikcə arzuolunandır. Amma yay mövsümü istivurması ilə yanaşı, zəhərli ilanların fəallaşması ilə ciddi problemlər də gətirir.

İlan sancması insan sağlamlığı üçün ciddi təhlükə yaradır, hətta vaxtında həkimə müraciət edilməzsə, ölümlə də nəticələnir.
Mütəxəssislər, xüsusilə yay aylarında ilanların fəal olduğu dövrlərdə qapı və pəncərələrin qapadılmasını tövsiyə edirlər. Mütəxəssislər bildirirlır ki, ilan, əslində, zərəli heyvan deyildir. Ona toxunulmasa, o, heç vaxt insanı sancmaz. Ancaq sıxışdırıldıqda, "quyruğunu tapdadıqda” müdafiə zəminində insana və ya digər heyvana hücum edər.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov Trend-ə  müsahibəsində ilanların     gizləndiyi, yaşadığı yerlələ bağlı bunları söyləmişdir:


"İlanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda"- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:

 

"Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər".


İlanlar təkcə insanlar yaşayan yerlərdə (tikili və zirzəmilərdə)deyil, həm də təbiətdə mövcuddur.
Dünyada 2000-dən çox ilan növü mövcuddur. Onlardan 300-ü insanlara təhlükə törədə bilir. İlan zəhəri  təsir dərəcəsinə görə  iki qrupa bölünür:

1.Sinir sisteminə təsir edənlər.
2. Qan və digər toxumalara zərər verənlər.

Zəhərin bədənə daxil olduğu yerlərdə ağrı, şişlik, dərinin rənglənməsi, ürəkbulanma, baş və əzələ ağrıları və zəiflik baş verir.
Bəs ilan sancması zamanı nə edilməlidir? Zəhərlənmiş insan necə müalicə olunur?
Uşaqlarınızı və özünüzü ilan sancmalarından qoruya bilmək üçün bir sıra sadə tədbirlər görmək mümkündür.
İlk olaraq ilanla qarşılaşan zamanı onu vurmaq yox, kənara çəkilmək və imkan vermək lazımdır ki, o, özü gizlənmək instiktini rahat yerinə yetirə bilsin.
Əgər artıq hadisə baş vermişsə, xəstənin hərəkət etməsi olmaz. O, nə qədər hərəkətsiz saxlanılarsa, zəhərin qana işləməsinin qarşısı o qədər ləngidilmiş olur.
Toksikoloq Hüseyn Süleymanov bununla  bağlı mətbuata verdiyi bir aşıqlamada tövsiyələrini belə ifadə etmişdir: "Adətən ilan insanın ətraflarına, xüsusən də aşağı ətrafına hücum edir. Bu zaman yaralı insanı hərəkətsiz hala gətirib, dişlənilmiş yaranı yodla steril etmək və dərhal həkimə çatdırmaq lazımdır. Həkim nəzarəti altında isə bütün tibbi tədbirlər görülür, ilk öncə ağrıkəsici iynə və ilan zəhərinə qarşı zərdab vurulur və daha sonra qalan lazımi tədbirlər görülür. Yaranı sorub zəhəri çıxartmaq və ya həmin ətrafı kəsmək, üzərinə qatıq qoymaq, belə şeylər məsləhət deyil. Ona görə ki, tez bir vaxtda çirklənmiş yara infeksiyalaşmış yaraya keçir və sonra fəsadlaşmış hal alınır”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
I'm glad I found this web site, I couldn't find any knowledge on this matter prior to. Also, operate a site and if you are ever interested in doing some visitor writing for me if possible feel free to let me know, I'm always looking for people to check out my web site.
fireboy and watergirl
  • Нравится
  • 0