» » Şairlər, indi də mənə söz verin

Şairlər, indi də mənə söz verin

 
Şairlər, indi də mənə söz verin
Səməd Vurğun - Ala gözlər

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.

Şairlər, indi də mənə söz verin

Şairlər, indi də mənə söz verin
Rəsul RzaGözlər

Şairlər, indi də mənə söz verin

Çoxları dad çəkdi, şivən qopardı:
"Döndərmə yazımı xəzana, gözlər!"
Mən də qol çəkirəm onlar deyənə.
Ar olsun bu əhdi pozana, gözlər!

Biri qara dedi, biri alagöz,
Bu ceyrangöz dedi, o piyala göz,
Mənə nə iri göz, nə də bala göz,
Ruhuma xoş gəlir miyana gözlər.

Rəngini bilmədim sarıydı, bozdu,
Könül nabələddi, min yerə yozdu.
Ancaq ki, sevgimin dəjini pozdu,
Qoymadı tərpənəm bir yana gözlər.

Dərin bir dəryadır şair xəyalı.
Götürdüm boynuma şəri, babalı.
Biri alça dərir, biri gavalı,
Heç bilmirəm baxır hayana gözlər.

Şairlər, indi də mənə söz verin

Məmməd RahimQara gözlər

Məndən ayrı gəzən yardan,
Ürəyimi üzən yardan,
Kəklik kimi süzən yardan
Könül gəlmiş zara, gözlər.
Qara gözlər, qara gözlər.

Adın dildən dilə düşdü,
Sona vurdum, gölə düşdü,
Məcnun kimi çölə düşdü,
Könül oldu yara, gözlər,
Qara gözlər, qara gözlər…

İnsaf eylə, mürvət eylə,
Dərmanımı şərbət eylə,
Bu dərd ilə, möhnət ilə,
Könül oldu para, gözlər,
Qara gözlər, qara gözlər…

Dağlar yel əsər gedər,
Söz qılıncdır – kəsər gedər,
"Hay” deməmiş küsər gedər,
Neyləmişəm yara, gözlər?
Qara gözlər, qara gözlər…

Şairlər, indi də mənə söz verin

Bəxtiyar Vahabzadə - Gözün dili

Qara gözlər,
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!

Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.

Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsın gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.

Şairlər, indi də mənə söz verin

 

Şairlər, indi də mənə söz verin

 

Şairlər, indi də mənə söz verin

 

Şairlər, indi də mənə söz verin

 

Şairlər, indi də mənə söz verin 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz