Uşağa qızdırma dərmanı verib, elə bir fəsada yol açırsınız ki... - Pediatr xəbərdarlıq edir
Müəllif: Anaveusaq.az от 7-02-2019, 13:00
Medicina.az xəbər verir ki, o, bu dərmanların nizamsız verilməsinin yaratdığı fəsadlardan söz açıb:
"Son zamanlar kəskin respirator xəstəliklər səbəbindən bir çox uşaqlarda yüksək temperatur müşahidə edilir. Bundan narahat olan valideynlər həkim müayinəsi olmadan özbaşına müalicəyə başlayaraq uşağa dərhal qızdırma salan dərmanlar verərək vəziyyəti daha da pisləşdirirlər.
Uşağa qızdırma salan dərmanların nizamsız şəkildə verilməsi ən çox aqranulisitoz adlanan fəsad verir ki, bu zaman qanda leykositlərin səviyyəsi kəskin şəkildə aşağı düşür. Nəticədə də orqanzimin bakteriya və göbələk infeksiyalarına qarşı həssaslığı meydana çıxır.
Aqranulisitoz əlamətsiz davam edə və ya kəskin qızdırma və boğaz ağrısı ilə müşayiət olunur. İstənilən orqanın infeksiyası tez inkişaf edərək pnevmaniya, sidik yollarının iltihabı, sepsis kimi fəsadlara yol aça bilər”.
Pediatr qeyd edib ki, son günlərdə onun qəbuluna bu diaqnozla 4 uşaq gətirilib: "Onlarda idarə edilə bilinməyən və dərmanlarla salına bilməyən temperatur müşahidə edilirdi. Laborator analizləri zamanı uşaqlardan birində neytrofil göstəricisinin hətta 100-dən yuxarı olduğu məlum olub”.
Qeyd edək ki, neytrofillər qanda olan 10-20 mkm diametrində, seqmentli nüvəli hüceyrələrdir.
Onlar qanın leykositlərinin təxminən 70 % ni, qranulositlərinin isə 95 % ni təşkil edirlər.
Mənbə:http://medicina.az/usaa-qizdirma-dermani-verib-ele-bir-fesada-yol-acirsiniz-ki-pediatr-xeberdarliq-edir/
Oxşar postlar:
- Azərbaycan qadınlarında D3 vitamini çatışmır – Rusiyanın məşhur həkimini Bakıda şoka salan səbəb
- Paltarları evdə qurutmayın - Həkimdən xəbərdarlıq
- Baş pediatrdan vacib xəbərdarlıq: Yay aylarında uşaqlarınızı bu xəstəliklərdən qoruyun
- Kəskin respirator xəstəliklər (KRX)
- Uşaqları qış xəstəliklərindən qorumaq üçün tövsiyələr
- Oxunub: 912
- Şərhlər: 0
- Bölmə: Humanitar / Səhiyyə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Yazarlar