» » Körpələrdə göz rəngi sonradan niyə dəyişir?

Körpələrdə göz rəngi sonradan niyə dəyişir?

Müəllif: Məlahət от 4-10-2016, 16:18


Körpələrdə göz rəngi sonradan niyə dəyişir?

Sarışın, mavi gözlü kimi tanıdığımız uşaqlar çox keçmir ki, qaraqaş, qaragöz bir əzizimizə çevrilir. Hamımız ətrafımızda bu hala şahidlik etmişik. Hətta bizim öz başımıza belə gəlmiş bir vaxt, sadəcə, bunu biz diya bilməzdik ki. Bəs, göz rəngi sonradan necə dəyişir? Əslində, yeni doğulmuş bir uşağın gözləri rəngli deyil. Çünki doğuş zamanı körpənin gözlərində rəng hüceyrələri olmaz. Buna görə də körpələrin göz rənginin nə olduğunu ayırd edilmir. Bütün yeni doğulan körpələrdə göz rəngi mavi görünər. Bunun səbəbi də gözə rəngini verən melanin piqmenti hələ istehsal olunmamasıdır. Gözün gerçək rənginin yaranması doğumdan 6 ilə 12 ay arasında bir müddət tələb edir. Körpələrdə göz rəngi sonradan niyə dəyişir? Körpələrdə və ya gözü mavi insanlarda gözün, daha doğrusu, irisin(iris, gözün ön hissəsində şəffaf layın arxasında olan və gözə rəngini verən damarlı bölgədir) rəngi, orijinal olaraq qəhvəyi bir kimyəvi maddə olan melanin piqmenti ilə asılı olaraq dəyişir. Yəni irisin nə qədər rəngli olacağı, nə qədər melanin piqmenti olduğu ilə bağlıdır. Açıq gözlərdə az melanin olur, tünd gözlərdə isə çox. Yeni doğulanlarda, irisin piqment miqdarı tam olaraq tənzimlənməmişdir, yəni ifrazatlar doğum sonrasında davam edir.

Körpələrdə göz rəngi sonradan niyə dəyişir?

Tünd dərili körpələrdə gözlər də tünd rəngdə olur və əksəriyyətlə elə qalır. Açıq zolaqlılarda isə göz əsasən mavi və boz olur, sonra isə tündləşir. Məhz bunun səbəbi, doğumdan sonra ifrazatı davam edən melanin piqmenti, piqmentin miqdarı artdıqca göz tündləşir. Melanin ifrazatı ilə bağlı məlumatlar genetik olaraq ötürülür. Bu səbəblə bəzi genetik hesablamalarla nəsil ağaclarındakı fərdlərin, baba, nənə kimi, göz rəngi məlum olan ana və ataların uşaqlarının göz rənginı müəyyən qədər təxmin etmək olar. Ancaq son aparılan araşdırmalara görə bu proqnozu təyin etmək düşünüldüyü qədər asan olmur. Çünki insanlarda göz rəngi 3 gen ilə nəzarət edilir.

Melanin piqmenti

İnsan bədənində birdən çox vəzifələr üzərinə götürmüş bir rəng piqmentidir. Hipofiz vəzisindən ifraz olunan MSH (Melanin Xəbərdaredici Hormon) saçlara və dəriyə rəng verən bir maddədir.

Körpələrdə göz rəngi sonradan niyə dəyişir?

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz