Ənginar və onun müalicəvi faydaları
Müəllif: Anaveusaq.az от 9-01-2019, 10:00
Ənginarın ilk elmi təsviri Teofrasta aiddir (e.ə. 371–287). https://legendsplants.wordpress.com
Ənginarın tarixi, adının mənşəyi və miflər haqqında bəzi məlumatlar:
"F.A. Brokqauz və İ.A. Efrona görə: artişok (yəni Ənginar) Ərəb sözü olan "ardi-schauki” sözündən alınıb.Yunan dilində Cynara adlanan bu bitkinin elə həmin dildə mənasının "κύον”, yəni "köpək” demək olduğu yazılır. Çünki onun ləçəkləri köpək dişinə bənzədiyi və tikanlı olduğuna görə həm də əli cızdığı üçün Yunan d. "κνάω”, yəni "cızmaq”, "scolymus” və ya "σκώλος” kimi tələffüz edilən "tikan” sözünə bənzəyir. Энциклопедический Словарь Ф.А.Брокгауза и И.А.Ефрона-1890-1907// http://www.vehi.net/brokgauz/
Ənginar; latın d. Cȳnara) — Asteraceae bitki ailəsinə mənsubdur. Rus d. olan mənbələrə görə; «артишок» sözü İngilis d. olan artichoke, İtalyan d. olan articicco, carciofo sözündən götürülüb ki, o da öz kökünü Ərəb sözü olan al-khurshūf (الخرشوف) sözündən almışdır. https://ru.wikipedia.org
Qədim Yunanıstanda çox populyar olan bu bitkiyə əfsanə və miflər qoşulub. O əfsanələrdən biri Zeusla və ona itaət etməyən sevgilisi ilə bağlıdır. Romada varlıların qidası sayılan ənginar, adətən, günəşli yerlərdə bitər. Egey əfsanələrinə və şair Kvintu Qorasiya Flakkaya görə Ənginar Zinara adasında yaşayan Kinara adlı gənc bir qız olub. Əfsanədə söylənilir ki, Zeus qaedaşı Poseydonun qonağı olarkən sahildə gəzişən gözəl və gənc qız Kinaranı görür. Zeus çox uzun müddət bu gözəl və ölümlü qızı ona yaxınlaşmadan seyr edir. Amma Kinara Zeusdan çəkinib qorxmadan onu yoldan çıxarır. Baş Tanrı qızın gözəlliyinə o qədər məftun olur ki, ona özü ilə birgə Olimpdə yaşamağı təklif edir. Kinara bu təkliflə razılaşır. Bir gün qız öz anası və evləri üçün darıxır və icazəsiz olaraq öz əzizlərini və insanları ölümlü dünyada ziyarətə gedir. Kinara qayıtdıqda çox əsəbləşmiş Zeus onu itələyir, qız yıxılır və həmin an heç vaxt yer üzündə görünməmiş olan Ənginar bitkisi bitir. Dedilənə görə, bu əfsanə məhşur Roma şairi Qorasi (e.ə. 65–8) tərəfindən qələmə alınıb. Həmin mif F. Rablenin (1494-1553) "Qarqantua və Pantaqruel”romanında da verilib. http://vsad uidoma.com”Adını Kinara adlı gözəl bir qızdan almış Ənginar bitkisi; bəs Azərbaycan dilində nə deməkdir?
Ənginar sözü bizdə nə məna verir?
Ənginar/Ən-Ki-Nar:
"Ən: ədat. Keyfiyyət bildirən sifətlərin və zərflərin əvvəlinə gətirilərək üstünlük, şiddət bildirir/nədir.az/
Ki: qadın/kadın/qarı/karı sözünün kökündə olub, min illərdir elə qadın mənasında işlədilir (Ki- Şumerlərdə yaradıcı ana tanrıça, Kibela tanrıça, Gera/Qera tanrıça və s.).
Kinara- Ənginar bitkisinə çevrilmiş və ən günəşli yerlərdə bitən, lənətlənmiş gözəl Qadın”!
P.S. Kinara; Zinara adasında yaşayırdı. Xəzər dənizində Böyük Zirə adası var. Sonralar isə bu ada Nargin adlandırıldı. Çox qəribə bir təsadüfdür deyilmi?
Əslində isə mənbələrin yazdığına görə: Nargin və Volf adalarının adı I Pyotrla bağlıdır. İsveçlə müharibədən sonra buralar ona formaca analoji adları olan Fin körfəzindəki Revel adalarını xatırladıb. Nargin ("Nargin" – almanca, "Nartingen" – estonca) "ensiz boğaz" mənasını verir. "Vulf" almancadan tərcümədə "canavar, canavar adası" deməkdir.
Ənginar/Kinara[/b][b]Azərbaycanda da bir sıra bölgələrimizdə canavara "ul” deyilir. Bəlkə də estonca"Nartingen" sözü ensiz boğaz deməkdir, amma bizim dilimizdə və anlayışımızda "Nar” günəşin rəmzi və bəzi türk xalqlarının dilində elə günəş deməkdir. "Gen/Gin” isə Ötügenin yadigarıdır və bu gün də qadınla bağlı elmlər, xəstəliklər elə eyni terminlə bağlıdır. (Nargin a. əlavə; "Nar” ilə başlayan bir çox yaşayış yerləri də var: Nardaran adlı kənd Bakının Sabunçu rayonunda, Siyəzən və Qobustan rayonunda var, Narlıq kəndi Sabirabadda, Naroba/Narbağı lənkəranda, Nərəcan-Xaçmazda, Narınclar- Kəlbəcərdə kəndlərimizdir. Nargilə, Narınc, Kinara/Tsinaraya çox bənzər olan Çinara/Çinarə, Gülnar, Gülnara, İnara kimi xanım adlarımızda, Azərbaycanda günəşin, bəzən alovun simvolu olan Nar meyvəsinin, Tatar, Çuvaş, Mokşa, Çuvaş, Udmurt, Başqırt, Erzya türklərinin 22 dekabrda keçirdiyi Nardoğan bayramının adında yəqin ki, açılmayan çox sirlər var!)
Mənbə: http://ailehekimiklinikasi.az/main/arasdirma/3195-nginar-kinara.html
Ənginarın bilmədiyiniz faydaları
İnsan sağlamlığı üçün faydalı olan qidalardan biri də ənginardır.
Türkiyəli mütəxəssis Dəniz Şafak güclü antioksidan olan ənginarın bahar aylarında istifadə edilməyinin faydalarından bəhs edib.
Ənginar, həzm sisteminin funksiyalarını sürətləndirir.
Yüksək lif tərkiblidir.
100 qramında sadəcə 67 kalori mövcuddur. Tox tutma xüsusiyyəti ilə pəhrizdə olanların əsas köməkçisidir.
Bağırsaq sistemini tənzimləyir.
Vücuddan spirtli içkilərin təsirinin uzaqlaşdırılmasına kömək edir.
Həmçinin vücudda yağ toplanmasının qarşısını alır.
Uzun illərdir aparılan bir çox araşdırmalar, ənginarın ürək, mədə sağlamlığını qoruduğunu təsbit ediblər.
Nəzərinizə çatdıraq ki, ənginarın yarpaqları ən az içi qədər faydalıdır.
Hüceyrələri yeniləyir.
Yorğunluq hissini azaldır.
Vücuddan toksinləri atır.
B1, B2, B6 vitaminləri ilə zəngindir.
Ancaq ənginarı uzunmüddət bişirmək düzgün deyil. Uzunmüddət istiyə məruz qalarsa tərkibindəki vitaminlər məhv olur.
Ənginar az yağlı formada bişirilməlidir.
Mənbə: https://hekimtap.az/ru/
Oxşar postlar:
- Oxunub: 2 275
- Şərhlər: 0
- Bölmə: Humanitar / Səhiyyə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar