» » Soyuqdəymə və günvurma zamanı türkəçarə əlaclar

Soyuqdəymə və günvurma zamanı türkəçarə əlaclar


Türkəçarədə etnoetioloji faktorlardan biri də soyuq və ya istilikdən əmələ gələn xəstəliklərdir.Yəni, xəstəliklərin əmələ gəlməsinin ciddi səbəblərindən biri də soyuq və istiliyin insan bədəninə etdiyi təsirdir.
Xalq təbabəti bu yanaşmada insanı əhatə edən, onun gündəlik tələbatını ödəyən ərzaq və geyimləri iki yerə ayırır:soyuq mövsüm üçün, isti mövsüm üçün lazım olanlar. Məsələn, kartof, kələm-soyuqluq yaradır, ət, yağ, bal istilik.
Daxili xəstəliklər, bəzən yolxucu xəstəliklər bu etnoetioloji faktorla izah edilir.Odur ki, soyuqluqdan yaranan xəstəliklərin müalicəsində istilikdən, istilikdən yaranan xəstəliklərin müalicəsində soyuqluq və ya sərinlikdən istifadə olunur.
Soyuqdəymə və günvurma zamanı türkəçarə  əlaclar Artıq payız fəsli sona yetməkdədir və qışın əlamətləri hiss olunmağa başlayır. Belə havalarda bədən temperaturu birdən-birə soyuğa uyğunlaşa bilmir. Buna görə də soyuq hava şəraiti sistit, angina, soyuq əllər, tənəffüs çatışmazlığı və digər xəstəliklərlə müşayiət olunur. Bəzən insanlar soyuqdan yaranan xəstəliklərinin öz-özünə də ötüb keçəcəyini düşünürlər və səhv edirlər. Unutmaq olmaz ki, müasir dünyada qış mövsümündə yaranan xəstəliklər ən sıx rast gəlinən və çox əzab-əziyyətlə müşayiət olunan xəstəliklərdir.
Odur ki, xəstəlik zamanı dərhl həkimə müraciət etmə lazımdır. Türkəçarə vasitə kimi, isti geyinmək, əli-ayağı isti saxlamaq, qaynar qazan yeməkləri tövsiyə olunur. Soyuqdəymə əlamətləri olarsa, zamanı əl və ayaq barmaqlarını tez –tez masaj etmək birinci profilaktik addımdır. Eyni zamanda cökəçiçəyi,qatırquyruğu otun,üçrəng bənövşə, ballı baba otu və bitkilərinin hərəsindən 1 xörək qaşığı miqdarında götürüb qarışdırmaq və həmin qarışıqdan 1 xörək qaşığı 1stəkan suya töküb 1 saat ərzində dəmləyirsən. Sonra İbu çayı iki dəfə olmaqla gün ərzində içmək lazımdır: təxminən, 1-2 ay davam etdirilməlidir.
Soyuqdəymə və günvurma zamanı türkəçarə  əlaclarİstivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır.
İstivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir.
Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.

Qeyd: Yazı mətbuat üçün açıq internet mənbələrindən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz