» » Misofonya nədir

Misofonya nədir

Misofonya nədir

Eşitmə və qavrayış pozuntuları ilə bağlı ümumi narahatlığa misofonya deyilir, yəni, səsdən yaranan nevroloji pozğunluqdur.
Bəzi insanların müəyyən səslərə qarşı həssaslığı var. Məsələn, ağız şappırdatmağa, çeynəməy və hətta, nəfəs alıb- verməyə. Bu vəziyyət hər nə qədər şəxsi bir hal hesab edilsə də, əslində, əsası nansısa bir psixoloji narahatlığa əsaslanır. Bu narazılığa verilən ad "misofonya”dır.
Bu termin amerikalı nevroloqlar Pawel Jastreboff və Marqaret Jastreboff tərəfindən tapılıb. Seçici səs həssaslığı kimi başa düşülür.
Əlamətləri

Misofonya nədir

Dırnaq kəsmə, diş yumaq, yemək yemə, nəfəs alma, iyləmə, danışma, asqırma, əsnəmə, yerimə, saqqız çeynəmə, gülmək, xoruldama, fit, televiziya səsi və ya öskürək kimi adi səslər misofonya həssaslığı olan insanları ən çox narahat edən, hətta hirsləndirən səslərdir. Bəziləri ayaq və bədən hərəkətləri kimi göz ucu ilə müşahidə oluna vizual xəbərdarlıqlardan belə təsirlənir. Belı halın davam etməsi şəxsin cəmiyyətdən, adamlardan qaçmasına səbəb ola bilər.
Qulaqların hədsiz dərəcədə həssaslıq göstərməsinə səbəb olan bu narahatlıq, dünya üzrə orta hesabla hər 10 insandan 2-sində rast gəlinir. Misofonya narahatlığının yaranması mərkəzi sinir sistemi ilə bağlı olduğu təxmin edilir.

Müalicə üsulları
Adamın narahatlığına görə həyatın keyfiyyətinə əks təsir edirsə, psixoloji müdaxilələr tələb edir. Bu narahatlıq tibbi müdaxilə,psixoloji müalicələr ilə aradan qaldırılır.
 
Misofonya nədir

Qeyd: Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz