» » 15 oktyabr Dünya Əlyuma Günüdür

15 oktyabr Dünya Əlyuma Günüdür

15 oktyabr Dünya Əlyuma Günüdür


İnsanların, xüsusən, balaca uşaqların, yeniyetmə və gənclərin həyat tərzində fərqindəlik yaratmaq məqsədi ilə 2008-ci ildən etibarən hər il 15 oktyabr tarixi Dünya Əlyuma Günü olaraq elan edilir.
Əllər gündəlik həyatda insanların ətraf aləmlə təmasa girdiyi ən fəal orqandır. Bu səbəbdən əllər həm də insanın görmədiyi, hiss etmədiyi cisimcik və ya bakteriyalarla təməsda olur ki, bunlar da sağlamlıq üçün ciddi təhlükələr törədə bilir. İnsanların gündə bir neçə dəfə əllərini sabunla yuması bu mikroorganizmlərlə meydana gələ biləcək xəstəliklərin, xüsusilə tənəffüs yolu infeksiyaları , eləcə də ishallı xəstəliklərin qarşısının alınmasında ən təsirli yoludur.
Unutmayın ki, əllərdəki mikroorqanizmlər əllərin üzə, gözə, ağız və buruna təması ilə bədənə keçməkdə və bədəndə müxtəlif xəstəliklər meydana gətirməkdədir.
Əlyuma sanitariya və gigiyena tədbirlərinin birincisidir. Odur ki, yemək hazırlamazdan və yemək yeməzdən əvvəl, tualet ehtiyaclarınınının aradan qaldırılmasından sonra hər kəsin ilk işi əllərini yumaq olur. Eləcə də buruna , hər hansı heyvanlara toxunanda, xəstə ziyarətinə getməzdən əvvəl, həmçinin sonra əllər yaxşı-yaxşı yuyulmalıdır. Ümumiyyətlə, hər hansı işi gördükdən sonra əllərin yuyulması vacibdir. Bu vərdiş insanlara körpəlikdən öyrədilməlidir.
Əllər yuyularkən bol su və sabundan istifadə edilməli, ən az 10-15 saniyə yaxşıca ovuşturulmalı, barmaq araları ovulmalı, dırnaq altları yaxşıca təmizlənməlidir. Ümumi əlyuma ən azı 40-60 saniyə davam etməlidir.
Havaların soyumağa başlaması ilə əlaqədar olaraq üst tənəffüs yolu infeksiyaları qarşı ən təsirli üsulun əlyuma olduğu unudulmamalıdır.

15 oktyabr Dünya Əlyuma Günüdür

 

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz