» » Finlandiya təhsil sistemi

Finlandiya təhsil sistemi


Dünyanın ən yaxşı təhsil sistemlərindən birinə malik olan Finlandiyada xüsusi məktəblər yoxdur. Şagirdlər gündə 4 saat dərs keçirlər, kiçik uşaqlar oynayaraq öyrənirlər. Finlandiya məktəblərində sınaq keçirilmir, növbəti siniflərdə keçirilsə də nəticələri şagirdə deyilmir. Müəllimlərin hamısı peşəkardır: ən əngəlli uşağa belə, ən yüksək səviyyəyə gətirməyə qadirdirlər.

Corablı uşaqlar
Məktəblərdə diqqət çəkən bir özəllik şagirdlərin dəhlizlərdə corabla gəzməsidir. Həm kənardan içəri qar, palçıq gəzdirmirlər, həm də daha əhəmiyyətlisi özlərini evlərindəki kimi hiss edirlər, üşümürlər.

Finlandiya təhsil sistemi


Uşaq bağçasında da ən az 1 saat kənardadırlar
Uşaqlar kiçik də olsa, qarlı havada belə, hər gün ən az 1 saat bayıra çıxırlar. Finlandiya iqlimi üçün qarlı qış adi bir haldır. Qaydasınca geyinirlər, valideynlərdə "aman, tərləyərsən, soyuq olar" təşvişi yox. İbtidai siniflərdə 45 dəqiqəlik dərs və 15 dəqiqəlik tənəfüslərə əlavə olaraq 45 dəqiqəlik fasilələr verilir. Bu zaman onlar geyinib açıq havaya çıxır, idmanla məşğul olur, gəzinti keçirirlər.

Xidmət yox, velosiped var
Hər uşaq öz evinə ən yaxın məktəbə getdiyi üçün heç bir nəqliyyat xidmətinə ehtiyac yox. Məsafələr qısa və küçələr təhlükəsiz olduğu üçün uşaqlar məktəbə velosipedlərlə gedib- gəlir. Beləliklə, məktəbdə daha çox qalıb işləməsi lazım gələrsə, nəqliyyat problemi fikirləşməli olmur. Beləliklə, uşaqlar həm də erkən yaşda məsuliyyət almağa başlayırlar.

Finlandiya təhsil sistemi

 

Bütün uşaqlar eyni məktəbdə
Fin təhsil sisteminə böyük uğur qazandıran amillərdən biri xüsusi təhsilə ehtiyac duyan fiziki və zehni cəhətdən məhdud imkanlı şagirdlərin digər uşaqlarla eyni məktəbdə oxumasıdır. Bununla həmin uşaqları ictimai həyata daxil edirlər: onlar tək bir uşağı belə itirmək istəmirlər. Məktəbdə fiziki imkanları məhdud tək bir uşaq olsa belə, bir sinif otağı ayrılır. Belə siniflərdə 10-dan çox tələbə və 2 müəllim məşğul olur. Görmə fəaliyyətində çətinlik çəkən şagird üçün, hətta, fərqli bir kompüter quraşdırılır.

Finlandiya təhsil sistemi


"Oturma, durma" yoxdur
Finlandiya təhsil sistemində azadlıq qorxu deyildir. Söhbət etmək əvəzinə, onlar daha çox düşünürlər, tələbələrini fərqli fikirləri ifadə etməyə təşviq edirlər. Bu davranış norması sinif otaqlarında daeynidir. Bəzi uşaqlar "pilates” topunu daha rahat oturmaq üçün seçirlər.

 

Finlandiya təhsil sistemi

Finlandiya təhsil sistemində bütün təhsil xidmətləri dövlət tərəfindən qarşılanır. Məktəblərdə yemək verilir. Şagird və müəllimlər eyni yeməkxanada yeyirlər. Tələbələrə bu yeməyin mahiyyəti və israf etməməsi vurğulanır. Yeməkdə hər bir uşaq nə qədər yeyəcək öz qərar verir. Səhər yeməyində süd içmək Finlandiyada çox geniş yayılmışdır. Məktəb binasında yeməkxana olmur, dəhlizlərdə isə su içmək üçün yerlər var.
Əlüzyuyan, soba, demək olar ki, hər sinifdə var, uşaqlar həm kökə bişirib, qab yumaq məsuliyyəti öyrənir, həm də evdə hazırlanan yemək və onlara sərf edilən əməyə hörmət haqqında ilkin təəssüratlara yiyələnirlər.
Emalatxanada sənət və əmək dərsləri
Əl və bacarıqlarına yiyələnmək üçün praktiki biliklər çox vacibdir. Qız şagirdlər ev təsərrüfatı, oğlan şagirdlər isə dülgər emalatxanasında çalışarmalıdır deyə düşünülsə də, Finlandiyada bu ayrı-seçkiliyi aradan qaldırıblar və qızların çox yaxşı dülgər olduğu müəyyən edilmişdir. Kişilər isə yaxşı kökə bişirir. Emalatxanalarda mişarlar, bıçaqlar, vintaçan kimi iti uclutəmir alətləri olsa da , uşaqlara təhlükəsizlik davranışları aşılandığından heç vaxt qəza halları baş vermir.
 

Finlandiya təhsil sistemi

İzinsiz şəkillər çəkmək
Finlandiyada bir çox ölkələrdə olduğu kimi, uşaqların ailələrindən icazə almadan bağçalarda onların fotoşəkli çəkilə bilməz, buna icazə vermir ... Tərbiyəçilər məktəbə gələn qonaqlar üçün uşaq bağçasında şəkillər çəkməməyi, hətta uşaqlarla şifahi və fiziki təmasda olmağımızı xəbərdar edirlər. Bəzi məktəblərdə fotoşəkil yalnız üzlər görünməzsə, icazə verilir. Türkiyədə, eləcə də Azərbaycanda uşaq bağçaları uşaqların fotoşəkillərini çəkməyə və paylaşmağa maraqlıdır, bu fotoşəkilləri fərəhlə paylaşırlar. Amma Finlandiyada uşaqların məxfiliyi baxımından belə addımlar diqqətdə saxlanılır.

 

Finlandiya təhsil sistemi


Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz