» » Yapon təhsil sisteminin tarixi inkişafı

Yapon təhsil sisteminin tarixi inkişafı

Yapon təhsil sisteminin tarixi inkişafı

Bugünkü Yapon Təhsil Sisteminin əsas quruluşu və prinsipləri 1947-ci ildə qəbul edilən Əsas Təhsil Qanunu ilə müəyyən olunmuşdur. Təhsil sisteminin əsas məqsədi insan haqlarına, həqiqətə və sülhə hörmət edən, demokratik ruhlu bir millətin insanlarını yetişdirməkdir. Bu gün Yaponiyada "6-3-3-4”,- deyə təbir edilən təhsil sistemi tətbiq olunur. Təhsil - 6 illik ibtidai məktəb, 3 illik orta məktəb, 3 illik lisey ilə 4 illik universitetlərdə verilir. İbtidai və orta məktəbi əhatə edən icbari təhsil müddəti 9 ildir. Ölkədə milli məktəblər, dövlət məktəbləri və özəl məktəblər olmaq üzrə üç növ məktəb var. Milli məktəblərin maliyyələşdirilməsi mərkəzi hökumət təerəfindən, dövlət məktəbləri rayon və bələdiyyə idarələri tərəfindən, özəl məktəbləri isə özəl qurumlar tərəfindən qarşılanır. Ölkə məktəblərinin28 %-i xüsusi məktəbdir. Bağça uşaqlarının75 %-i, uşaq bağça şagirdlərinin 43%-i, ibtidai sinif şagirdlərinin1%-i, orta məktəb şagirdlərinin3 %-i, lisey tələbələrinin 28%-i, universitet tələbələrinin 72%-i, ali məktəb tələbələrinin 89%-i , texnikum tələbələrininm7%-i xüsusi məktəblərə gedir.
Yaponiyada təhsil tədris ili 1 apreldə başlayır və növbəti ilin 31 martında bitir. Dərs ili, aprel-iyul ortası, sentyabr-dekabr sonu və yanvar-mart sonu olmaq üzrə üç dövrdə keçirilir. Şənbə günün yarısı olmaqla, həftədə 5.5 gün məktəbə gedirlər. İldə 240-250 iş günü var. Bir təhsil tədris ilində üç ara tətili keçirilir. Bunlardan birincisi yaz tətili (22 iyul- 31 avqustarası), ikincisi payız tətili (25 dekabr - 7 yanvararası), sonuncusu da bahar tətili (22 mart- 1 aprelarası) - dır. Ölkədə öyrədiləcək olan dərslər və məcburi dərs saatı sayı Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Hər məktəb dərs proqramına uyğun olmaq şərtilə ümumi tələbləri, tələbələrin inkişaf və təcrübə qazanmaq vərdişlərini əsas tutaraq öz təhsil proqramını hazırlayır. Yaponiyada dərs proqramları qüvvətli bir milli məzmun daşıyır. Ölkədə məktəb, sənaye, ailə və cəmiyyət arasında üzvi bir əlaqə yaradılmışdır. Tələbələr öz arzuları ilə diqqətli və davamlı bir şəkildə işləmək məcburiyyətindədir. Tələbələri güclü bir şəkildə təhsilə bağlayan və məktəblər arasında təsirli bir yarışmaya imkan tanıyan bir quruluşun yaradılması Yapon Təhsil Sisteminin əsas xüsusiyyətlərindən biridir.
Təhsil formaları belədir: orta ümumtəhsi məktəbləri, orta-ixtisas və ali təhsildən ibarətdir.

Yapon təhsil sisteminin tarixi inkişafı
Məktəbəqədər təhsil, uşaq bağçaları və gündüz baxım evlərində verilir. Təhsil Nazirliyinin nəzarətində olan uşaq bağçalarında 3-5 yaşlarındakı uşaqlar gündə 5 saat təhsil verilir. Gündüz baxım evlərində (uşaq bağça) isə Sosial Təhlükəsizlik Nazirliyində çalışan analar üçün qurulmuş olub, uşaqlıqdan 5 yaşına qədər olan uşaqlara gündə 8 saat məşğul olunur. Yaponiyada uşaqların böyük bir qismi məktəbəqədər təhsili alır. 3 yaş qrupunun 40%-i, 4-5 yaş qrupunun92 %-i, uşaq bağçalarına və ya uşaq bağçalara davam edir. Uşaq bağçası qanuna görə məcburi deyil, amma genişlənir. Yaponiyada məktəbəqədər səviyyəsində cəlbedilmə nisbəti 64% həcmindədir. Bu məktəblərin təşkilatçılığı və avadanlığı yerli komissiyaların məsuliyyətindədir. Uşaq bağçalarının proqramında olan dərs və tədbirlər; səhiyyə, sosial həyat, dil, musiqi, ritm, incəsənət və əl işlərindən ibarətdir. Uşaq bağçalarında sinifdəqalma yoxdur.
Yaponyada 6 yaşı tamam olan hər uşaq 6 il ibtidai məktəbə getmək məcburiyyətindədir. İbtidai məktəbin məqsədi əməkdaşlıq ruhunu, regional və milli ənənə məlumatını, millətlərarası anlaşma ruhunu, riyaziyyat, dil və elmi bcarıqları, musiqi, sənət və ədəbiyyata olan marağı gücləndirmək və inkişaf etdirməkdir. 2000-ci ilin məlumatlarına görə, 8.768.881 şagirdi olan 24.106 ibtidai məktəb olan Yaponiyada 407.596 müəllim təlim-tərbiyə xidməti yerinə yetirir. Təxminən, 20 şagirdə bir müəllimin düşdüyü bu mərhələdə təhsilə cəlbedilmə 99 faiz olub, sinifdəqalma yoxdur. Tələbələr bu dövrdə başlayaraq lisey və universitet giriş imtahanlarına hazırlaşırlar.

Yapon təhsil sisteminin tarixi inkişafı
Orta məktəblər icbari təhsilin son hissəsi olub 3 il davam edir. İbtidai məktəbi bitirən və hər hansı bir üzrü olmayan bütün şagirdlərin orta məktəbə davamiyyəti zəruridir. Tələbələrin hansı orta məktəbə gedəcəkləri Yerli Təhsil Komissiyası tərəfindən coğrafi əsaslara görə müəyyən edilir. Milli və yerli orta məktəblər pulsuz olub, tələbələrin xərcləri dövlət tərəfindən ödənilir. Bu təhsilin məqsədi litsey təhsilinə davam edə bilməsi üçün lazımi bilik və bacarıqları şagirdlərə qazandırmaq, onların zehni və fiziki inkişafını təmin etmək, yaxşı vətəndaş, insanlara və ətraf mühitə hörmətli həmvətən olaraq Yapon adət və ənənələrinə sadiq insanlar olmalarını təmin etməkdir. Bu mərhələdəki təhsilə cəlb edilmə nisbəti 99 faizdir. Sinifdəqalma yoxdur. 2000-ci ilin məlumatlarına görə 11.209 orta məktəb olan Yaponiyada 4.103.716 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 257.605 müəllim məşğul olur. Orta məktəbi bitirən və təhsilə davam etmək istəyən tələbələr mart ayında keçirilən liseylərə qəbul imtahanındakı çıxışlarına görə məktəblərə yerləşdirilirlər.
Orta ixtisas təhsili ilk və orta məktəbi bitirən şagirdlərin davam etdikləri təlim-tərbiyə müəssisələridir. Yaponiyada tam gün, yarım gün və distant olaraq tədris verən liseylər olmaq üzrə üç növ lisey var. Tam gün təhsil edən liseylər 3 il, yarım gün və distant üsulla tədris edən liseylər isə 4 il və ya daha uzun müddət davam edir. Yarım gün olan liseylər gündüz və axşam liseyləri olaraq ikiyə ayrılır. Ümumi və peşə liseylər olmaq üzrə iki fərqli proqram tətbiq edən liseylər var. Ümumiyyətlə, liseylər ali təhsilə davam edəcək gənclərin ehtiyaclarını təmin edəcək proqramları tədris edir, peşə məktəblər isə tələbələri gələcəkdə peşə kimi seçəcəkləri xüsusi peşə sahə təhsili ilə təmin edir. Məktəblərdə kreditli sistem üzrə tədris aparılır, məzun olmaq üçün də ən az 80 kredilik dərs almaq lazımdır. Bu dərslər məcburi və fakültativ fənlərdən ibarətdir. Liseydən sonra universitetə davam etmək vacib bir məqsəd olduğundan, bu istiqamətdə çox səy sərf edilir. Yaponiyada dövlət liseyləri sosial market sistem üzrə çalışır, müavinət və ödənişlər, mövcud tələbə sayına görə nizamlanır. Dövlət, özəl liseylərə də lazımi yardımları edərək təhsil, tərbiyə və uğur standartlarının davamını təmin edir. Hər il mətbuat və televiziyada liseylərin ümumi qiymətləndirməsi aparılır. 2000-ci ilin məlumatlarına görə, 5.478 liseydə 5.010.472 şagird təhsil almış, 269.026 müəllim onları gələcək həyata hazırlamışdır.
Universitet Proqramları həm bakalavr, həm də aspirantura təhsili üzrə aparılır və bu təhsil, adətən, 4 illikdir. Ancaq tibb, stomatologiya, baytarlıq və kənd təsərrüfatı kimi bəzi hissələrin təhsil müddəti 6 ildir. Onların əksəriyyəti magistr dərəcəli və 5 illik doktorluq proqramı üzrə mütəxəssis hazırlayır. Məqsədləri tələbələrə yüksək dərəcədə və dərindən məlumat vermək, akademik məsələlərdə xüsusi tədqiqat mühiti hazırlamaq, bilikli, yüksək peşə sahibli insanlar yetişdirməkdir.
Kolleclər lisey məzunlarına 2, ya da 3 illik təhsil verirlər. Məqsədləri tələbələrin texniki sahədə bilik və bacarığı almalarını təmin etmək, məzunlarını texniki sahələrdə peşə sahibi etməkdir.
Texniki məktəblər 1962-ci ildən başlayaraq fəaliyyət göstərir və orta məktəbi bitirən şagirdləri qəbul edir və texniki işçilərin təhsili üçün 5 illik tam təhsil tətbiq edirlər.
Yaponiyada 1985-ci ildən etibarən açıq tədris universitetində də ali təhsil verilir. Bundan başqa, bəzi universitetlər gündüz işləyənlər üçün gecə dərsləri verir. Ali təhsilə tələbələr akademik qabiliyyət testi, xüsusi bir sahədə müvəffəqiyyət testi araşdırılması ilə seçilir.
2000-ci ilin məlumatlarına görə 649 universitetin olduğu Yaponiyada 150.645 müəllim 2.740.024 tələbəyə ali təhsil vermişdir.
 
Yapon təhsil sisteminin tarixi inkişafı

Mənbə: http://www.tugbacansali.com/japon-egitim-sisteminin-tarihsel-gelisimi/
Qeyd: Tərcümə yolu ilə hazırlanmış bu yazı müəyyən ixtisarla təqdim edilir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz