» » İlin ayları necə yarandı

İlin ayları necə yarandı

Müəllif: Anaveusaq.az от 4-10-2018, 00:25
(Azərbaycan təqvim mifi)

Lap qədim zamanlarda aylar yox imiş. Bir vaxt insanlar görür ki, ilin günlərini qatışdırırlar. Durub ilin günlərini aylara böldülər.
Hər aya otuz iki gün verdilər, boz aya on dörd gün qalır. Görürlər ki, boz ay inciyir, durub qalan ayların payından bir gün alıb verirlər bozaya. Onlar olur otuz bir gün, boz ay olur iyirmi beş gün. Görürlər ki, boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir gün istəyirlər.
Ayların yarısı deyir ki, daha otuz bir günümüz var, verə bilmərik.nO biri yarısı isə boz aya bir, iki, üç gün verir. Boz ay olur otuz bir gün. Qalanlarının da bəzisi otuz bir gün, bəzisi otuz gün, bəzisi isə iyirmi doqquz, iyirmi səkkiz gün olur.
Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün qatışıqdır, bir cür deyildir. Çünki boz ay soyuq günləri qış aylarından alıb, isti günləri yaydan alıb, yağışlı günləri yaz ilə payızdan alıb.

İlin ayları necə yarandı
Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz