» » İnsanlar əbədi həyatı necə itirdilər

İnsanlar əbədi həyatı necə itirdilər

(Etnoqonik mif)
Tanrı Ruva adamlara tapşırıq verdi:
- Qocalıq qapını kəsdirəndə, siz ilan kimi dərinizi dəyişdirməlisiniz. Dərinizi dəyişən kimi cavanlaşacaqsınız. Amma gözdə-qulaqda olun, çalışın ki, dərinizi dəyişdiyinizi heç kim görməsin. Dərinizi dəyişdiyiniz vaxt uşaqlarınız və ya nəvələriniz sizi görsələr, dərhal öləcəksiniz və insanlar əbədi həyatı itirəcəklər.
Nəhayət, insanların ən qocasının dərisini dəyişmək vaxtı gəlib çatdı. Mane olmasınlar deyə, qoca nəvəsinə dibini deşdiyi bir kalibas verib su gətirməyə göndərdi. Qoca öz-özünə fikirləşdi: "Nəvəm evə çatana kimi su axıb töküləcək. Uşaq məcbur olub yenidən çaya yollanacaq, uşaq çayla evin arasında qalacaq. Bu müddət ərzində mən dərimi
dəyişib qurtararam”. Amma qocanın niyyəti baş tutmadı. Qız məsələdən tez baş çıxartdı və qabın deşiyini qapadı. Qız qabı suyla doldurub evə qayıtdı və qocanı dərisini necə dəyişməsini gördü.
Qoca qışqırdı:
- Sən nə elədin, yaramaz! İndi mən öləcəm, ölüm bütün insanların nəsibi oldu. Çünki sən mənim dərimi necə dəyişdiyimi gördün.
Belə də dərd olar!
Qoca öldü, adamlar isə qızı kənddən qovdular. Qız meşədə məskən saldı, meşədə uşaqları oldu. Onun uşaqları babuinlər və adamaoxşar meymunlar idi. Həmin vaxtdan babuinlərə və meymunlara meşə xalqı, yaxud da lənətlənmiş uşaqlar deyirlər.

İnsanlar əbədi həyatı necə itirdilər

Mənbə: İnternet

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz