» » Uşaqlarınızı gözləyən təhlükə

Uşaqlarınızı gözləyən təhlükə

 

Uşaqlarınızı gözləyən təhlükə

 

 Uşaqlarda texnoloji cihazlardan asılılıq  yaşı getdikcə aşağı düşür və bu, narahatçılıq doğurmaya bilməz.  Artıq İngiltərədə 4 yaşındakı uşaqda  IPAD asılılığı diaqnozu qoyulmuş  və klinikalarda texnologiya asılılığı  ilə  müalicə işləri aparılan şöbələr açılmışdır.

Texnoloji yeniliklər  bir təərfdən  həyatımızı asanlaşdırırsa da, digər tərəfdən sağlamlığımızı  təhdid edir. Gündəlik həyatda istifadə etdiyimiz elektron cihazlar elektromaqnit sahəsi yaradır. Kompüterin,  cib telefonundan uzun müddət istifadə etdikdə   bu cihazların payladığı mikrodalğaları   sağlamlığımız üçün  ciddi təhlükə törədir.

 Aparılan araşdırmalar kompüter və cib telefonlarının  böyüklər üzərindəki mənfi təsirlərini araşdırarkən uşaqları daha da böyük təhlükə gözlədiyi diqqətdən yayınmamalıdır. Çünki texnoloji cihazlar hələ yetkinləşməmiş liflərə malik olan uşaqlara böyüklərə nisbətən 10 dəfə daha çox mənfi təsir göstərir. Çünki uşaqların hüceyrələr və toxumaları bu mikrodalğaları   10 qat daha çox çəkir. Gələcəkdə bu uşaqlarda hazırda ortaya çıxan sağlamlıq problemlərinin daha tez-tez baş verəcəyi və bu sağlamlıq problemlərinin dərəcələrinin artacağı qətidir.


Uşaqlarınıza 12 yaşınadək mobil telefonları verməyin!

 

Dünya Səhiyyə Təşkilatı (WHO), 2007-ci ildəki hesabatında  cib telefonunun xərçəng və beyin şişlərinə səbəb olduğunu açıqladı. Tədqiqat göstərir ki, 12 yaşına çatmamış uşaqlar cib telefonunu istifadə etməməlidirlər, 13-20 yaşlarında olan uşaqlar  yalnız fövqəladə hallarda istifadə edə bilərlər. Cib telefonlarında ən böyük təhlükə qulaqcıqlar vasitəsi ilə dinlənilməsidir.Çünki bu zaman    beyinə yaxın olduğundan daha risklidirlər. Mobil telefonda altı dəqiqədən çox danışarkən, hətta hiss edə biləcəyimiz baş ağrısı ilə bağlı qulaq və beyin toxumalarının təhlükələrini proqnozlaşdırmaq çətin deyil.

 

Uşaqlarınızı texnologiyanın mənfi təsirlərindən qoruyun!


Uşaqlarınızı gözləyən təhlükə

 

Uşaqlarınız böyük təhlükə gözləyir. Uşaqlarınızı texnoloji məhsullardan uzaq saxlayın. Uşaqlarınızın kompüter, tablet və ya iPad-i istifadə etməsinə icazə verməyin, ev tapşırığı istisna olmaqla.

Əlavə olaraq, iPad, noutbuk və mobil telefonları mümkün qədər  evinizdən uzaq tutun. Bəzi valideynlər evdə  uşaqlarının mobil telefonlarını oynatdığına fikir vermirlər. Bu mövzuda olduqca diqqətli olmalısınız. Texnoloji qurğulardan mümkün qədər evinizi təmizləyin. Ən azı kompüterinizdə və cib telefonunuzda başqa bir otaqda işinizi edə bilərsiniz.

Valideynlər uşaqlarınızın sağlamlığı üçün məsuliyyət daşıyırlar. Buna görə də, uşaqlarınızı texnologiyanın təhlükələrindən qoruyun. Unutmayın ki,  texnoloji qurğular uşaqların inkişafı və zehni sağlamlığını da çox mənfi istiqamətdə təsir edir. Məsələn, gənc yaşlarda uzun müddət televiziya izləyən boyartımı ləngliyi  və danışma problemləri yaranır. Bu, uşaqların sosial bacarıqlarının inkişafına da mənfi təsir edir. Kompüter və TV qarşısında vaxt keçirən uşaqların fiziki bacarıqlarında passivlik yaradır, artıq çəki  və piylənmə riski artır.

Övladlarınıza etdiyiniz ən böyük xeyirxahlıq  onları  texnoloji cihazlardan    qoruya bilməyiniz  və təbiətə daha çox vaxt sərf etmək imkanı yaratmağınızdır.

Uşaqları evdə deyil, dostları  ilə açıq havada olmağa təşviq edin.


Uşaqlarınızı gözləyən təhlükə

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz