» » Xətai rayonunun 17 nömrəli tam orta məktəbində Bilik Günü

Xətai rayonunun 17 nömrəli tam orta məktəbində Bilik Günü

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

Hər il olduğu kimi, bu il də yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi uğurla davam etdirilmişdir. Ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilmiş, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılmışdır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə verilmişdir. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu daxil olmaqla 193 obyektdə tikinti-təmir və abadlıq işləri aparılmışdır.
Xatırladaq ki, yeni dərs ilində2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagird təhsil alacaq. 165 780 nəfər şagird isə məktəbə ilk dəfə qədəm basacaq , bunlardan 46 000 nəfər şagird təkcə Bakı şəhərinin payına düşür .
Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib və ilk dərs gününə kimi məktəblərə paylanılmışdır.
İki gün öncə biz jurnalımızda dünyanın 30-dan artıq ölkəsində sinif otaqlarının şəkillərini paylaşmışdıq. Hələ də dünyada açıq havada, qaranlıq, təmirsiz otaqlarda təhsil alan uşaqlar var. Ən adi tədris ləvazimatlıarından, əyani vəsaitlərdən məhrum olan məktəblər var. Bu müqayisədə Azərbaycan uşaqlarının öz ölkələri ilə öyünməyə çox haqqı var.
Bu gün ölkəmizin hər yerində böyük təntənə ilə Bilik Günü qeyd olundu. İstər şagirdlər, istər valideynlər gələcəyimiz olan uşaqlar dövlətimizin bu diqqət və qayğısının bir daha şahid oldular.
Bilik Günü tədbirlərindəbiz də   hər dəfə Bakının ayrı-ayrı məktəblərində keçirilən tədbirlərdə iştirak edir və yazılar dərc edirik. Bu dəfə Xətai rayonundakı 17 saylı tam orta məktəbi seçdik. 

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

17 saylı orta məktəb  nəinki Xətai rayonunun, eləcə də Bakı şəhərinin nümunəvi, həm də ən böyük məktəblərindən biri hesab olunur. 2017-2018-ci tədris ilində məktəbdə 2000-ə yaxın şagir təhsil alıb.Onların təlim-tərbiyəsi ilə 128 nəfər müəllim məşğul olmuşdur. Məktəbin 81 məzunundan 62 nəfər müxtəlif ali məktəblərə qəbul olunmuşdur. 1 nəfər 669 bal toplamışdır.
Məktəb Bilik Gününə də böyük coşğunluqla hazırlaşmışdı. Ətraf baramsayağı bəzədilmiş, qollarını açıb öz birincilərini gözləyirdi.
Öyrəndim ki, bu dərs ilində məktəbə 250 nəfər birinci sinif şagirdi qəbul olunub: 4 sinif Azərbaycan bölməsinə, 5 sinif rus bölməsinə.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan Bilik Günündə şagirdlərlə bərabər, valideynlər, məzunlar, qonaqlar da iştirak edirdi. Tədbiri məktəbin direktoru Nazilə Əliyeva açaraq müəllimləri, şagirdləri, birinciləri xüsusən, valideynləri, qonaqları salamladı və Bilik Günü münasibəti ilə onları təbrik etdi. Daha sonra şagirdərin ifasında şeirlər, mahnılar səsləndirildi.
Xətai Rayon İcra hakimiyyətinin nümayəndəsi Dəyanət müəllim İcra Hakimiyyəti adından pedaqoji kollektivə, valideynərə və şagirdlərə xoş arzularını ifadə etdi.
İlk zəng çalınandan sonra birincilər təbrik sədaları ilə siniflərə yollandılar. Valideynlərin də ilk dərsdə iştirak etməsi üçün şərait yaradıldı.
1 "E” sinfində müəllim Cəmilə Rzayeva dərs ilinin ilk dərs məşğələsinə "Vətənim Azərbaycan” mövzusunda başladı. Ölkəmiz, xalqımız və dövlət atributlarımız haqqında məlumat verildikdən sonra, şagirdlər Azərbaycan və bayrağımız haqqında bildiyi şeir parçalarını əzbər söylədilər və mahnı  oxudular.

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü


 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Xətai rayonunun 17  nömrəli tam orta məktəbində  Bilik Günü

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz