» » 15 Sentyabr Dünya Prostat Xərçəngi Günüdür

15 Sentyabr Dünya Prostat Xərçəngi Günüdür

 

 

15 Sentyabr Dünya Prostat Xərçəngi Günüdür

 Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (boyüməsi) kimi də qəbul edilmişdir.. Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.

 Prostat xərçəngi ən çox kişilərdə  rast gəlinən xəstəlikdir. Amerika Birləşmiş Ştatlarında kişilər arasında ən çox ölümə də prostat xərçəngi səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı və Milli Onkologiya Mərkəzlərinin 2016 cı il statistikasına görə,  bu xəstəlik hər il 11000 xəstə yə sirayət etməklə  artmaqdadır və  300 000 adamın ölümünə sebeb olur. Dünyadaki kişilərin 16.3 faizinin prostat xərçəngine düçar olacagı ,onlardan 3 faizinin dünyasını dəyişəcəyi təxmin edilir.

Prostat xərçənginin dəqiq səbəbləri məlum olmasa da:

 

 -yaş irəlilədikcə risk artır;

- ən yaxın  qohumlarda  (ata, əmi, qardaş) prostat xərçəngi olanların  bu xərçəngə yaxalanma riski digər insanlara görə iki qat daha yüksəkdir;

 -doymuş yağlardan (heyvani qidalarda olan yağlar, kərə yağı, marqarin, iç yağı, quyruq yağı) və qırmızı ətdən və yalnız  səbzə-meyvədən qidalanma vərdişi prostat xərçəngi riskini artırır.


 Prostat xərçəngi erkən mərhələdə heç bir əlamət  biruzə vermir. Xərçəng toxuması böyüdükcə aşağıdakı bəzi şikayətlərə yol aça bilər:

 

 -tez-tez sidiyə çıxma;

 -gecə sidiyə qalxma;

 -kəsik- kəsik sidik etmə;

 -çətin sidik etmə;

 -ağrılı sidik etmə;

 -qanlı sidik;

 -qanlı məni və s.


 

15 Sentyabr Dünya Prostat Xərçəngi Günüdür

 

 Bu şikayətlərin olması heç də prostat xərçəngi olduğunu göstərmir,  amma belə əlamətlərdən ən azı biri olduqda,  prostat xərçəngi şebhəsi hökmən diqqətə alınmalıdır.. Ona görə də, hər bir kişi ildə 2 dəfədən az olmayaraq uroloq-androloq tərəfindən profilaktik müayinədən keçməlidir!

 Prostat xərçəngi erkən diaqnoz qoyula və müalicə edilə bilən bir xəstəlikdir. Kişilərin 50 yaşından etibarən, yaxın  qohumlarında  prostat xərçəngi olanların da  40 yaşından etibarən müntəzəm olaraq müayinə olması və erkən diaqnoz qoyulması üçün  uroloqa müraciət etməsi əhəmiyyətlidir. Xəstəliyin mərhələsinə və xüsusiyyətlərinə görə fərqli müalicə variantları mövcuddur. Xəstəliyin  izlənməsi, prostatın əməliyyatla çıxarılması və ya şüa müalicəsi (radyoterapi) erkən mərhələlərdə tətbiq oluna bilər. Hormon müalicəsi və ya dərman müalicəsi (kemoterapi) digər mərhələlərdə lazım ola bilər. Erkən diaqnoz və müalicə həyatı xilas edir.

 

 Bütün xərçənglərdə olduğu kimi, sağlam (tərəvəz və meyvədən zəngin) qidalanma vərdişləri, fiziki fəallıq (yerimə, qoşma, velosipedə minmə, üzgüçülük kimi) sağlam çəkidə olma və bu çəkidə qalma prostat xərçəngi riskini azalda bilər. Odur ki, sağlam çəkinizi öyrənin.

 

15 Sentyabr Dünya Prostat Xərçəngi Günüdür

 

 

Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz