» » Niyə yuxuya ehtiyacımız var?

Niyə yuxuya ehtiyacımız var?

Niyə yuxuya ehtiyacımız var?

Bu sadə bir sual kimi görünə bilər, amma biz düşündüklərimizdən çox daha mürəkkəbdir. İnsanlar hər gecə yatmamaq üçün müəyyən bir səbəb tapmaq üçün saysız cəhd göstərmişlər. Lakin elm adamları bu suala aydın cavab verə bilmirlər.

Araşdırmalarla gəlinən qənaətlər yuxu mərhələləri və beyin fəaliyyətlərinin incəliklərini bir az daolsun işıqlandırdı,  amma əslində,  bu sirrə yeni parçalar əlavə olunmuş oldu. Heyvanlarda beyin fəaliyyəti insanlardan fərqli olduğundan, beyin fəaliyyətini müqayisə etmək də çətindir.

"UCLA”nın Sinir Elm İnstitutunda psixiatriya professoru olan Jerry Siegel  insanların niyə hər gecə qış yuxusuna bənzər bir vəziyyətə düşmək  məcburiyyətində qaldıqlarını anlamaq üçün heyvanların yuxu vərdişlərini araşdırır.

Siegel demişdir: "Yuxu anlayışımız  heyvanlarda olan yuxudan  fərqlidir, çünki çoxumuz gündə 24 saat oyaq qalmaq istəyirik. Təbiətdə isə  çox enerji istifadə edən heyvanlar həyatda qala bilməzlər. Qış yuxusu kimi bir hərəkət, bəzi heyvanlara enerjilərini geri qazanmaq və saxlanmaq şansı verir. Enerji qənaəti  yuxunun əsas niyyətidir. Amma, məsələn, Afrika filləri gündə iki saat yatırlar. Yuxudan almadıqları enerjini  bədənlərinə çatdırmaq üçün qidalanma  ehtiyacları var".

 Enerji qənaəti nəzəriyyəsi, elm insanlarının niyə yatdığımızı açıqlamaq üçün istifadə etdikləri bir neçə nəzəriyyədən biridir. Elm adamları  yuxu zamanı beyin fəaliyyətini izləyə biləcək vasitələr içad etdikləri üçün, yuxunun sirrlərini ortaya çıxarmaq mövzusunda irəliləyiş əldə  ediblər.

Elm insanları  beynin oyanıqkən toplanan məlumatları məhdudlaşdırmaq  üçün beynin bu fəaliyyətinin azalmasına icazə verməsi lazım olduğunu tövsiyə edirlər.   Beyin gün boyu informasiya ilə yüklənməsi və sinir əlaqələri ilə saxlanılmasını gücləndirir. Yeni məlumatları bütün mövcud məlumatlarla çaşdırmaq üçün bu əlaqələrin zəifləməsi lazımdır. Başqa sözlə, yuxu beynin yeni məlumat bombalaması üçün hazırlanmasında ən böyük faktordur.
Ancaq bu tərif müəyyən edilmiş bir elmi məlumat da deyil. Yuxunu tam olaraq anlamaq üçün yuxu alimləri, oyanma və yuxu dövründən zamanı beyindəki nörobiyolojik prosesləri daha yaxşı anlamalıdır. Məsələn, bəzilərimiz necə olur da son dərəcə səs-küylü mühitdə yata bilirik və bəzilərimiz bunu edə bilməz? İnsan beyninin nə qədər oyaq və ya  nə qədər yuxuda olduğunu tam olaraq ölçdükdən sonra bu müəmmalara cavab  tapılacaq.
Aydın bir məsələ də budur ki, yuxudan özünü məhrum etmək daha pisdir. Siegel daha sonra qeyd etmişdir:"Yuxudan məhrum qalmısınızsa, yuxudakı müdaxilələrlə həqiqətən əlaqəli olan diqqətlərin öhdəsindən gəlməkdə çətinliklə üzləşəcəksiniz. Kifayət qədər yuxu almaq ətrafınızdakı dünyaya nə qədər diqqət yetirəcəyinizə birbaşa təsir göstərir. Əlbəttə, sürücülük sürərkən yalnız iki saniyə ərzində oyanmağın itirilməsi ölümcül ola bilər. "

Niyə yuxuya ehtiyacımız var?
Qeyd: Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz