» » Yeni doğulan körpələr arasında ölüm halları ən az olan ölkələr

Yeni doğulan körpələr arasında ölüm halları ən az olan ölkələr

Yeni doğulan  körpələr arasında ölüm  halları   ən az olan ölkələr

Dünyaya göz açan körpə təkcə iki gəncin sevgi çiçəyi deyildir. Bu çocuq təkcə iki ailəyə, 2 nəslə sevinc, fərəh gətirmir, bu nəsillərdən olan neçə nəfərə "nənə, baba, əmi, dayı, xala, bibi” kimi fəxri adlar gətirir. Yatışından-duruşundan, iməkləməsindən, ilk sözlər deməsindən, məktəbə getməsindən ta qismətimiz olacağı ömür payı boyunca ömrümüzü aydınladır, mənalandırır.
Yeni doğulan körpələr həm də cəmiyyətin davamlılıq göstəricisidir, nəsillər arasında varislik bağıdır. Ona görə də körpələrin dünyaya sağlam və gümrah göz açması, hər cür qayğı ilə əhatə olunması dövlətin prioritetlərindən biridir.
Amma hər dəfə mətbuat səhifələrində ana və körpə ölümü haqqında məlumat və ya xəbərlərə rast gələndə aləmə səs salıb bəyan etməsək də, insanşünaslıq duyğularımız çox sarsılır. İçimizdə "nədən öldü, niyə öldü” kimi çoxlu sayda suallar baş qaldırır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, "2014-cü ildə Azərbaycanda bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Onlardan 1324-ü şəhər yerində, 331-i isə kənd yerində həyatını itirib. Rəqəmlərə əsasən, 2014-cü ildə ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 25 ana dünyasını dəyişib. "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə olan anaların 2014-cü ildə ölümünün səviyyəsi 2013-cü illə müqayisədə 0,7 faiz artıb".
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının 2016-cı il üzrə hesabatında bildirilir ki,” il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100000 diridoğulana 13,8% təşkil edib. Bu göstərici 1996-cı ildə 44,1%, 2006-cı ildə 34,2%, 2009-cu ildə 24,3%, 2012-ci ildə 14,9%, 2015-ci ildə isə 14,4% olub. Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir”.
 

Yeni doğulan  körpələr arasında ölüm  halları   ən az olan ölkələr

YUNİSEF-in hesabatına görə Türkiyədəki yenidoğulan uşaqlar arasında ölümlərinin sayı isə 6.5 faizdir.
Bəs dünya ölkələri üzrə vəziyyət necədir?
YUNİSEF-in Baş Məclisi-nin son hesabatına görə Yaponiya, İslandiya və Sinqapur doğuş üçün ən təhlükəsiz ölkələr müəyyən edilmişdir.
Dünyada hər gün 7 min yenidoğulan kmöpənin həlak olduğunu bilirdinizmi? Yəni, siz bu yazını oxuyarkən bir ana dünyaya yeni göz açmış uşağını itirir. Narahatedici məqam da budur ki, bu yenidoğulan uşaqların ölümləri qarşısı alına bilən səbəblərdən qaynaqlanır.
Yenidoğulanlar üçün ilk 28 gün həyatlarının ən təhlükəli mərhələsi sayılır. Məsələn, 2016-ci ildə həyatını itirən uşaqların təxminən yarısı yenidoğulanlardır. Bu yenidoğulan uşaqların ölümləri uşaq ölümləri arasında 80 faizi təşkil etmişdir. Əsas səbəblər: vaxtından qabaq doğulmuş uşaqlarda doğuş mənbəli ağırlaşmalar, sepsis və menengit və s.
Təəssüf ki, geri qalmış ölkələrdə yaşayan ana və uşaqlara bu xəstəliklərlə mübarizə təşkilində ciddi problemlər var, bu ölkələrinin qadınlarına həmin xəstəliklər zamanı yardım edilmir və ya çox aşağı səviyyədə edilir.
Bəs, doğum üçün ən təhlükəsiz ölkələr hansılardır?
 

Yeni doğulan  körpələr arasında ölüm  halları   ən az olan ölkələr

 

Yeni doğulmuş uşaqlar arasında ölüm faktları əna az olan 10 ölkə:

1- Yaponiya - 0.9 %
2- İslandiya - 1 %
3- Finlandiya - 1.2 %
4 - Estoniya - 1.3 %
5 - Norveç - 1.5 %
6 - Belarus - 1.5 %
7 - Koreya - 1.5 %
8 - İsveç - 1.6 %
9 - Çexiya - 1.6 %
10 - İtaliya – 2 %

Yeni doğulmuş uşaqlar arasında ölüm faktları ən çox olan 10 ölkə:

1 - Nigeriya - 34.1 %
2 - Çad - 35.1 %
3 - Mali - 35.7 %
4 - Fil Dişi Sahili - 36.6 %
5 - Cənubi Sudan - 37.9 %
6 - Qvineya-Bisau - 38.2 %
7 - Somali - 38.8 %
8 - Əfqanıstan - 40 %
9 - Orta Afrika Respublikası - 42.3 %
10 - Pakistan - 45.6 %

P.S: Dünyanı uşaqlara verək deyə əhdimiz var. Amma uşaqlara güvənli sağlamlıq bəxş edə bilsək, onsuz da dünya uşaqlarındır.
 
Yeni doğulan  körpələr arasında ölüm  halları   ən az olan ölkələr

Qeyd: Məlumatlar internet mənbələrindən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz