» » Ağcabədili məzunlardan 422-si tələbə adını qazanıb

Ağcabədili məzunlardan 422-si tələbə adını qazanıb

Ağcabədili məzunlardan 422-si tələbə adını qazanıb

Bu il Ağcabədi rayonunun ümumtəhsil məktəblərini bitirən 1129 məzundan 625 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 422-si tələbə adını qazanıb.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tələbə adını qazanan gənclərdən 52 nəfəri 500-600 arası, 25 nəfəri isə 600-dən çox bal toplayıb.
İmtahanlarda ən yüksək nəticə göstərən Qaravəlli kənd tam orta məktəbin məzunu Əzim Əzizli 700 bal, Kürdlər kənd tam orta məktəbinin məzunu Gülgün İsmayılzadə 695 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olublar.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Rəncbərlər kənd, Ağcabədi şəhər 3 və 9 nömrəli tam orta məktəbləri göstərib. Rəncbərlər kənd tam orta məktəbi bitirən 19 məzundan 14-ü respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 3 nömrəli tam orta məktəbi bitirən 32 nəfər, 9 nömrəli tam orta məktəbin isə 28 məzunu tələbə adını qazanıb.

Mənbə:https://azertag.az/xeber/Agcabedili_mezunlardan_422_si_telebe_adini_qazanib-1190046

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz