» » Banan– Musaceae Juss. fəsiləsindən çoxillik ot bitkisi cinsi

Banan– Musaceae Juss. fəsiləsindən çoxillik ot bitkisi cinsi

Banan– Musaceae Juss. fəsiləsindən  çoxillik ot bitkisi cinsi

Banan cənşəllik bitkisi olmasına baxmayaraq, öz qiymətli keyfiyyətinə şörə hal-hazırda dünyanın əksər ölkələrinin bazarlarının daimi "sakini”nə çevrilmişdir. Hindistanda bananı "ağıl qidası”, "müdrik qida” meyvəsi adlandırırlar. Qəribədir ki, Şərq aləminin bir çox filosof və yoqları
bütün həyatı boyu banan meyvəsi ilə qidalanmışlar. Hal-hazırda banan alma və kartof kimi bizim şündəlik tələbatımız olan qidaya çevrilmişdir. Bananın tərkibi az kalorili olmasına baxmayaraq, sulu karbonların miqdarına şörə alma və kartofdan iki dəfə üstündür. Bananın tərkibində olan nişasta meyvə yetişdikcə asan həll olan şəkərə çevrilir. Bundan başqa, bananın tərkibində insanların sağlamlıq durumlarında mühüm əhəmiyyət kəsb edən Na, Ca, Fe, P, Mn və s. makro və mikroelementlərlə yanaşı, vitaminlərin zənşin spektrləri (B6, C, PP və s.) vardır. V.P.Alekseyevə şörə (1955), bananın ətli hissəsinin tərkibində 72-75% su, 21,9-25,0% sulu karbohidratlar, 1,3-1,5% zülal, 0,09-0,6% piyli maddə, 0,8-0,9% kül, 30,0-50,1% saxaroza, 5,58-13,94% fruktoza, 8,6-17,47% qlükoza, 0,94-1,0% aşı maddəsi, 0,41-1,07% fıtin, quru çəki hesabilə 5,0- 33,2% A, 46-62% B, 6-14% C vitaminləri, 87-88% riboflavin və s. maddələr aşkar edilmişdir.
Banan çox keyfiyyətli qida məhsulu hesab edilir. Ondan 2-3 ədəd yedikdə şün ərzində aclıq hiss etmirsən. Banan tərkibindəki K elementinin çoxluğıına şörə meyvələr arasında "çempion” hesab edilir. Belə ki, 100 q banan meyvəsinin tərkibində 376 mq% K elementi aşkar edilmişdir.
Banan ən çox ürək sancmalarında və hipertoniyadan əziyyət çəkən xəstələr üçün daha sərfəli hesab edilir. Hipertoniyalı xəstələrə hər şün 1-2 ədəd banan yemək məsləhət şörülür.
Yetişmiş banan meyvəsi ödqovucu, sidikqovucu, qaraciyər və böyrək xəstəliklərinin müalicəsində şeniş istifadə edilir. Banandan mədə və onikibarmaq bağrsaqda baş verən yaraların müalicəsində də istifadə edilərək şözəl nəticələr əldə edilir.
Banan meyvəsindən müalicə prepartlarının hazırlanması
Hipertoniya, ürək işemiyası, depressiya və yorğunluğun aradan qaldırılması üçün:
Gündə2 ədəd sarı rəngli banan yemək məsləhət şörürlür. Bananı yeməkdən bir saat sonra qəbul etsəniz daha yaxşı olar.
Pielonefrit, sidik kisəsi daşlarının əridilməsində, öd kisəsinin zəifləməsində
Bunun üçün hər yeməkdən yarım saat sonra yarı hissə yetişmiş banan yeyin. Bananı əzib qəbul edin.
Mədə və onikibarmaq bağırsaq yaraları və qastroenterokolit zamanı
Yetişmiş banana götürüb sıyıq halına salın. Sonra üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırın. Aldığınız qarışıqdan hər iki saatdan bir 1-2 xörək qaşığı qəbul edin. Müalicəni ağrılar çəkilib qurtarana qədərdavam etdirin.
Əsəb və həyəcanlanma zamanı
Yeməkdən sonra şündə 1 ədəd banan yeməyiniz məsləhətdir.
Vərəm, osteoxondroz, revmatizm, həmçinin qalxanvari vəzi xəstəlikləri zamanı
Şündə 1 ədəd yetişmiş bananı qabıqla qəbul edin.
Çəkinizdə anormallıq olan zaman (kökəlmək istəyirsinizsə). Yeməkdən sonra şündə 3 ədəd
yetişmiş banan meyvəsi yemək məsləhətdir. Müalicəni çəkiniz normal hala düşənə qədər qəbul edin.
Miqren (başın bir tərəfində əmələ şələıı sinir ağrıları) zamanı
Sinir ağrısı baş verən zaman alın və boyun arxasına yetişmiş banan qabığını şötürüb kompres edin.
Yanıq, səpki, irinli səpmələr zamanı. Bunun üçün xəstə nahiyələrin üzərinə tam yetişməmiş və yumşaq, eyni zamanda bərk banan qabığını soyub kompres kimi istifadə edin.
Ziyillərin müalicəsində
Bananın qabığını soyub ağ damarlanmış hissədən kəsib şündə 3-4 dəfə ziyil olan nahiyəyə sürtün. Axşamlar isə ağ hissədən kəsib ziyillərin üzərinə kompres kimi qoyub plastrla bərkidin. Müalicə kursunu ziyillər yox olana qədər davam etdirin.
Quru öskürək və boğaz ağrıları zamanı. Bunun üçün yetişmiş bananı süzşəcdən keçirib sonra alınan sıyığın üzərinə 2 stəkan qaynar su töküb qarışdırın. Qarışığı su hamamında saxladıqdan sonra süzün. İlıq hala saldıqdan sonra kiçik porsiyalarla bütün şünü qəbul edin.
Bronxit zamanı. Bunun üçün yetişmiş bananı əzib üzərinə 1 stəkan qaynar su və 1 xörək qaşığı şəkər tozu əlavə edib su hamamında qızdırın. Sonra şündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər daxilə qəbul edin.
Artroz və ayaq danıarlarında olan artritin müalicəsi zamanı
4 ədəd banan qabığı soyub doğrayın, sonra üzərinə 3 stəkan araq əlavə edib 40 şün qaranlıq yerdə otaq temperaturunda saxlayıb süzün. Aldığınız cövhəri tənzifə hopdurub axşam yatmazdan qabaq ağrıyan nahiyələrə
sürtün.
Müalicə kursu 20 şündür.

Banan– Musaceae Juss. fəsiləsindən  çoxillik ot bitkisi cinsi

Tez-tez baş verən qəbizlik və həzm sistemi pozuntuları zamanı
Səhərlər acqarına 1 ədəd yetişmiş banan yesəniz bu çatışmazlığı aradan qaldırmış olarsınız.
Uşaqlarda dizenteriya zamanı. Bunun üçün əzlib sıyıq halına salınmış bananın üzərinə stəkanın 1/4 hissəsi qədər su əlavə edib qaynama dərəcəsinə şətirib, qarııdıra-qarııdıra 5 dəqiqə bişirin. Alınmış püredən şötürüb yeməklə birlikdə uşağa verin. Prosesi dizenteriya sağalıb qurtarana qədər davam etdirin.
Həzm sistemində baş verən qıcqırmaların, köpmənin, kəskin ağrıların, hıçqırıqların aradan qaldırılması zamanı. ġüĢə bankaya 1 litr banan şirəsi töküb üzərinə qurudulmuş əncir və yaxud kişmiş əlavə edin. Bankanı tənziflə örtüb, qıcqırana qədər isti qaranlıq yerdə saxlayın. 3 gündən sonra qıcqırmış məhlulu süzüb üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı kişmiş edin və butılkalara doldurub üzərini isti materialla möhkəm örtün. Qıcqırandan sonra şirəni soyuducuda saxlayın. Gündə 1 dəfə stəkanın 1/4 hissəsi ədər yeməkqabağı qəbul edin.
Qanazlığı və orqanizmi qüvvətləndirmək üçün
Bunun üçün 1 stəkan banan şirəsini qaynama dərəcəsinə ətirib, üzərinə 2 stəkan şəkər tozu əlavə edib ortadərəcə odda bişirin. Üzərində əmələ şələn köpüyü kənar etməklə daim qarışdırın. Bişirməni şirənin 1/4 hissəsi buxarlanıb qurtarana qədər davam etdirin. Sonra soyudub alınan şərbətdən şündə 1-3 xörək qaşığı
şötürüb yaşıl çayın və yaxud ilıq suyun üzərinə töküb yeməkdən yarım saat sonra daxilə qəbul edin.
Diqqət! Şəkərli diabeti olan xəstələr, qidanın pis həzm olunması və kölpmə xəstəiklərinə tutulmuş insanlara təzə banandan istifadə etmək məsləhət şörülmür. Banan şüclü işlədici xüsusiyyətə malik olduğundan onu acqarına yemək və sonra üstündən su içmək məsləhət şörülmür.
Banandan bayram təntənələri üçün dadlı, faydah xörək və içkilərin hazırlanması.

Banandan "Oladi Krepış №ın hazırlanması:
 
Lazım olanlar:
1 stəkan un, 1 çay qaşığı quru mayonez, 2 əded yumuıta, 1/2 stəkan süd, 6 ədəd iri yetişmiş banan, 1,5 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı bitki
yağı, zövqünüzə şörə vanil və duz .
Unu maya ilə birlikdə qazana töküb, üzərinə ehtiyatla qızdırılmış süd, 2 xörək qaşığı yağ və yumurta əlavə edib tam qarışdırın və xəmiri 10-15 dəqiqə isti yerdə saxlayın. Sonra bananları əzib sıyıq halına salaraq ş tozu, vanil, duz əlavə edib yenidən xəmirlə qarışdırın. Tavanın dibini yağlayıb orta dərəcəli odun üzərinə qoyub oladini bişirin.
Sağlamlaşdırıcı təsirə malik banan kreminin hazırlanması
1 ədəd yumurta, 1 stəkan süd, 2 ədəd orta böyüklükdə banan, limon qabğından hazırlanmış toz, 1 xörək qaşığı kişmiş, zövqünüzə görə şəkər tozu şötürün.
Yumurta köpük verənə qədər qarışdırıb üzərinə şirinləşdirilmiş süd, nazik doğranmış banan, qurudulmuş limon qabığı, kişmiş əlavə edib su hamamında bişirin. Bişirməni kütlə qatılaşana qədər davam etdirin. Sonra soyudub süfrəyə verin.
Banandan hazırlanan şirin qida
3 ədəd banan, 4 xörək qaşığı şəkər tozu, 1 stəkan qaynanmış su, çay qaşığının 1/4 hissəsi qədər limon turşusu götürün.
İri banan meyvəsini xırda hissələrə doğrayıb üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin və bircinsli kütlə alınana qədər qarışdırın. Sonra stəkanın 3/4 hissəsi qədər su şötürüb şəkər tozunun qalan hissəsini əlavə etməklə qaynama həddinə şətirib üzərinə jelatin, limon turşusu, əzilmiş banan əlavə edib od üzərinə qoyub qarışdrra-qarışdıra 30-40 dərəcəyə qədər qızdırın. Krem halına düşəndə formaya salıb soyuducuda yarım saat saxladıqdan sonra süfrəyə verin.
Banandan yeni il kokteylinin hazırlanması
Banandan yeni il kokteylinin hazırlanması. 2 xörək qaşığı banandan hazırlanmış likör, stəkanın 1/2 hissəsi qədər limon qarışıqlı kokteyli, yetişmiş banan, 2 stəkan doğranmış buz parçası, bir neçə ədəd doğranmış limon dilimi götürün.
Limon qarışığının hazırlanması
Stəkanın 3/4 hissəsi qədər limon şirəsi, 6 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı çalınmış köpük formalı yumurta zülalı götürün. Qızdırılmış qabın
içərisinə 4 xörək qaşığı su töküb yavaş-yavaş şəkər tozu əlavə edib qatı şərbət alınana qədər bişirin.
Sonra odun üzərindən götürüb üzərinə limon şirəsini, köpükləşmiş yumurta zülalı, banan şirəsini, xırdalanmış banan hissələrini əlavə edin.
Qədəhin 2/3 hissəsini buzla doldurub, üzərinə aldığınız qatı kütləni əlavə edin və üstünü limon dilimləri ilə bəzəyib süfrəyə verin. 

Banan– Musaceae Juss. fəsiləsindən  çoxillik ot bitkisi cinsi


Mənbə:
 
 Müəlliflər: 1. Tofiq Sadıq oğlu Məmmədov; AMEA Dendrologiya İnstitutunun direktoru,
biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
2.Mais Qasımov; biologiya elmləri doktoru, professor

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz