» » Uşaqların dişlərini ftorla qoruyun

Uşaqların dişlərini ftorla qoruyun

Uşaqların dişlərini ftorla qoruyun

Uşaqların ağız boşluğunda heç bir problemi olmasa da, süd dişlərini çıxardığı zaman diş həkimi tərəfindən ilk ağıziçi müayinəsinin aparılması lazımdır.
İlk belə müayinə nəticəsində uşaqlara yeni çürük prosesinin əngəllənməsi üçün ftor gel tətbiqi aparılır. Həmçinin yeni sürmüş daimi azı dişlərinin qorunması fissür örtücü həyata keçirilir.
Ftor tətbiqi dişlərin çürük quruluşuna qarşı daha müqavimətli olmasını təmin edən və ağız içində çürük oluşturucu mikroorqanizmləri azaldan bir üsuldur.
Gel şəkilli ftor diş üzərilərinə sürülərək həyata keçirilir. İstifadə edilən gelin bir qisminin udulmasında zərər verici bir təsir yoxdur. Ftor tətbiq etməsi, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi yaxın gələcəkdə ölkəmizdə də bütün məktəb çağı uşaqlarına adi olaraq tətbiq ediləcək qoruyucu bir üsul olacaqdır.

Fissür örtücü-lərin isə daimi dişlərin çiğneyici tərəflərindəki dərin və çürüməyə meylli fissürleri (novları) bağlayıb, bakteriyaların buraya çatmasına mane olan və beləliklə, çürümənin qarşısını alır. Fissür örtücülər diş səthində yemək artığı qalmasının qarşısını alır və dişlərin təmizlənməsini asanlaşdırır, diş üzərində qalan yemək artıqlarının diş ilə birbaşa təmasına maneə törədirlər.
Ftorun 6 ayda bir diş həkimi tərəfindən yenidən tətbiqi və fissür örtücülərin 6 ayda bir nəzarət edilməsi uşaqlarfın diş sağlamlığı üçün etibarlı zəmanətdir.

 

Uşaqların dişlərini ftorla qoruyun

 Qeyd: Türkcədən tərcümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz