» » Yay mövsümündə uşaqları ishaldan və günvurmasından qoruyun

Yay mövsümündə uşaqları ishaldan və günvurmasından qoruyun

Müəllif: Anaveusaq.az от 7-06-2018, 00:30

Yay mövsümündə  uşaqları  ishaldan  və  günvurmasından  qoruyun

Yay ayları uşaqların məktəbdən uzaqlaşdığı və açıq havada çox qaldıqları əyləncəli bir dövrdür. Təbii ki, bu qədər əylənib , bəzi sağlamlıq problemləri yaşamamaq mümkün deyil. Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Nəslixan Qorxmaz uşaqların yay aylarında tez-tez qarşılaşdığı narahatlıqlar barədə tövsiyələrini belə dilə gətirmişdir:

Milçək və həşərat dişləməsi

Əvvəl sancı bölgəsini su və sabunla yuyun. Dişləyən yerə dərhal karbonatlı su, ya da qaşıntınıı kəsən losyon sürməyin. Qaşını azaltmaq üçün 10 saniyə barmaqla təzyiq tətbiq edin. Buz tətbiq etməsi, ammonyaklı su ilə kompres də yaxşı təsir edir. Qaşıntı çox güclüdürsə həkimə məsləhətləşərək krem istifadə edə bilərsiniz. Kənd yerlərində uşaqlarınız yatmazdan öncə pəncərələri bağlayın. Gəzinti sahəsinə gedərkən parlaq , qol və qıçı açıq geyimlər geyindirməyin. Avtomobilin şüşələrini bağlı saxlayın. Arı salması isə çox ciddi problemlərə, hətta həyatı riskə səbəb ola bilər. Odur ki, mütləq həmin yeri sabun və bol soyuq su ilə yuyun. Əgər orqanizmdə şişmə və qızartılar əmələ gələrsə, dərhal xəstəxanaya gedin.

İshal və qida zəhərlənməsi

İsti günlərdə mənbəyi məlum olmayan, açıqda satılan nəzarətsiz içməli suları və bu sularla yuyulmuş tərəvəz və meyvələr, təmiz olmayan hovuzlar, gigiyenik şəraitdə saxlanmamış qidalar ishal və qida zəhərlənmələrinə tez-tez səbəb olur. İshala qusma, atəş, halsızlıq, inciklik və titrəmə də müşayiət edirmi. İlk növbədə uşağınıza təmizliyindən əmin olmaq qeydiylə bol-bol su içirdin. Hərarəti endirdikdən sonra həkimə müraciət edin.

Yay mövsümündə  uşaqları  ishaldan  və  günvurmasından  qoruyun

Günvurma və günəş yanığı

Günəş çarpması nəticəsində hərarət yüksəlməsi, halsızlıq, qusma, hətta, şüur itkisinə səbəb olan bu problemlə qarşılaşmamaq üçün uşağınızın xüsusilə günorta saatlarında günəşdə qalmamasına, açıq sahədə oynamamasına diqqət edin. İncə və açıqrəngli paltarlar geyindirin, bol su içirdin. Günəş qaraltmasını əngəlləmək üçün onun günəşin arxayınlaşdığı saatlarda oynamasına çalışın, həm də yüksək qoruma faktorlu krem sürtün, incə pambıqlı paltarlar geyinməsinə də diqqət göstərin.

Gənə, ağcaqanad dişləməsi

Gənə, ağcaqanad sancması halsızlıqdan şiddətli ağrıya, burun qan sızmasından qanlı xaric etməyə qədər bir çox şikayətlə özünü göstərir. Gənə, ağcaqanad sancmasına qarşı ehtiyat tədbiri kimi, gəzinti sahələrinə gedərkən (su kənarları, otlaqlar, kolluq və s) uzun geyimlər geyin, ayaqlarınızı açıqda qoymayın, paçaları corab içinə qoyun. Dəriyə böcək qonmasını əngəlləyən maye və gel sürtün. Ancaq bu maddələrin az da olsa sağlamlıq üçün təsirləri də olduğunu nəzərə alın. Evə qayıtdıqda bütün bədəninizi nəzərdən keşirin, yapışıq gənə çıxarmağa zorlamayın, dərhal ən yaxın sağlamlıq müəssisəsinə gedin. Kibritlə yandırma, gənə üzərinə odekolon, spirt və ya kimyəvi maddə sürtmək təhlükəlidir.
 
Sidik yolu infeksiyası

Xüsusilə qız uşaqlarda , həm də yay mövsümündə daha tez-tez görünür . Gigiyenaik baxımdan uyğun olmayan hovuz və çirkli dəniz sidik yolları infeksiyasına səbəb ola bilir. Tez-tez sidiyəçıxma, ürəkbulanma, halsızlıq və atəş kimi əlamətlərlə özünü göstərir. Uşağınızı sidik yolu infeksiyalarından qorumaq üçün təmizliyindən, gigiyena əmin olmadığınız hovuzlarda çimməsinə icazə verməyin, ümumi tualetlərdə düzgün hərəkət etməsi üçün məlumatlandırın. Xəstəliyin müalicəsində bol maye qəbul etməsi və həkim nəzarətində antibiotic qəbul etməsi lazımdır.

Tətil qəzaları

Yay fəslində eyni zamanda çoxhərəkətliliklə bağlı olaraq bədən və ya başda yaranan kəsiklərə , xüsusilə velosiped və konki sürərkən alınan zədələrə (sınıqlar və yumşaq toxuma travmaları) tez-tez rast gəlinir. Velosiped və konki minəndə uşağınıza kaska, qolçaq və dizlik geyinməsinə diqqət edin. Yay fəslində boğulmalara da tez-tez rast gəlindiyindən uşağınız hovuzda və dənizdə vaxt keçirməsinə, çimməsinə, xüsusilə, diqqətli olun: üzmək bilmirsə, qolçaq və ya rezin balonlar olmadan qətiyyən suya girməsinə icazə verməyin. Üzmək bilsə də, gözünüzlə daim fikir verin , sahildən uzaqlaşmasına icazə verməyin.
 

Yay mövsümündə  uşaqları  ishaldan  və  günvurmasından  qoruyun

 

Yay mövsümündə  uşaqları  ishaldan  və  günvurmasından  qoruyun

 

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz