» » İlanların hücum mövsümü başladı – İlan sancmasında ilk yardım

İlanların hücum mövsümü başladı – İlan sancmasında ilk yardım

Müəllif: Anaveusaq.az от 6-06-2018, 00:20
İlanların hücum mövsümü başladı – İlan sancmasında ilk yardım

Azərbaycanda hər il yay mövsümündə onlarla insan ilan sancması ilə üz-üzə qalır. İlanlar Azərbaycan ərazisində həmişə olub və quraq keçən aylarda daha da aktivləşirlər. İlan uşaq, böyük, yaşlı bilmədən istənilən an, istənilən yerdə insanı sanca bilər. Bu həyətdə də ola bilər, çöldə də, sahədə də, gəzintidə də...
Azərbaycanda zəhərli gürzə növü də çox olduğundan ilan sancmasından ölmə ehtimalı çoxdur. Medicina.az ilanların insanları sancma fəsıinin gəldiyini nəzərə alıb ilan sancmasında nə etməli olduğunuz barədə məlumat toplayıb.
Ən təhlükəli sancma insanın başından və ya üzündən sancmadır. Bu zaman zəhər ani olaraq qana çox sovrulur və bütün vacib həyati mərkəzləri iflic edir.

İlan sancmasının əlamətləri:

Dişləmə nahiyəsində getdikcə dairəsi artan şişkinlik, qızartı. Dərialtı qansızma, kapilyarların qaralması. İnsanda başgicəllənmə, ürəkbulanma, susamar, qusma, kollaps.
İlan dişləmiş insanın mümkün qədər tez başqa insana və ya yola çıxması vacibdir. Bunun üçün çox az dəqiqələri var.
İnsana ilk yardım zamanı alqoritmə çox dəqiq əməl etmək lazımdır. Bu zaman ilk növbədə xəstənin səhhəti üçün riski azaltmaq tələb olunur.

İlk yardım:

-Xəstəni sakitləşdirib, horizontal vəziyyətdə uzatmaq. Ona yardım edib xilas edəcəyinə inandırmaq. Çünki xəstə nə qədər panika keçirtsə, sinir sistemi bir o qədər tez iflic olacaq. Əgər ilan və ya dişi hələ də dəridə yapışıb qalıbsa, ilk növbədə onu çıxarmaq, ayırmaq lazımdır. Nə qədər kontakt az olsa, bir o qədər az zəhər keçəcək.

-İnsanın qolunda, barmağında olan bütün aksesuarlar, saat çıxarılmalıdır ki, ödem zamanı toxumalar sıxılmasın.
-Yaxşı olar ki, ilan öldürülsün və ekspertiza üçün saxlanılsın. İlanın növünü bilmək vacibdir. Əgər bu alınmadısa, o zaman xəstəni müşahidə edirsiz: əgər ağrı, şişkinlik və ağır fəsadlar görünmürsə, ilanın zəhərli olmamasını göstərir.

-Əgər ilan zəhərli olubsa və əlamətlər artırsa, o zaman immobilizasiya – xəstənin sancılan nahiyəsinin tam hərəkətsizliyi təmin olunmalıdır. Bunun üçün taxta parçası, şin və lonqetdən istifadə oluna bilər.

-Zəhərin sovrulması: tibbi baxımdan bu xüsusi rezin sovurucu və ya imalə üçün olan rezin armudu formadan istifadə olunur. Əgər əl altda heç nə yoxdursa, yardım edən şəxs ağzı ilə zəhəri sovura bilər. Bir şərtlə ki, ağız kənarı, dodaq və ağız içində yara, zədə olmasın.

-Yara hissə yuxarıdan sarğı ilə sıxılıb bağlanılır. Bu halda yalnız limfa və venoz sistem bağlanır. Arteriyalar sərbəst fəaliyyətini davam etdirməlidir ki, nekrotik dəyişikliklər olmasın.

-Bol maye qəbulu. Xəstəyə əl altında olan istənilən maye içirdilməlidir ki, qana keçən zəhər yuyulsun.
-Əgər toksiki şok halı baş versə, dərhal reanimasiya tədbirlərini keçirilir: ürək masajı, süni tənəffüs.
-Xəstə dərhal yaxınlıqdakı ümumi xəstəxanaya çatdırılır. Orda xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulur.

Qəti olmaz:

-İlan sancan yerə spirt, araq və s. tökmək.
-Aşağı ətrafları bərk sıxan jqut qoymaq.

-Dəriyə kəsik atmaq.
-Dişlənən yeri əllə sıxmaq, üstündən basmaq.

-İsti kompress qoymaq
-Ayaqlara buz qoymaq

Bütün bunlar xəstənin vəziyyətini daha da pisləşdirir.
 
İlanların hücum mövsümü başladı – İlan sancmasında ilk yardım

Mənbə:http://medicina.az/ilanlarin-hucum-mvsumu-basladi-ilan-sancmasinda-ilk-yardim/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz