» » Sonsuzluq

Sonsuzluq

Sonsuzluq

Sonsuzluq hər hansı bir qorunma olmadan, yəni xanımların övlad arzulamalarına baxmayaraq, 1 il ərzində hamilə qalmamalarıdır. Səbəblərin üçdəbiri kişidə, üçdəbiri qadında və üçdəbiri də hər ikisində pozğunluq olması ilə əlaqəlidir. Qadınlar bu məsələyə daha məntiqli yanaşır: bu cürə halla qarşılaşdıqda ginekoloji yardıma üz tuturlar. Buna baxmayaraq, kişilər qadınlara nisbətən məsələyə etinasız yanaşır, uroloqa/androloqa müraciət etmirlər və çox vaxt da yanlış yerə qadınları günahlandırır . Belə buna görə də ailədə söz-söhbət, münaqişələr yaranır. Bəzən də bu yanlış düşüncənin nəticəsində çox asanlıqla müalicə oluna belə xəstəlik ayrılıqlara səbəb olur. Bu yanlış fikir kişilik ilə sonsuzluğun bir-biri ilə qarışdırılmasıdır. Halbuki, kişilik kişi hormonu tərəfindən təmin olunan bir haldır. Amma bir kişinin cinsi gücü tam olmasına baxmayaraq, sonsuzluq vəziyyəti yarana bilər.
Kişilərdə sonsuzluq yaradan səbəblər çox müxtəlifdir
Kobud şəkildə ya yumurtalıqları təsir edən müxtəlif xəstəliklər var, ya yumurtalıqların özü xarabdır, ya da kanallarda problem var. Bunlardan hansı səbəbin olduğunu və müalicəsinin necə olacağını ancaq mütəxəssis müəyyən edə bilər. Əsl bilinməsi lazım olan bir məqamda odur: Sonsuzluq vəziyyətində sperma tədqiqi ilə kişidə bir pozğunluq olub -olmadığı müəyyən olunur. Ancaq bu tədqiqinin etibarlı bir laboratoriyada və üsuluna uyğun aparılması lazımdır. Bu tədqiqinin nəticələrinə görə Uroloji mütəxəssisi tərəfindən lazımi təhlil və müalicələr aparılır.
 
Sonsuzluq
Son illərdə süni mayalandırma üsulu ilə də sonsuzluğa qarşı daha bir addım atılmışdır. Bu üsul zamanı bəzən kişinin toxumu yuyunub bir borucuq ilə qadının bətninə verilir; bəzən də qadının yumurtası ilə kişinin çoxalma hüceyrəsi kənardakı uyğun bir şəraitdə yan-yana qoyularaq və ya kişi hüceyrəsi yumurtanın içinə verilərək müalicələr aparılır. Bunlar həm müəyyən təcrübə tələb edən, həm müəyyən bir dəyəri olan və həm də səbr tələb edən işlərdir. Bu barədə həkimlərlə çox yaxından əməkdaşlıq etmək lazımdır. Həm də bunu xüsusilə sonsuzluq ilə məşğul olan uroloji və qadın doğuş mütəxəssisləri tərəfindən tibb müəssisələrində həyata keçirmək lazımdır. Bu məsələdə çox vaxt tərəddüdlər olur. Bunlardan ən əsası alınan kişi hüceyrəsinin başqa kişiyə aid ola biləcəyi qorxusudur. Bu fikir tamamilə həqiqətdən uzaqdır.
Çünki bu müalicələrdə məqsəd xanımların müalicəsi ilə uşaq sahibi olmasıdır. Həmçinin, bu proses hüquqa və tibb qaydalarına da zidd bir vəziyyətdir və bu ayrıca bir məsuliyyət yaradır.
Bəzi xərçəng xəstələrində verilən dərmanlar çoxalma hüceyrələrini çox pozduğundan müalicədən əvvəl çoxalma hüceyrələri alınaraq dondurulur və daha sonra vacibliyində istifadə edilir.
 

Sonsuzluq

Xatırlatmaq lazımdır ki, siqaret, spirt, həddindən artıq stress, isti mühitdə işləmək (soba, ocaq), eləcə də toz-boya-dumanlı və oxşar şəraitlərdə işləmək, Çox kip geyimlər geymək , çoxalma hüceyrələrinə pozucu təsirləri vardır.
Bu gün ən sıx qarşılaşılan sonsuzluğa yol açan xəstəliklərdən biri də yumurtalıqların torbalara düşməməsidir. Yəni, yeni doğulan oğlan uşaqların bəzisində yumurtalıqlar doğuşdan kisəyə düşməmiş ola bilir. Bu vəziyyətdə bir urologiya mütəxəssisi ilə görüşmək lazımdır. Belə uşaqların çoxunda yumurtalıqlar torbaya 1 yaşında enir. Əgər hələ də kisələrə düşməyibsə, mütləq bir urologiya mütəxəssisinə müraciət edilməlidir. Çünki bu vaxtında müalicə edilməzsə, yumurtalıqlarda problemlər meydana gəlir və gələcəkdə sonsuzluq yarada bilər. Yumurtalıqların daha sonrakı yaşlarda kisəyə enməsi baş versə belə, sonsuzluq yarana bilər. Bundan başqa, xüsusən qarın içərisində qalan yumurtalıqlarda yumurtalıq xərçəngi inkişaf ehtimalı normal yumurtalıqdan çox daha çoxdur.
Kisələrdə soxulcan kimi qıvrım-qıvrım damarların əmələ gəldiyi bir xəstəlik olan "varikosel” çox tez-tez qarşılaşılan və sonsuzluq səbəbləri arasında yer alan bir xəstəlikdir. Mütləq bir urologiya mütəxəssisinə müraciət etmək lazımdır. Ən mühüm təsirləri yumurtalıqda ağrı və gəkləcək sonsuzluğa səbəb olmasıdır. Müalicəsi əməliyyatdır və sonsuzluq səbəbləri arasında müalicədən ən yaxşı nəticələrin alındığı bir xəstəlikdir.
Bəzən ailələr oğlan uşaqlarının cinsi orqanın kiçik və ya tüklərinin az olduğu kimi şikayətlərlə uroloji və ya uşaq mütəxəssislərinə müraciət edir. Bəzən (xüsusilə də kök uşaqlarda) cinsi orqan kiçik olması valideynlərdə narahatçılıq yaradır. Bu cür şübhələr yarandıqda dahəkimə mütləq müraciət edilməlidir. Çünki çox mühüm hormon pozuntuları var və bunların müalicəsi şərtdir.

Sonsuzluq

Qeyd: http://www.ozelmarifetasml.k12.tr/saglik_detay.asp?kategori=210

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz