» » “Ey şanlı Azərbaycan!” adlı konsert təqdim olunub

“Ey şanlı Azərbaycan!” adlı konsert təqdim olunub


“Ey şanlı Azərbaycan!” adlı konsert təqdim olunub

Mayın 28-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş "Ey şanlı Azərbaycan!” adlı konsert keçirilib.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən teatrın direktoru Rəşad Əhmədli bildirib ki, Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən gənc nəslin milli dövlətçilik ruhunda tərbiyələndirilməsi missiyasını hər zaman davam etdirir. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasının balaca yetirmələri xalqımızın şanlı bayramını - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini möhtəşəm konsert proqramı ilə qeyd edir.
Teatrın Dənizkənarı Bulvar İdarəsi ilə birgə təşkil etdiyi konsertdə studiya fəallarının ifasında rəngarəng əyləncəli proqramı və səhnəciklər nümayiş etdirilib.
Konsert proqramında Əməkdar Artist Firuzə İbadovanın balaca yetirmələrə öyrətdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.

“Ey şanlı Azərbaycan!” adlı konsert təqdim olunub

Mənbə:https://azertag.az/xeber/Ey_sanli_Azerbaycan_adli_konsert_teqdim_olunub-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz